Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA
Son günlərdə Ukrayna ilə İsrail arasında taxıl ticarəti ilə bağlı yaranan qalmaqal iki ölkə arasında diplomatik gərginliyi artırıb. Rəsmi Kiyev iddia edir ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən əldə edilən və "oğurlanmış" hesab olunan taxıl İsrail limanlarına daxil olur və bu, beynəlxalq hüquqa zidd ticarət kimi qiymətləndirilir. Ukrayna prezidenti Vladimir Zelenski bu cür daşımaların qeyri-qanuni olduğunu vurğulayaraq, bu prosesdə iştirak edən tərəflərə qarşı sanksiyaların tətbiq oluna biləcəyini bildirib.
İsrail isə ittihamları qəbul etməyərək, kifayət qədər hüquqi sübut təqdim olunmadığını və məsələnin araşdırıldığını açıqlayıb. Beləliklə, taxıl ətrafında yaranan bu qalmaqal yalnız iqtisadi məsələ olaraq qalmır, həm də geosiyasi münasibətlərə təsir edən yeni bir diplomatik böhran kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, bu böhrana səbəb olan əsas məsələ bir müddətdir qlobal mediada müzakirə olunan Ukraynanın işğal olunmuş ərazilərindəki taxıl ehtiyatlarının Rusiya tərəfindən qeyri-qanuni olaraq bu və ya digər formada satışa çıxarılması və İsrailin alıcı qismində çıxış etməsi ilə bağlıdır. Onun sözlərinə görə, Ukraynanın iddiaları ona əsaslanır ki, kifayət qədər faktoloji məlumatlar var: "İsrail Ukrayna ərazilərində yəni Ukraynanın suveren torpaqlarında istehsal olunmuş taxıl ehtiyatlarının Rusiya vasitəsi ilə satışında qəbul edib və alıcı qismində çıxış edib. Baxmayaraq ki, müharibənin ilk günlərindən bu günə qədər İsrail ilə Ukrayna arasındakı münasibətlər hər zaman müsbət dinamika ilə inkişaf edib və İsrail Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyib. Amma müharibənin beş ildir davam etməsi və Rusiyaya qarşı sanksiyaların kifayət qədər yumşaldığı mərhələlərin müşahidə edilməsi düşünürəm ki, Ukraynanın ikitərəfli və çoxtərəfli münasibətlərində də bir çox istiqamətdə gərginliyə səbəb olan əsas məqamlardan biridir.
Çünki biz artıq istər enerji ehtiyatları ilə bağlı olsun, istər Rusiyanın digər təbii sərvətlərinin və işğal altında olan əraziləridəki sərvətlərinin satışı ilə bağlı olsun bu və ya digər formada dövlətlərlə olan münasibətlərini davam etdirmək cəhdlərini müşahidə edirik və qarşılıqlı əlaqələrin bir çox istiqamətdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımlarıda təşviq etdiyi istisna edilməməlidir. İddialar kifayət qədər sərt və kifayət qədər arqumentlərlə əsaslandırılmağa çalışılır. Amma düşünürəm ki, həm İsrail tərəfinin həmdə Ukrayna tərəfinin bu istiqamətdə atacağı ən önəmli addım münasibətlərin qırılma nöqtəsinə gəlməsinə icazə vermədən böhranın aradan qaldırılmasına nail olmaqdır.
Çünki indiki məqamda Ukrayna üçün yeni bir gərginliyin yaradılması yada digər dövlətlərə olan münasibətlərində böhrana səbəb ola biləcək addımların atılması düşünürəm ki, heçdə arzu olunan deyil. Qarşılıqlı olaraq anlaşılmazlığa səbəb olan taxıl böhranının qısa müddətdə həll olunması həm Ukraynanın həm Ukrayna-İsrail münasibətlərinin gələcəyi üçün düşünürəm ki, daha müsbət təsirlərə sahib ola bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 638 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672