Rusiyada miqrantlar üçün rüsumlar artırılır

Rusiyada miqrantlar üçün rüsumlar artırılırRusiya Dövlət Duması miqrantlar üçün Rusiya vətəndaşlığının alınmasına görə rüsumun 12 dəfə artırılmasına dair qanun layihəsinə prioritet qaydada baxacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Telegram" kanalında məlumat verib.

Spikerin sözlərinə görə, Rusiya pasportunun alınmasına görə rüsumun 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər artırılması planlaşdırılır.

Bundan əlavə, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə artırılaraq 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) çatdırılacaq. Yaşayış icazəsinin verilməsi üçün ödənişin isə 5 dəfə artırılaraq 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) çatdırılması təklif olunur.

Volodin qeyd edib ki, bu tədbirlər miqrasiya sahəsində qaydaların daha da nizamlanmasına kömək etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 142   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Lux Residence" Yasamal sakinlərinin evini icazəsiz sökür - Video

"Lux Residence" MMC uzun illərdir Bakının Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında yerləşən sakinlərin başına oyun açır. Tikinti şirkəti yaşayış ola-ola və sakinlərin heç bir razılığı olmadan evləri sökür. -a xəbər verir ki, narazı sakinlər tikinti şirkətini məhkəməyə verməyə hazırlaşır

28.04.2026 275
.

Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə bank xidmətləri ilə bağlı artan narazılıqların əsas səbəblərindən biri də kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqlarıdır. Xüsusilə cüzi məbləğlərdə - məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur

11:30 466
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar

10:16 143
.

"Aygün Kazımovadan sonra digər müğənnilər də icazə verdi"

Müğənni Aysel Əlizadə Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 ili münasibətilə hazırlanan "Best of Aygun 40" albomu haqda danışıb. Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində bu albomdan sonra sənət adamlarının mahnıları ilə bağlı qoyduğu qadağanın aradan qalxdığın

28.04.2026 384
.

Şahin Bağırov "Temu" bağlamalarının gecikmə səbəbini açıqladı

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl "Temu"dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilə

16:23 153
.

Onların baqajları gömrükdə yoxlanılmayacaq

Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

14:23 235
.

Yapon tankeri Hörmüz boğazından keçib

Yaponiyaya məxsus tanker Hörmüz boğazından keçərək Fars körfəzinə çıxıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi üç heyət üzvünü daşıyan gəminin bu səhər dəniz keçidindən keçərək hazırda Şərqi Asiyaya doğru hərəkət etdiyini açıqladı. Bu, müharibənin başlanğıcında

12:09 170
.

İlk finalçı məlum oldu - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub. BİG.AZ xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər. Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb

15:45 175
.

Böyük güclər arasında yeni mərhələ: açıq yox, dolayı qarşıdurma

ABŞ ilə İran arasında danışıqların yarımçıq qaldığı bir vaxtda Amerika mediasında diqqətçəkən iddialar yayılıb. Məlumatlara görə, Rusiyanın münaqişəyə dolayı şəkildə qoşula biləcəyi ehtimal olunur. İddialara əsasən, Moskva Tehrana ABŞ-ın hərbi gəmilərinin və şəxsi heyətinin yerləşdiyi mövqeləri əks etdirə

12:19 209
.

TOP MP3