Dəhşətli tibb təcrübələri.

Dəhşətli tibb təcrübələri.Vaşinqtonda bioetika ilə bağlı amerikan komissiyasının iclasında qalmaqallı faktlar ortaya çıxıb. Məlum olub ki, iyirminci əsrdə ABŞ-da insanlar üzərində müxtəlif təcrübələr aparılırmış. Hətta faşistlər üzərində qələbə də amerikalıları dayandırmayıb.Pittsburq universitetində bir tədqiqatın nəticələri və hesabatları tapılıb. Məlum olub ki, 1946-1948-ci illər arasında Qvatemala sakini bilərəkdən cindi infeksiyaya yoluxdurulub ki, həmin xəstəliyin müalicəsi üçün antibiotiklərin effektivliyi yoxlanılsın. Qvatemala sakinindən sonra araşdırmalar üçün çoxsaylı adamlar da bu xəstəliyə yoluxdurulurlar. Nəticədə 700 xəstəni ümumiyyətlə, sonradan sağaltmaq mümkün olmur. Həmin insanlar üzərindəki təcrübələr onların razılığı olmadan aparılırmış. Təcrübə aparılan insanlar çox vaxt ya ruhi xəstələr, ya məhbuslar ya da ağlı gec inkişaf edən uşaqlar üçün məktəbin şagirdləri olurmuş.1915-ci ildə Cozef Holberqer adlı bir nəfər məhbusların yeməyini məhdudlaşdırır. O sübut etmək istəyir ki, pellaqra (RR vitamininin çatışmaması nəticəsində törəyən xəstəlik) B3 vitamininin çatışmazlığı nəticəsində yaranır. Məhbuslara heç bir maddi kompensasiya ödənilmir və Holberqer bir neçə dəfə Nobel mükafatına namizəd olub.Təxminən 20-ci əsrin əvvəllərində Kaliforniyada məhbuslara edam edilmiş cinayətkarların və heyvanların cinsi vəzilərini yerləşdirirdilər.Nyu-Yorkda məhbusları məcbur edirdilər ki, xəstələrin nəcisindəki emulsiyanı içsinlər (bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri). Bununla onlar infeksiyanın necə ötürülməsini yoxlayırlarmış.İllinoys həbsxanasında məhbusları malyariya ilə yoluxdururlarmış ki, malyariya əleyhinə dərmanların təsirini yoxlasınlar.Sonralar bu cür tədqiqatlar az qala ABŞ-ın yarısında icazəli idi. Tədqiqatlar sürətlə genişlənirdi. Yaşlı əlillərə xərçəng hüceyrələri yerləşdirilirdi ki, onların orqanizmdə necə inkişaf etməsi öyrənilsin.Ən dəhşətlisi isə əqli cəhətdən gec inkişaf etmiş uşaqlar üçün olan Uilloubruk dövlət məktəbində 1963-1966-cı illərdə aparılan təcrübədir. Uşaqları müxtəlif hepatit xəstəlikləri ilə yoluxdururdular ki, dərmanların təsiri yoxlanılsın.Bu əslində aysberqin görünən tərəfdir. Amerikanın bəzi əczaçılıq şirkətləri etiraf ediblər ki, "insan şimpanzedən daha ucuzdur" ona görə də bu təcrübələr keçirilib. 1970-ci ildən Amerikada əczaçıların həbsxanalara girişi qadağandır. Amma uşaq üçün məktəblər hələ də onların üzünə açıqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3819   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086