Avropanın ən gözəl kəndləri

Avropada öz memarlığının orijinallığı və qədimiliyinə, həmçinin buralara ziyarət etmək istəyən turistlərin göstərdiyi marağa görə heç də Avropadan geri qalmayan kəndlərin sayı az deyildir.

Bu kəndlərin qeyri adi gözəlliyi hətta təcrübəli səyahətçiləri də heyran qoymağa qadirdir. Sizə Avropanın müxtəlif uc-bucaqlarında yerləşən ən gözəl kəndlərin seçmələrini təqdim edirik.

1. Ez kəndi, Fransa Lazur sahiliAvropanın ən gözəl kəndləriBu, Fransız Riverasının kurort bölgəsinin inanılmaz mənzərəli bir guşəsidir. Bu olduqca qədimi bir məskəndir, hələ qədim finikiyalılar tərəfindən əsası qoyulub və öz adını qədim Misir ilahəsi İsidanın şərəfinə qəbul edib. Bu gün Ezdə ən qədim bina Ağ Qardaşlığın Tövbə edən Günahkarlar kilsəsidir, əsası 1306-cı ildə qoyulub. Bu balaca məkanda bir çox məşhurlar istirahət edib və ya çalışıblar. Məsələn, məhz bu mənzərəli yerdə Nitsşe özünün "Zərdüşt belə deyərdi" fəlsəfi romanını yazıb.
2. Pitilyano, İtaliyaAvropanın ən gözəl kəndləriBu mənzərəli qəsəbənin sakinlərin sayı 4000 olar. Yerli əhalinin böyük hissəsini yəhudilər təşkil edir. Buna görə də şəhərciyə hətta Gənc Yerusəlim də deyirlər. Qəsəbənin özündə və onun ətrafında orta əsrlər dövrünə məxsus çoxlu memarlıq abidələri vardır.
3. Polperro, Böyük BritaniyaAvropanın ən gözəl kəndləriAğlasığmaz gözəlliyə malik bu balıqçı kəndi Plimutdan çox da uzaq olmayan məsafədə yerləşir, yayda bura o qədər turist axır ki, son dövrlərdə turizm yerli iqtisadiyyatın əsas sahəsinə çevrilib.
4. Qalştat, AvstriyaAvropanın ən gözəl kəndləriBu Avstriya kommunası əlçatmaz dağlıq ərazidə yerləşir və Avropanın ən gözəl yerlərindən biri hesab olunur. Burada ən qədəm Avropa duz mədənləri və dünyada ən qədim boru kəməri yerləşir, bu boru vasitəsi ilə duz məhlulu Ebanzeyə çatdırılır.
5. Vengen, İsveçrəAvropanın ən gözəl kəndləriVengen - füsunkar bir kənddir, əsrarəngiz Bern Alpında yerləşir. Turistlərin sayı burada yerli əhalini 5 bəzən isə 10 dəfə üstələyir. Burada dağ idman növləri gözəl inkişaf edib və hər qış məşhur "Lauberxorn" yürüşləri keçirilir. Xizəkçilik idman növü və gözəl dağ peyzajları ilə yanaşı turistlərə zəngin mədəni proqram təklif edilir: yerli kilsədə orqan musiqi gecələri keçirilir, vağzalda isə xalq mahnıları və dini musiqi konsertləri təşkil olunur. Həmçinin Vengendə məşhur kukla teatrı fəaliyyət göstərir.
6. Obiduş, PortuqaliyaAvropanın ən gözəl kəndləriBu qədimi mənzərəli şəhərcik uzun dövrlər ərzində Portuqaliya krallarının divan torpaqlarına daxil olub. Şəhərdə kifayət qədər qədimi memarlıq abidələri vardır, onların içərisində ən böyüyü isə 12-ci əsrdə tikilmiş Obiduş qəsridir, bundan əlavə bu şəhərcik öz dadlı şokoladları ilə (onu hətta "şokolad paytaxtı" da adlandırırlar) və ənənəvi albalı likörü ilə məşhurdur.
7. Deya , Malyorka adasıAvropanın ən gözəl kəndləriBu balaca kəndə şöhrət qazandıran təkcə onun gözoxşayan mənzərələri deyil, həmdə müxtəlif zamanlarda burada yaşamış tanınmış şəxsiyyətlərdir. İngiltərəli şair Robert Qreyvs, amerikalı yazısı Anaisnin, şairə Klaribel Aleqriya – bu məşhurların heç də tam siyahısı deyil. Bu gün Deya turistlər arasında elə populyardır ki, kənddə daima 20 restoran fəaliyyət göstərir ki, bütün gələn qonaqları qida ilə təmin etmək mümkün olsun.
8. Ravello, İtaliyaAvropanın ən gözəl kəndləriRavellonun mənzərəli təbiəti həmişə turistləri özünə cəzb edib, onların sırasında da tanınmış şəxslər az deyil. Bir zamanlar burada bəstəkar Edvard Qriq, Qreta Qarbo, Sofi Loren, Qor Vidal və başqaları istirahət edib. Kəndin ən başlıca görməli yeri 1086-cı ildə tikilmiş kilsədir. Burada əzəmətli əzabkeş və şəfaverici Panteleimiona məxsus əşyaların qalıqları saxlanılır.
9. Puçişçe, XorvatiyaAvropanın ən gözəl kəndləriPuçişçe – möcüzələr diyarıdır, bu balaca şəhərcik Braç adasında yerləşir. Adanın özünün eni 12 km, uzunluğu isə 40 km təşkil edir. Şəhərciyin yaxınlığında daş karxanası yerləşir və burada məşhur bəyaz əhəngdaşı hasil edilir. Bu "braç daşları" ilə qədim dövrlərdə Diokletina sarayı üzlənmişdir, bizim dövrdə isə Vaşinqtonun Ağ Evi bu daşlarla bəzənib. Şəhər əhalisinin əsas fəaliyyət növü əlbəttə ki, dünyanın bütün yerlərindən bu mənzərəli şəhərə axışan çox saylı turistlərə xidmət göstərməkdir.
10. Kazimej-Dolnı, PolşaAvropanın ən gözəl kəndləriKazimej-Dolnı Polşanın ən gözəl şəhərlərindən biri hesab olunur. Artıq 200 ildən çoxdur ki, o turist və rəssam kütlərini özünə cəlb edir, xüsusən də yay dönəmində. İmprovizə edilmiş rəssam sərgilərinə şəhərin az qala hər döngəsində rast gəlmək mümkündür. Eksponatlara nəinki baxmaq, həm də onları almaq mümkündür. Həm də şəhərdə çoxlu tarixi binalar var, şəhər kənarında gözəl kənd mənzərələri və təbiət qoynunda istirahətlər, qədim şəhərin qalıqları gözləyir.
11. Otuar, FransaAvropanın ən gözəl kəndləriBir çoxları hesab edir ki, Otuar – bütün Fransa ərazisində ən gözəl kənddir. Qəsəbənin 800-dən çox yaşı var, amma burada daha çox XVI və XVII əsrlərə məxsus tikililər qalıb. Onlar Otuarı bütün tərəflərdən əhatə edən iri massivli qayaların arasında çox əsrarəngiz görünür.
12. Karlinqford, İrlandiyaAvropanın ən gözəl kəndləriBu balaca kənddə 500-dən bir az artıq adam yaşayır, 800 il əvvəl norman cəngavəri bu yerdə saray ucaldıb, kənd isə onun ətrafında daha sonralar yaranıb və böyüyüb. Bu qəsr bu gün də Karlinqfordun ən başlıca əzəmətli abidəsi hesab olunur.
13. Mittenvald, AlmaniyaAvropanın ən gözəl kəndləriMittenvald kəndi Bavariya peyjazının fonunda möhtəşəm görünür. Buradakı evlər də sanki nağıl illüstrasiyalarını xatırladır. Burada saatlarla gəzmək, ətraf mühitdən zövq almaq, rahat mağazalara baş çəkmək və restoranlarda orijinal alman mətbəxinin dadına baxa bilərsiniz.
14. Krupe, BelçikaAvropanın ən gözəl kəndləriKrupe Qəsəbəsi Valloniya vadisində yerləşir. Əsrlər öncə olduğu kimi onu indidə su çuxurları əhatə edir, nisbətən uzaqlıqdan isə əlçatmaz qəsr və bir neçə mənzərəli mağaralar görünür. Qəsr bu gün də turistlər üçün əlçatmazdır, çünki onları bura buraxmırlar, o şəxsi mülk hesab olunur, lakin kənardan onun gözəlliyindən həzz almaq mümkündür. Həqiqətən də burada elə peyzajlar var ki, onlardan baxmaqla doymaq mümkün deyil.
15. Fyolbaka, İsveçAvropanın ən gözəl kəndləriFyolbaka inanılmaz gözəlliyə malik balıqçı kəndidir. Bu gün bura turist axını hələ ki, o qədər də yüksək deyil, amma ildən-ilə gələnlərin sayı artır. Kəndin populyarlığının artmasına müsbət təsir göstərən maraqlı bir amil isə burada baş tutan "Fyolbakada qətl" sənədli filminin çəkilişləridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8335   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 426
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 362
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 322
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 213
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 524
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 738
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 263
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1541
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 314