Azərbaycan evlərdə internet təchizatına görə dünyada 24-cü yeri tutub.

Azərbaycan evlərdə internet təchizatına görə dünyada 24-cü yeri tutub.Azərbaycan internetlə təchiz edilmiş ev təsərrüfatlarının yayılma faizinə görə 46,8%-lə 194 ölkə arasında 24-cü yeri tutub.

BiG.AZ bakuinfo.az saytına istinadən xəbər verir ki, bu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və UNESCO-nun birgə təsis etdiyi Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiya (The Broadband Commission for Digital Development) tərəfindən hazırlanmış "State of Broadband Report"da (Dövlət Genişzolaqlı Hesabatı) qeyd olunub.

Azərbaycan bu göstəriciyə görə, MDB ölkələri arasında yalnız Qazaxıstandan, qonşu ölkələr arasında isə Türkiyədən geri qalır.

Qonşu Gürcüstanı, İranı, Ermənistanı və MDB-nin bir neçə ölkəsini isə geridə qoyub.

Hesabatda təqdim edilmiş reytinq cədvəllərinə əsasən Azərbaycan dünya üzrə fərdlərin internetdən istifadə faizinə görə Qazaxıstanı, Rusiyanı, Belarusu, Gürcüstanı, Moldovanı qabaqlayaraq 54,2%-lə 66-cı yeri tutub.

İnkişaf etməkdə olan 146 ölkə arasında tərtib edilmiş reytinq cədvəlində isə Azərbaycan MDB ölkələri arasında fərdi internet istifadəçilərinin yayılma faizinə görə 54,2%-lə 25-ci yerdə qərarlaşıb.

Bununla da Qazaxıstanı, Braziliyanı, Türkiyəni, Çini, Tailandı, İranı, İndoneziyanı, Hindistanı, Pakistanı və reytinqdə iştirak edən 141 ölkəni qabaqlayıb.

Mobil genişzolaqlı internetin hər 100 nəfərə düşən istifadəçi sayına görə Azərbaycan 33,3%-lə 50-ci yeri tutub.

Bu göstəriciyə görə isə Türkiyəni, İranı, Litvanı, Ukraynanı, Gürcüstanı, Ermənistanı və digər MDB ölkələrini geridə qoyub.

Dünya ölkələri arasında hər 100 nəfərə düşən stasionar genişzolaqlı internet istifadəçilərinin sayına görə isə reytinqdə Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə Litva, Latviya, Belarus və Rusiyanı geridə qoyaraq dördüncü yeri tutub və 194 dünya ölkəsi arasında 13,8%-lə 52-ci yerdə qərarlaşıb.

Bu reytinqdə Azərbaycan Türkiyə, Moldova, Qazaxıstan, Gürcüstan, Ermənistan, İran və s. ölkələri geridə qoyub.

Hesabatda yüksəksürətli internetlə təmin edilmiş ailələrin sayına görə (əhalinin 97%-dən çox hissəsi) Koreya Respublikası birinci yeri tutub.

Stasionar genişzolaqlı internet xidmətlərindən istifadə edən fərdi istifadəçilərin sayına görə rekord göstəricini (əhalinin 40%) İsveçrə göstərib.

Müqayisə üçün qeyd edək ki, ABŞ internetlə təmin edilmiş ailələrin sayına görə reytinqdə dünya üzrə 24-cü yeri, fərdi istifadəçilərin sayına görə isə Finlandiya və Yaponiyadan sonra 20-ci yeri tutub.

Hazırda dünyada əhalisi internetdən istifadə edən ölkələrin sayı 70-dən çoxdur. Dünya üzrə bu göstəriciyə görə ilk onluğa 8-ci yeri tutmuş Yeni Zelandiya və 10-cu yeri tutmuş Qətəri istisna etsək, Avropa ölkələri daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1373   Tarix: 06 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589