Futbolçu ölümdən döndü - Video
BiG.AZ fanat.az-a istinadən verdiyi xəbərə görə,Dünən I divizion çərçivəsində keçirilən "Ağsu" - "Şahdağ" matçında xoşagəlməz olay yaşanıb.Matçın 8-ci dəqiqəsində qonaqların qapıçısı Şuhriddin Məhəmmədəliyev rəqibin futbolçusu ilə toqquşaraq, ağır zədə alıb.
Nəticədə huşunu itirərək, təxminən 4-5 dəqiqə yerdə qalıb. Həkimlərin cəhdi nəticəsində qapıçı həyata qayıdıb, amma özünə gələndən sonra harda olduğunu, hansı oyunda iştirak etdiyini xatırlamayıb.
Qusar klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimovun verdiyi məlumata görə, qapıçı oyunun gedişində də bir neçə dəfə özünü pis hiss etsə də sona qədər çərçivəni qoruya bilib. Oyundan sonra isə qapıçının beyninin silkələnməsi məlum olub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş