"Yox" nədir bilməyən uşaqlarımız...

"Yox" nədir bilməyən uşaqlarımız...BiG.AZ zaman.az-a istinadən xəbər verir ki,"Yox" nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Buna görə də valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar.

Günümüzdə övladlarına hər istədiyini alan, onlara "yoxdur" cavabı verməyən ailələr var. Hətta bir çoxları bununla fəxr edir, dost-tanış arasında bu barədə öyünə-öyünə danışırlar.

Kimisi üçün isə bu, ilk baxışdan normaldır, arqumentləri də budur ki, əziyyəti uşaqlarımıza görə çəkirik, onlara korluq çəkdirmək istəmirik və s. Amma burada uşağımızın gələcək həyata hazırlanması baxımından diqqət yetiriləsi məqamlar var. Məsələn, uşaqlı ailələrdə ehtiyac olmadığı halda qidalara, oyuncaqlara, geyimlərə xeyli vəsait sərf olunur. Müasir dövrümüzün ən böyük problemlərindən biri deyə biləcəyimiz bu vəziyyət təkcə maddi baxımdan itki hesab olunmur, həm də sonradan ailələri çıxılmaz durumlarda qoya bilir.

Kiçik bir misal; uşaq anası ilə alış-verişə çıxır. Evin zəruri ehtiyacı olan şeylər alındıqdan sonra, uşaq marketdən 5-6 şokolad götürüb yoluna davam etmək istəyir. Amma bu an anası uşağına evdə kifayət qədər şokolad olduğunu və yenisini almağa ehtiyac görmədiyini söyləyir. Uşaq şokoladları sinəsinə sıxıb ağlamağa başlayır. Əksər hallarda bu vəziyyət uşağın "qalib" çıxması ilə, yəni ehtiyac olmadığı təqdirdə belə nəyinsə yenidən alınması ilə nəticələnir. Yazımızın oxunduğu uşaqlı ailələr üçün yəqin ki, bu vəziyyət tanış gələcək. Elə isə nə etməli? Necə edək ki, "nə şiş yansın, nə də kabab"?

Bu məsələdə ilk vacib amillərdən biri valideynlərin uşaqlara nəyi vermələrini yaxşı bilmələridir. İstənilən nədir, verilən nədir, faydası varmı, yoxmu, versəm nə olacaq, verməsəm nə olacaq.

Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

Pedoqoqlar bu fikirdədirlər ki, pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq vardır. Çalışmaq lazımdır ki, ailədə uşaqlar valideynləri yox, valideynlər uşaqları yönəltsinlər. Pedoqoqların fikrincə, təcrübəsiz, məlumatsız ailələrin ən böyük xətalarından biri uşağın hər istədiyinin yerinə yetiriləcəyi təqdirdə onun özünü xoşbəxt hiss edəcəyini düşünməkdir. Bu cür yanaşma, xüsusilə, uşaqlığı yoxsulluq içərisində keçən valideynlərə xasdır. Həmin valideynlər: "Biz çox böyük sıxıntılar yaşadıq, yoxsulluq gördük, heç olmasa uşaqlarımız bu çətinliyi görməsinlər",-deyə düşünürlər.

Təbii ki, bu düşüncə valideynin uşağa sevgisindən qaynaqlanır, amma bu yanaşmada xəta var.

Pedoqoqların qənaətinə görə, hər istədiyi yerinə yetirilən uşaqlar acgöz olurlar, diqqətsiz davranırlar və onlara bir şey verilən zaman şükr etmirlər.

Yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir

Bu məsələdə sərhədləri valideynin müəyyənləşdirməli olduğunu bildirən psixoloq Yasəmən Eyyuboğlu uşağın istəkləri qarşısında göstərilən rəftarın önəmini də qeyd edir. Onun sözlərinə görə, valideynlər ana-ata-uşaq üçlüyündə əsl söz sahibinin özləri olduğunun fərqinə varmalıdırlar. Uşağın məsləhətçiyə, öyrədənə ehtiyacı olduğunu qeyd edən psixoloq: "Uşaq sizdən sonra gələn nəsil deməkdir. Onu elə yetirşdirin ki, cəmiyyət üçün faydalı bir insan olsun. Uşaq hər istədiyini əldə edə bilməyəcəyini anlamalıdır. Unutmayın, yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir".

Yeri gələndə uşağın tələblərinə sərhəd qoymağı bacarın

"Ailəm" jurnalının redaktoru Aydın Ucalın məsələyə mövqeyi belədir: "Məsələ burasındadır ki, "yox" nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Üstəlik, belə uşaqlar durmadan nə isə istəyirlər. Ən qəribəsi isə budur ki, istədiklərini əldə edəndə sevinmirlər. Bu isə uşaqlarda çox ciddi problemlərdən biri olan doyumsuzluq problemi ilə nəticələnir. Daha sonra isə bu problem özü ilə başqa bir problemi, yəni məsuliyyətsizlik problemini gətirir. Bu isə belə uşaqların gələcəkdə cəmiyyətdə bir fərd kimi formalaşmasına mənfi təsir göstərir".

Aydın Ucalın sözlərinə görə, digər tərəfdən, bu vəziyyət uşağın ailənin mərkəzinə keçməsindən də irəli gəlir: "Bu isə o deməkdir ki, artıq bütün mühüm qərarlar ilk növbədə uşağın tələbləri əsasında qəbul edilir. Halbuki, məsələnin əhəmiyyətindən asılı olaraq ailənin mərkəzində həm ata, həm ana, həm də uşaq ola bilər. Buna görə də, valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1557   Tarix: 30 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364