Dünyanın ən qəmli toyu FOTOLAR

Dünyanın ən qəmli toyu FOTOLARBu toy dünyanın ən qəmli, ən pərişan toy mərasimlərindən biri sayıla bilər. İki ildən bəri koma vəziyyətində olan gəlin nikah mərasimindən sonra vəfat edib. Daha doğrusu, həkimlər onun həyatının süni dəstəklənməsi qurğusunu söndürüblər.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verirki, Çinin Quançjou şəhərində yaşayan He Szinszin 3 il əvvəl Lu Layla tanış olmuş və ona vurulmuşdu. Gənclər az sonra nişanlanmışdılar. Onlar ailə qurmaq istəyirdilər.

Lakin 2011-ci ildə He Szinszin koma vəziyyətinə düşdü, xəstəxananın intensiv terapiya bölməsinə yerləşdirildi.

... Li Szinszin və Lu Lay Çinin cənub-şərqindəki Quançjou vilayətindəki yerli dövlət qurumlarında çalışırdılar. Onlar toydan sonra ev almağı, bəxtəvər yaşamağı düşünürdülər.
Dünən He Szinszinin 28 yaşı tamam oldu.
Və dünən onun toyu idi.

Henin koma vəziyyətində yatdığı palatada tort vardı. Palata bəzədilmişdi və Henin anası Li Sin He ağlayaraq qızının nikahında iştirak edirdi.
Lu Lay nişanlısının əlindən tutdu və titrəyən səslə dedi: "Bax, artıq evlənirik! Toyumuzdur, He! Sən artıq xanımımsan..."
Gəlinlik paltarında olan, amma gözləri açılmayan və güclə nəfəs alan He isə bunları eşitmirdi.
Dövlət məmuru "Sizi ər və arvad elan edirəm!" deyəndə Lu Lay göz yaşlarını saxlaya bilmədi.
İki saat sonra isə həkimlər He Szinszini süni yaşam qurğusundan ayırdılar.

Henin ailəsinin qərarına görə, koma vəziyyətindən ayılmayaraq gəlin olan və ərə gedən He Szinszinin orqanları başqa xəstələrə yardım məqsədilə istifadə olunacaq.

"O öldü. Nikahımızdan iki saat sonra o vəfat etdi. He həmişə ürəyimdə olacaq. Ömrümün sonunadək onun qüssəsini çəkəcəyəm", - Lu Lay deyib.
Lu Layın dediyinə görə, He əvvəllər özünü bir qədər nasaz hiss edirmiş: "Ona dedim ki, işə getməsin, evdə otursun. Qulaq asmadı, işləmək istədiyini dedi. Sonra mənə zəng vurub söylədilər ki, He işdə huşunu itirib, kompüterin üstünə yıxılıb. Onu xəstəxanaya apardıq və həmin gündən bəri ayılmadı".
He Szinszinin atası Lu Fanın sözlərinə görə, həkimlər koma vəziyyətində olan qızının beyin funksiyalarının pozulduğunu söyləyiblər.

"He ailəmizin yeganə övladı idi. Onun arzusunu çin etdik, nikahını, toyunu etdik. Nikahdan iki saat sonra He öldü. Heç nə demək istəmirəm", - Lu Fan söyləyib.

Dünyanın ən qəmli toyu FOTOLARDünyanın ən qəmli toyu FOTOLARDünyanın ən qəmli toyu FOTOLARDünyanın ən qəmli toyu FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13532   Tarix: 26 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877