Dünyanın ən qorxunc və maraqlı yerləri SİYAHI FOTOLAR
1) İslandiya daş trol
Bu görüntü İslandiya əfsanələrinə görə gün ərzində daşa çevrilən trollarla doludur. Sağ küncdə olduqca diqqətə çarpan bir şəkildə dayanan trol sifətinin yanında daha bir çoxu mənzərəyə sinmiş vəziyyətdədir.
2) Geoloji gərgədan
Yenə İslandiyada olan bu yerin adı Hvitserkurdur. Bu yer eynilə bir gərgədanı xatırladır və olduqca ürküdücü görünür.
3) Kəllə yamacı
Kentucky, Amerikadakı Cumberland gölündə çəkilən bu yer, təbii çürümə və eroziya səbəbiylə meydana gəlmişdir. Ancaq yenə də insanı qorxutmağa yetir.
4) Dənizə baxış
Bəlkə bir işarə üçün ya da dünyanın gözlənilən sonunu görə bilmək üçün dənizə baxan bir yaşlı adamı xatırladan bu qayalığın rəsmi İngiltərə, Somerset'te çəkilmişdir. Görəsən bu bir divin sifəti ola bilərmi?
5) Profildən üz
Taft Point olaraq bilinən bu qayalıqlardaki daş üzləri gerçək bir insanı xatırladır. Kim bilir, bu bəlkə də metrlərlə yüksəklikdən padşahlığını müşahidə edən bir divin üzüdür.
6) Su canavarı
Tam olaraq bir məkan deyə bilməsək də bir məkanda çəkilmiş bir görüntü deyə bilərik buna. Ancaq elə bir görüntü ki, sanki, suyun ruhu var və dənizdən çıxaraq tamam ayrı bir bütünlüklə qovuşur.
7) Cəhənnəmə giriş
Fümerol olaraq da bilinən isti buxar və sulfat qazının İslandiyadakı Namaskarğ'nun turşulu torpaqlarından çıxışını göstərən bu şəkil, sanki şeytanın necə göründüyünü göstərir.
8) Cəhənnəmdən gələn
İslandiyada nə var naməlumdur, amma dərhal hər yeri ürküdücü görünür. Myvatn'da çəkilmiş bu şəkil cəhənnəmin gizli yerinə işarə edir kimidir.
9) Geotermal kabus
İslandiya mədəniyyətində niyə bu qədər çox canavarlardan, goblins və digər varlıqlardan bəhs edildiyini anlamaq heç də çətin deyil. Bu görüntülər də təbiətin necə insan zehnini bulandıra bildiyini göstərir.
10) Cəhənnəm qapılarından çxış
İslandiyadan son bir görüntü daha. Geotermal bir güc stansiyası yaxınlarda çəkilən bu şəkil, dünyanın sonundan bəhs edir kimidir.
11) Qəribə yumurtalar
Yumurtanı xatırladan bu qəribə kurqanları, fərqli bir dünyaya aid kimi dayanırlar. Əslinə baxılsa, bu rəngli daşlar New Mexikoda eroziyaya məruz qalmış strukturlardan başqa bir şey deyil.
12) Bambaşqa bir dünya
Boliviya, Laguna Colorada'yı əhatə edən çöldə yer alan bu məkan əslində dayaz bir duz gölüdür. Suyun rənginin qırmızı olması mühiti daha da qəribələşdirir.
13) Buz qapısı
Buzlarla bağlı bu gözəl ağaclı yol mənzərəsi Hollandiyada çəkilmişdir. Buzlar kraliçasının evinə gedən yolmuş kimi dayanan bu yer nə qədər gözəl olsa da, insanın tüklərini biz-biz etməyə yetir.
14) Qorxunc əlcəklər
Tikanlı məftillərə asılmış bir neçə əlcəyin bu qədər tüklər ürpərdici görünəcəyini kim təxmin edə bilərdi ki? Hollandiyada çəkilən bu şəkil insana qorxu salır.
15) Uzun incə bir yol
Səhv nəticələnən yol hekayələrini xatırladan bu görüntü California çölündə deyil, Filippində çəkilmişdir. Qəribədir, amma ürküdücüdür, elə deyilmi?
16) Ürküdücü daxma
Klassik bir qorxu filmini tamamlayacaq bütün elementlər bu şəkildə mövcuddur. Uzun ağaclar, qaranlıq bir səma, tək bir daxma... Ətrafı örtməkdə olan sis də insanı sakitləşdirməmək üçün əlindən gələni edir. Bu əhvalatın gerisini özünüz də tamamlaya bilərsiniz.
17) Qaranlıq gecə
Bu ürküdücü şəkil bir filmdən çıxmış kimi görünür. Ay işığının işıqlandırdığı və sisin boğduğu ağac çoxluqları, kölgələrində qorxunc şeylər saxlayır ola bilər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş