Murad Dadaşov necə arıqladı?

Murad Dadaşov necə arıqladı?Bu yay dünyanın dörd bir yanını gəzən şoumen Murad Dadaşov arıqlaması ilə diqqət çəkib.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, artıq çəkidən necə xilas olduğundan söz açıb:

"Bu yay çox gözəl dincəldim. Amerika, İspaniya, Bodrum və bir çox yerləri gəzdim. Bu qədər səyahətdən sonra necə arıqlamağım hamını maraqlandırır. Fərqli ölkələrin mətbəxini sevirəm, getdiyim yerlərdə də dadlı yeməklər var idi. Amma nəfsimi saxlamağı bacardım. Bizdə bir fikir formalaşıb: yayda balıq yemək olmaz. İspaniya səfəri zamanı əmin oldum ki, balığı elə yayda yeyərlər. İstirahət boyunca balıqdan hazırlanan xörəklər yedim.
Ən əsası isə həkim müayinəsindən keçdim və güclü müalicə aldım. Arıqlamışdım, amma Sağlamlığım üçün buna ehtiyacım var idi. 126 kiloqram idim. İndi 27 kiloqram atmışam. Arıqlamaq heç də asan deyildi. Böyük yol keçdim. Hələ bu son deyil. İstədiyim çəki var, ona çatana kimi davam edəcəm".

Şoumen arıqlamaq üçün ən əsası spirtli içkidən imtina etdiyini bildirib:

"Sağlam arıqlamaq üçün mən uzun müddətdir spirtli içkidən imtina etmişəm. Bir şeyi başa düşdüm ki, insanların həyatı yemək üstündə qurulub. Hara gedirsən söhbətin sonunda yemək təklif olunur. Çox şükür ki, bunlardan uzaq olmaq üçün özümə yeni, maraqlı əyləncələr tapıram. Ən əsası isə yeməyimin həcmini azaltmışam".

Murad Dadaşov arıqlamağını şouya çevirəcəyini deyib:

"İnsanların əksəriyyəti arıqlamaq üçün özlərinə güvənmirlər. İstədiyim çəkiyə düşəndən sonra bundan şou hazırlayacam. Həmin şouda hər kəsə necə sağlam arıqlamağın mümkün olduğunu izah edəcəm. Artıq çəkidən xilas olmağa can atanlara dəstək olacam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15112   Tarix: 06 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366