Arif Quliyevin "sevgilisi": "Onun səfərlərdə etdiyi "səhvləri" yoldaşına deməmişəm"Müsahibə

Arif Quliyevin "sevgilisi": "Onun səfərlərdə etdiyi "səhvləri" yoldaşına deməmişəm"Müsahibə"Bəyin oğurlanması" filmindəki bu epizod yadınızdadır?

- Mən sənə demək istəyirdim ki.
- Elə mən də.
- Nəyi?
- Səni sevdiyimi.
- Onda gələrsən.
- Hara?
- Oraaaaa?

Amma ora olmadı və "Bəyin oğurlanması" bu aktrisanın çəkildiyi ilk və yeganə film kimi yadaşlarda qaldı. Maraqlısı budur ki, adı belə olmayan bu rol aktrisanı indi də insanlara xatırladır. Beləliklə, Modern.az saytının suallarını aktrisa Naibə Əlibəyova cavablandırır.

- 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olmuşam, "Sovetski" adlanan məhəllədə böyümüşəm. Əslimiz İmişlidəndir. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin (O vaxt İncəsənət İnstitutu idi –İ.V) mədəni maarif fakültəsinin kütləvi tamaşalar rejissorluğuna qəbul olmuşam. Bizimlə eyni vaxtda Azad Şükürov, Elçin Həmidov, Qorxmaz Əlili, Firəngiz Mütəllimova oxuyurdu. Mədəni maarif fakültəsində oxusam da, aktyorlarla daha çox dostluq edirdim. Universiteti bitirəndən sonra təyinatla Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri göndərildim. Üç il təyinat müddətimi başa vurandan sonra Bakıya qayıdıb Musiqili Komediya Teatrına işə düzəldim və 1992-ci ilə qədər orda işlədim.

- Sizi "Bəyin oğurlanması" filmindəki epizodik rolla daha çox xatırlayırlar. Bu rola dəvət almağınız necə baş verdi?

- 1985-ci ilin avqustunda Şamaxıya qastrola getmişdik. Həmin vaxt rəhmətlik Ceyhun Mirzəyevlə Vaqif Mustafayev Şamaxıda "Bəyin oğurlanması" filmini çəkirdilər. Həm filmin çəkiliş qrupu, həm də biz eyni mehmanxanada qalırdıq. Oturub çay içdiyimiz yerdə Ceyhun Mirzəyev Arif Quliyevə dedi ki, "Arif, bəlkə sənə bir rol təklif edim". Arif razılaşdı. Çox pis oldum ki, mən də orda otura-otura heç bir rol vermirlər. İki-üç gündən sonra yenə də bir yerdə oturub çay içəndə rəhmətlik Ceyhun dedi ki, "Arif bəlkə sənə bir sevgili də verək". Arif də qayıtdı ki, "mən sevgilini hardan tapım". Ceyhun Mirzəyev məni göstərdi. O vaxt mənim 22 yaşım var idi. Çəkilişlər başladı və oktyabrın axırına kimi Şamaxıda qaldıq.

- Həmin epizodlar bir dubla çəkilib?

- Yox, bəzən 2-3 dubla da çəkilirdi. Bilirsən niyə? Çünki biz teatr aktyorlarıyıq. Kinoaktyor tamam başqadır. Arif Quliyev o vaxt tanınan sənətkar idi, mən sənətə yeni gəlmişdim.

- O vaxt sizi tanımırdılar?

- Mən də Məhərrəm Bədirzadənin "Səhər görüşləri"nə, "Komediyalar aləminə səyahət"ə çəkilirdim. Onu da qeyd edim ki, Məhərrəm Bədirzadə mənim ilk müəllimim olub. Onun sayəsində bu sənəti sevmişəm. Allah ona şəfa versin.

- Çəkilişdə hansı maraqlı məqamlar olub?

- Ariflə qaçırıq. O, mənə yaxınlaşdı, sözünü dedi və qaçmağa başladı. Məni isə sözümü deyirəm, amma dayanmışam. Arxadan qışqırdılar ki, "Stop, stop!". Sən demə, Arif mənə yaxınlaşanda bir yerdə qaçmalıyıqmış. İndinin özündə məni bu rolla tanıyırlar.

- Deyəsən o rolun adı da yox idi.

- Elədir. Orda çox epizoda çəkilmişik. Amma bəzi yerləri montajda çıxarılıb.

- Səhv etmirəmsə, ondan sonra heç bir filmə çəkilməmisiniz.

- Hə, qismət olmayıb. Amma oynadığım tamaşalar çox olub. 1992-ci ildə Arif Quliyev "Satira" teatrını yaratdı və mən Musiqili Komediya Teatrından çıxdım. Bu gün də həmin teatrın üzvüyəm.

- Sonuncu dəfə nə vaxt qastrolda olmusunuz?

- Təxminən 5-6 ay əvvəl Cəlilabad və Biləsuvarda qastrollarımız olub. Biz dəvətlə gedirik.

- Əvvəl sizi tez-tez cəbhə bölgələrində görürdük.

- Cəbhə bölgələrində hələ müharibənin qızğın vaxtlarında konsertlər verirdik. Səngərdə düşmənlə üz-üzə dayanmış Azərbaycan oğlunun alnındakı qırışın bir neçə dəqiqəlik də olsa, təbəssümlə əvəz olunması bizimçün dünyanın ən böyük sərvəti idi. İndinin özündə də cəbhə bölgələrində uşaq evlərində, qocalar evində çıxışlarımız olur. Amma bu barədə efirdə, mətbuatda o qədər də geniş məlumat verilmir.

- Bir müddət öncə səhhətinizdə ciddi problem yaranmışdı. İndi necəsiniz?

- Hə, vəziyyətim çox pis idi. Beynimə qida getmirdi. Bir müddət İranda müalicə olundum. İndi yenidən ora gedib müayinədən keçməliyəm. Məndə paralicin əlamətləri var idi. Hər şey ola bilərdi. Amma çox şükür ki, bu gün hər şey qaydasındadır.

- Çox istərdim bu suala səmimi cavab verəsiniz. İndiyə kimi də çox adam düşünür ki, siz Arif Quliyevin sevgilisi olmusunuz.

- İnanın səmimiyyətimə ki, Arif müəllimə hər zaman çox təmiz yanaşmışam. Heç ağlıma gəlmir ki, o da mənə başqa niyyətlə yaxınlaşsın. Biz sırf işimizi görmüşük və ailəvi dostluğumuz da indiyə qədər davam edir. Qastrollara gedəndə yoldaşı Gülzar deyirdi ki, "Arifdən muğaat ol".

- Bəs qastrollarda Arif Quliyevin yol verdiyi "səhvləri" yoldaşına demisiniz?

- İstənilən kişi gözəl qadın görəndə çaşa bilər (gülür). Amma heç vaxt onun səfərlərdə etdiyi "səhvləri" yoldaşına deməmişəm. Kişidir də, hər şey ola bilər (gülür). Hər sözü danışmaq olmaz. Onların arasına niyə dava salım axı? Bir-birimizin səhvini hər zaman üzümüzə demişik. Elə olub ki, küsmüşük. Sonra bir birimizdən üzrə istəyib barışmışıq və səhvlərinizi başa düşümşük.

- İstərdim ailəniz haqda danışasınıız.

- Ailəliyəm, bir qızım və Rüqayyə adlı bir nəvəm var. Qızım iqtisadçıdır. Həm kürəkənim, həm qızım ibadət edir. Çox şükür ki, gözəl ailəm var. Ailəmə baxanda keçmişə olan ağrı-acımı onların xoşbəxtliyi ilə unuduram.

- Epizodik rol olsa da, sizi çox məşhurlaşdırmışdı "Bəyin oğurlanması" filmi. Amma elə bil əldə etdiyiniz populyarlıqdan istifadə edə bilmədiniz. Yənii başqa filmlərə çəkilmədiniz və sair.

- O vaxt Musiqili Komediya Teatrı ilə çox qastrollarımız olurdu. Ev telefonumuz, mobil telefon yox idi. Bəlkə də rejissorlar məni axtarıb tapa bilməyiblər.

- Ona qalsa digər aktrisaların da mobil telefonu yox idi. Fəxri ad almaq ürəyinizdən keçib?

- Fəxri ad yaxşı şeydir. Amma indi bu adları o qədər ucuzlaşdırıblar ki. Fəxri ad daşıyan aktyorlarla, müğənnilərlə bir yerdə harasa gedirəm, məni daha tez tanıyırlar nəinki onları. Bunun özü mənimçün böyük fəxrdir. Məni tanıyırlar, hörmət edirlər.

- Demək olarmı ki, artıq sənətdən uzaqlaşmısınız?

- Yox, niyə ki? Satira teatrındayam, məşqlərimiz tamaşalarımız, səfərlərimiz olur. İndi məzuniyyətdəyik. Arif müəllim hələ dayanmır, onun motoru çox möhkəmdir (gülür).

- Teartdan əməkhaqqı alırsınız?

- Aylıq əməkhaqı da alıram, qastrollarda da qonorarımız olur.

- Necə dolanırsınız?

- O qədər yüksək məvacib almasam da, ailəmlə köməkləşib dolanırıq, heç kimdən də geri qalmırıq.

- Seriallara dəvət alırsınız?

- Bəlkə də getsəm, məni götürərlər. Sadəcə özüm çəkilməyə, kiməsə ağız açmağa can atmıram. İstəyən axtarsın tapsın. Telekanallar sağ olsun ki, məni dəvət edirlər. Kim necə bacarırsa, elə də yaşayır, çəkir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4356   Tarix: 03 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817