13 Ginnes rekordu, 750 milyon satılmış albom - Video

13 Ginnes rekordu, 750 milyon satılmış albom - Video

Maykl Cozef Cekson 1958-ci ildə avqustun 29-da İndiana ştatının Qari şəhərində anadan olub. Adını 13 dəfə Ginnesin rekordlar kitabına yazdırıb. Albomlarının satışı 750 milyondan çoxdur.

Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınmış, sonradan solo artisti kimi şöhrət qazanıb. Onun müvəffəqiyyətli karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 il pop mədəniyyətinin bir hissəsi olub.

Doqquz uşaqlı ailənin yeddinci üzvü olaraq dünyaya gələn sənətçinin tam adı, Maykl Cozef Ceksondur. Müğənninin fabrik işçisi olan atası, Cozef Cekson, musiqiyə ehtiras dərəcəsində bağlı idi və boş zamanlarında gitara çalırdı. Həyat yoldaşı Katherine (Scruse) ilə evlənib cox uşaqlı bir ailə halına gəldikdən sonra, musiqi marağını uşaqlarına da aşıladı. 60-ci illərdən etibarən böyük qardaşları, Jackie, Tito və Jermaine, ataları tərəfindən təşkil edilən "The Jackson Brothers" adında bir qrup quraraq, klublarda mahnı oxumağa və yarışmalara qatılmağa başladılar. Ceksonun sahib olduğu səs və rəqs qabiliyyəti, qısa zamanda fərq edildi. Hələ yaşı kiçik olmasına baxmayaraq, xüsusilə solo mahnılardakı performansı səbəbiylə, 1964-cü ildə, digər qardaşı Marlonla birlikdə qrupa daxil edildi. Artıq beş üzvdən ibarət olan qardaşlar, qrupun adını "The Jackson 5" olaraq dəyişdirdi.

1968-ci ildə Motownla imzaladıqları müqavilədən sonra Kaliforniyaya daşınan qrupun ulduzu sürətlə parlamağa başladı. O-Jays qrupu və Ceyms Brown kimi soul musiqinin öndərlərinin izindən gedən (The Jackson 5) 1970-ci illərin başında zənci pop və soul vokal qruplarının dünya səviyyəsində bir nömrəli nümayəndəsi halına gəlib. Maykl Cekson isə, bu yeni musiqi tərzini öz içərisində, rəqsiylə birlikdə möhtəşəmləşdirərək, xüsusi bir tərzə çevirəcəkdir . Qrupun bu sürətli yüksəlişindən sonra, güclü səsiylə, fərqli rəqsiylə olduqca seçilən və önə çıxan Maykl Cekson, 1971-1976-cı illər arasında hələ də (The Jackson 5) ilə əlaqədar olaraq, yenə Motowndan, "Got To Be There", "Ben", "Music and Me" və "Forever Michael" adlı ilk solo albomlarını çıxardı. Artıq Cekson üçün zirvəyə çatmağın yolu açıldı.

"Walt Disney Pictures" tərəfindən, 1971-ci ildə cizgi filmi çəkildi və yayımlandı. Şöhrətini bütün dünyaya eşitdirən Cekson qardaşları, beynəlxalq konsertlər ardıcıllığına 1972-ci ildə İngiltərədən başladılar və getdikləri hər yerdə konsertlər fantastik izdihamla keçdi. 1973-cü ildən etibarən qrupun satış rəqəmlərinin düşmə meyli göstərməsiylə birlikdə, Motown idarəsi ələ alaraq, bundan belə şirkət tərəfindən seçiləcək mahnıların səsləndirilməsi mövzusunda Ceksonlara təzyiq etməyə başladı. Çətin günlər keçirən qrup, 1976-ci ildə şirkətdən ayrılma qərarı alaraq, Epic Recordsla müqavilə imzaladı. Bu inkişafdan sonra Motown, Ceksonlar əleyhinə, müqaviləni pozmaq tezisiylə iddia açdı. Eyni il, qrupun məlumatı olmadan "The Jackson 5 Anthology" adıyla qarışıq bir albom hazırlandı və kütləvi satışa cıxarıldı. Bu inkişaf iplərin yaxşıca gərilməsinə səbəb oldu.

Bu albomun Maykl üçün də ayrı bir əhəmiyyəti oldu. Çünki öz bəstələdiyi mahnılar, dünya səviyyəsində böyük bəyənmə yığdı və qrupun klassikləri arasına girməyi bacardı. Beləcə Mayklın musiqi bəstələmək kimi başqa bir qabiliyyəti daha ortaya çıxmış oldu. Bu albom iki milyondan çox tirajla satilaraq, qrupun və xüsusilə də Mayklı daha da məşhurlaşdırdı. Şirkətin sahibi Berri Gordyun qızıyla evli olan Jermen Cekson, tərəflər arasındakı bu ixtilafdan ötəri, qrupdan ayrılaraq Motownda qaldı. Ad haqqını itirən Cekson qardaşları isə, Jermainenin yerinə ən kiçik qardaşları Randi qrupa daxil edərək, The Jacksons olaraq adını dəyişdirdi. Yenilənən qrup üçün artıq yeni bir dövr başlayır; Maykl isə zirvəyə doğru addımlayırdı. The Jacksons qısa zamanda öz şöhrətini geri qaytara bildi və 1976 – 1984 illəri arasında, öz parçalarından meydana gətirdikləri albomlar və sinqllar ilə yüksəlməyə davam etdi. Yeni şirkətlərindən altı yeni albom çıxaran qrupun, 1978-ci ildəki Destini çalışması az qala şoka səbəb oldu və Cekson qardaşlarının ən müvəffəqiyyətli albomlarından sayılırdı.

2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Lakin onun öldürüldüyünü müdafiə edənlər də yetərincədir. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1838   Tarix: 31 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571