65 yaşında da erotik film dəvəti gəlsə, çəkilərəm

65 yaşında da erotik film dəvəti gəlsə, çəkilərəmAzərbaycanlı aktrisalar erotik epizodlu filmlərə çəkilmələrindən danışdılar. Əməkdar artist Vəfa Zeynalovanın çəkildiyi "İlahi məxluq" filmi ətrafındakı müzakirələrdən sonra Azərbaycan aktrisalarının erotik epizodu olan filmlərə çəkilib-çəkilməməsi müzakirə mövzusudur. Heç şübhəsiz ki, bütün məsələlərdə olduğu kimi burda da razılaşanlar da var, razı olmayanlar da.

BiG.AZ bildirir ki, tanınmış aktrisalara "erotik epizodları olan filmə çəkilərsinizmi" sualı ilə müraciət edib.

Aktrisa Səmimə Səlimova bildirib ki, mümkün olmayan heç nə yoxdur: "Ancaq mentalitetimizi nəzərə alsaq, şəxsən mən çəkilmərəm. Bir qadın olaraq efirdə açıq səhnələrlə özümü reklam edib populyarlıq əldə eləmək naminə ailəmin başını aşağı eləmərəm".

Aktrisa hesab edir ki, açıq səhnələrin daha münasib və uyğun həlləri var: "Bunu rejissor düşünə və uyğun səhnələrdə tamaşaçılara o açıq səhnələrin əvəzinə həmin hissləri başqa üsulla çatdıra bilər. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirdiyim üçün bunu əminliklə deyirəm. Əgər açıq səhnələrə zərurət varsa, yəni bu səhnə filmin kulminasiyası hesab olunursa, yaxud da hansısa hadisənin gedişatına kömək edirsə, mütləq çəkilməlidir. Amma tam çılpaqlığıyla yox. Bu səhnələrin ən sadə variantı musiqi, gözəl ustalıqla qurulmuş işıqlar və kölgələrlə işləməkdir. Dediklərimi isə hər rejissor dərk etmir. Onlar öz filmlərinin populyarlığını ancaq açıq səhnələrdə axtarırlarsa, bu böyük yanlışdır. Əgər dediyim istisnalarla çəkilərsə, mən də belə filmə çəkilərəm".

Əməkdar artist Nahidə Orucova da hesab edir ki, belə bir filmə çəkilmək olar. Amma: "Erotik filmə çəkilmək olar e... Biz aktrisayıq, hər şeyi bacarmalıyıq. Ancaq onu da fikirləşək ki, mentalitetimiz var, müsəlmanıq. Müsəlman ölkəsində erotik səhnə necə ola bilər? Olar, amma üstüörtülü... Baxır hansı formada erotika. Məsələn üstünə bir şey örtmək olar. Onsuz da baxanda bilinir ki, o lütdür. Amma kadrda lüt olmaz. Mən belə bir filmə çəkilmərəm". N. Orucova deyib ki, çimərlik geyimində çəkilə bilər: "Onsuz da bizim bəzi filmlərdə belə kadrlar var. Amma danışıq tərzi və maneralarla ehtiraslı görüntü yaratmaq da mümkündür".

Əməkdar artist Nəsibə Eldarova isə düşünür ki, aktrisa üçün belə məsələlər kompleks yaratmamalıdır: "Belə filmə çəkilmək normaldır. Film filmdir. İstər Azərbaycanda, istər Hollivudda, film yaşıdırsa, yaxşıdır, pisdirsə pisdir. Mənə hətta 65 yaşında da erotik film dəvəti gəlsə, çəkilərəm. Amma doğrudan da yaxşı filmdirsə, erotika xatirinə yox". Əməkdar artist bildirdi ki, belə filmə çəkilmək üçün yaş əsas deyil: "Var yaxşı film, var pis film. Hərdən də dahiyanə filmlər olur. Bir film var, deyəsən, Berqmanın idi, onun sevimli aktyorları oynayırdı. Liv Ulmanın orda bəlkə də 70-ə yaxın yaşı var. Filmdə iki qocanın yataq səhnəsi vardı tam çılpaq. Qırışmış, sallaq əzalar... Əslində bu iyrənc görünməliydi, amma bu səhnə filmin ideyasını açır. Elə ustalıqla çəkilmişdi ki, qeyri-iradi ağladım".

Tanınmış aktrisa, əməkdar artist Naibə Allahverdiyeva isə bildirib ki, erotik filmə çəkilməyinə mane olan səbəblər var: "Erotik filmə çəkilmərəm. Birincisi, bizdə belə şeylər qəbul olunmur. Kimsə çəkilirsə də mən ona pis baxmıram. Ola bilər elə səhnədir ki, film üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycanda açıq-saçıq səhnələri olan erotik filmin çəkiləcəyinə inanmıram. Sırf erotika bizdə ola bilməz". Aktrisanın fikrincə "erotik səhnə" anlayışı tamam başqadır:
"Bizdə kim bir-birinin əlindən tutursa, deyirlər ki, bu, erotikadır". Erotik səhnə anlayışı tamam başqa bir şeydir".

Əməkdar artist Sevinc Əliyeva isə belə bir təklif olarsa, qətiyyən qəbul etməyəcəyini deyir: "Erotik filmə çəkilməmişəm və çəkilə də bilmərəm. Əvvəla mənim yaşım buna imkan vermir. İkincisi, bura Azərbaycandır. Gənc olsam da çəkilməzdim. Bəlkə də xaricdə böyüsdəydim, oranın tərbiyəsini görsəydim, çəkilərdim. Burda böyümüşən, Azərbaycan qızıyam. Düzdür, peşəkar aktrisa hər şey oynamalıdır və mən də oynayaram. Amma erotikaya çəkilə bilmərəm qurban olum sənə. Mənim qohum-əqrəbam, el-oba, qonşu, özümdən yekə 22 yaşlı oğlum mənə nə deyər? Bəyəm özümüzü küçədən tapmışıq? Elə şey heç vaxt ola bilməz. 50 yaşım var. Amma 30 yaş verirlər. Buna baxmayaraq, yenə də imtina edərəm. Teatrda görkəmi erotikaya çəkilməyə imkan verən gəc aktrisalarımız çoxdur".

Əməkdar artist Münəvvər Əliyeva isə burda heç bir qəbahət görmür: "Aktrisa hər şey oynamalıdır. Niyə çəkilmirəm ki?"


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 13096   Tarix: 17 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

TOP MP3