"Forbes"in siyahısına heç vaxt düşməyən milyarder

"Forbes"in siyahısına heç vaxt düşməyən milyarder Keçmiş bazarkom, sənətçilərin dostu, Türkiyədə mühacir...

BiG.AZ modern.az-a istinadən bildirir ki, xaricdə yaşayan azərbaycanlı biznesmenlərdən danışanda, ilk olaraq, ağıla gələn şəxslərdən biri də Telman İsmayılov olur. O, dünyanın ən varlı insanlarının şəxsi vəsaitlərini açıqlayan "Forbes" jurnalına heç vaxt düşməsə də, dəbdəbəli həyatı və kübar məclisləri ilə çox məşhurdur.

Şəxsi kolleksiyasında 2000-dən artıq qol saatı olan Telman İsmayılov dünyadakı ən bahalı otellərdən biri olan "Mardan Palas"ın sahibidir. Moskvadakı ən böyük bazarlardan sayılan "Çerkizovsk" bazarı da Telman İsmayılovun nəzarəti altında idi. Telman İsmayılov 1956-cı il oktyabrın 26-da Bakı şəhərində Mərdan və Pəri İsmayılovaların ailəsində anadan olub. Əslən Göyçaydan olan Mərdan İsmayılov milliyyətcə yəhudidir. 12 uşaq atası olan Mərdan İsmayılov pinəçiliklə məşğul olduqdan sonra tekstil sexinə rəhbərlik etməyə başlayıb. 14 yaşından atasına yardım edən T.İsmayılov 18 yaşında artıq atasının biznesində pay sahibi olur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutuna (indiki İqtisadiyyat Universiteti) daxil olan Telman İsmayılov ali məktəbi bitirməmiş (1976-cı ildə) sovet ordusunda xidmətə yollanır. Hərbi xidmətdən sonra Moskvaya yola düşən T.İsmayılov Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirir. Təhsilini başa çatdırdıqdan sonra Bakıya qayıdaraq Ticarət Nazirliyində ekspert və müfəttiş kimi çalışır. Lakin sonradan Moskvaya iqtisadçı kimi işləməyə gedir.

1984-cü ildə böyük oğlunun anadan olması ilə bağlı Bakıya dönərək bir il burada qalır. Növbəti ildən isə Moskvaya qayıdaraq idxal-ixrac əməliyyatları ilə məşğul olan "Vostokintorq" şirkətində işləməyə başlayır.

80-ci illərin sonlarından başlayaraq T.İsmayılov iri biznesmenə çevrilməyə başlayır. 1989-cu ildə o, "AST" (abreviatura Ələkbər, Sərxan, Telman adlarından yaranıb) Şirkətlər Qrupunu yaradır. Məhz bu şirkətlər qrupu ona var-dövlət və şöhrət gətirir. Şirkətin səhmləri Telman İsmayılovla yanaşı, oğulları Sərxan, Ələkbər İsmayılovlara və qardaşı oğlu Zaur İsmayılova məxsusdur. Lakin "AST"-dən öncə də Telman İsmayılov bir şirkət yaratmışdı: "Kommersiya-xeyriyyə şirkəti". Kooperasiyanı böyüdüb-genişləndirmək istəyən zaman o, ilk dəfə Moskva şəhər İcraiyyə Komitəsinin kooperasiya işləri üzrə komitəsinin sədri Yuri Lujkovla tanış olur. Onların dostluğu 1992-ci ildə Yuri Lujkov Moskva meri olandan sonra daha da möhkəmlənir. 2006-cı ildə Telman İsmayılovun 50 illik yubileyində Yuri Lujkov onu öz qardaşı adlandırır.

2009-cu il mayın 25-də Telman İsmayılov məxsus və 1,5 milyard dollar dəyərində olan yeddi ulduzlu "Mardan Palas" otelinin açılışı olur. Türkiyənin "turizm paytaxtı" Antalya şəhərində istifadəyə verilən otelin açılışına məşhur aktyorlar Riçard Gir, Monika Belluçi, Paris Hilton, Şeron Stoun və digərləri təşrif buyurur. Lakin atasının şərəfinə adlandırdığı otelin açılışından sonra Telman İsmayılovun Rusiyadakı biznes maraqları təhlükə altına düşür. Açılışdan bir ay keçməmiş Rusiya Baş Prokurorluğu Moskvanın ən böyük bazarı – 100 min insanın işlədiyi "Çerkizovsk" bazarında yoxlamalara başlayırlar.

Yoxlamalar nəticəsində bir neçə konteynerdən insan sağlamlığı üçün təhlükəli olan məhsullar və uşaq oyuncaqları aşkar edilir. Yuri Lujkov isə bazarın bəzi istiqamətlərdə qanunsuz olaraq genişləndirildiyin bildirir. İyunun sonundan bağlanan bazarın ləğv olunması barədə qərar verilir. Buna baxmayaraq onun sərvətinin əsasını təşkil edən "AST" şirkəti öz fəaliyyətini davam etdirir. Bu çoxprofilli şirkətlər qrupu otel biznesindən başlayaraq zərgərlik, mühafizə xidməti, restoran biznesi və tikintiyə qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Qrupun illik dövriyyəsi 2 milyard dollardan artıqdır.

"Çerkizovsk" bazarının bağlanmasından sonra Telman İsmayılovun Rusiyadakı ilk layihəsi 2012-ci ildə baş tutdu. Moskvanın şəhərsalma-torpaq komissiyası "AST" şirkətlər qrupuna Nikitsk bulvarında 5 ulduzlu mehmanxananın tikilməsinə icazə verdi. "Forbes" jurnalının Rusiya bölməsinin 2013-cü il üçün rusiyalı milyarderlərin siyahısında Telman İsmayılov 750 milyon dollarla 123 yerdə qərarlaşıb. Telman İsmayılov Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərində sinaqoq inşa etdirir. O, həm də Rusiya çempionatında Qroznını təmsil edən "Terek" futbol klubunun baş sponsorudur. Azərbaycanla əlaqələrini heç zaman ayırmayan Telman İsmayılov 2012-ci ildə yaradılan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının üzvlərindən biridir.

İki oğul atası olan Telman İsmayılovun övladları da biznesmendir. Ələkbər və Sərxan İsmayılovlar 2009-cu ilin noyabrında Avropa mətbuatının diqqətini cəlb ediblər. Belə ki, İsveçrədə Lozanna-Cenevrə yolunda 4 gənc "Lamborgini", "Bugatti", "Mercedes", "McLaren" və "Porsche Cayenne" maşınlarında yarış təşkil ediblər. Nəticədə maşınlardan biri əks tərəfdən gələn və 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi "Volkswagen" markalı maşınla toqquşmuşdu. Ağır xəsarət alan almanın həyatını xilas etmək mümkün olsa da, maşınlardan ikisinin sükanı arxasında Ələkbər və Sərxan İsmayılovların olması böyük qalmaqala səbəb olmuşdu. Qəzanı törədən "Lombargini" markalı maşını isə Rusiya vətəndaşı olan və Ali İqtisadiyyat Məktəbində təhsil aldığı müəyyən olunan Ziya Babayevin idarə etdiyi bildirilirdi. Hadisədən dərhal sonra qardaşlar Telman İsmayılovun yanına Türkiyəyə döndülər. Oktyabrda 57 yaşını qeyd edəcək Telman İsmayılov biznes imperiyasını genişləndirməkdə davam edir. Lakin əvvəllər olduğu kimi ictimaiyyətin gözünə bir o qədər dəymir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4627   Tarix: 12 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489