Azərbaycanda mobil telefonlar necə qeydə alınır?

Azərbaycanda mobil telefonlar necə qeydə alınır? Hər kəs bilməlidir ki, dükanlarda satılan mobil telefonların IMEI kodları artıq qeydiyyatdan keçmiş olmalıdır. Vətəndaşlar təzə telefon aldıqdan sonra özləri qeydiyyat mərkəzlərinə müraciət etməməlidirlər.
BiG.AZ anspress.com-a istinadən bildirir ki, Şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov söyləyib. Z.Qasımov qeyd edib ki, mağaza sahibləri mobil telefonları toplu şəkildə ölkəyə idxal edir və bundan sonra mobil cihaz qeydiyyat mərkəzinə müvafiq sənədlərlə müraciət edirlər. Sahibkarlar mobil telefonları toplu şəkildə qeydiyyatdan keçirdikdən sonra satış üçün dükanlara paylayırlar.

Alıcı mobil cihazların qeydiyyatını kimdən tələb etməlidir?

"Abunəçi təzə telefon aldığı zaman ona qeydiyyatdan keçmə ilə bağlı sms gəlirsə, bu halda vətəndaş hansı addımı atmalıdır?" sualını cavablandıran Z.Qasımov bildirib ki, əgər mağazalardakı mobil cihazların qeydiyyatdan keçirilməməsi aşkarlanarsa, deməli, burada qeyri-qanuni proseslər baş verib:

Vətəndaş dükandan təzə mobil telefon aldığı zaman ona qeydiyyatdan keçmə ilə bağlı sms gəlirsə, deməli, burada qeyri-qanuni proseslər baş verib. Ona görə də dükanla olan münasibətləri həll etməlidir. Ya aldığı mobil telefonu geri qaytarmalı, ya da telefonun IMEI kodunun qeydiyyatının aparılmasını dükandan tələb etməlidir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulan orqanlara da müraciət edə bilər. Bu halda vətəndaşın dükanla özü arasındakı münasibətləri tənzimləməsi olduqca vacibdir. Çünki şəxsin aldığı cihaz ölkəyə ya qeyri-qanuni şəkildə gətirilib, vergidən yayındırılıb, ya da telefonun keyfiyyət göstəricisi tələb olan standartlara uyğun deyildir. Ona görə də vətəndaşlar mobil telefon alarkən diqqətli olmalıdırlar və onları rəsmi distribüterlərdən almalıdırlar. Çünki distribüterlərin satışa çıxardıqları cihazlar həm zəmanətlidir, həm də sertifikatlıdır.

Vətəndaş yalnız bu halda fərdi qaydada müraciət etməlidir

Məlumat üçün bildirək ki, hər bir Azərbaycan vətəndaşı fərdi qaydada mobil telefonlarının IMEI kodlarını qeydiyyatdan keçirə bilərlər. Bu zaman ortaya belə bir sual çıxır: Vətəndaşlar hansı hallarda fərdi qaydada telefonlarının IMEI kodlarını qeydiyyatdan keçirmək üçün müraciət etməlidirlər? Z.Qasımov xatırladır ki, qanunvericilikdə də bu məsələ açıq formada qeyd olunub. Onun sözlərinə görə, vətəndaşlar şəxsi istifadə məqsədi ilə respublika ərazisinə xaricdən gətirdikləri telefonları fərdi qaydada müraciət etməklə qeydiyyatdan keçirə bilərlər: Yəni vətəndaş hansısa xarici ölkədə səfərdədirsə, oradan qayıdarkən özünə bir-iki ədəd telefon alıb gətirirsə, o halda müraciət edib telefonların IMEI kodlarını qeydiyyatdan keçirməlidir.

Dükan sahiblərinin mobil cihazları qeydiyyatdan keçirməməsində hansı marağı ola bilər?

İlk öncə bildirək ki, mobil telefonların IMEI kodlarının qeydiyyatı aparılarkən cihazın beynəlxalq standartlara cavab verməsi, zərərli şüalar yaymaması, oğurluq olmaması önəmlidir. Qeydiyyat zamanı bu kimi məsələlərin ortaya çıxdığını söyləyən Z.Qasımov əlavə edib ki, idxalçılar mobil telefonları qeydiyyatdan keçirməməkdə maraqlı ola bilərlər. Çünki dükan sahibləri mobil telefonları toplu halda gətirdiyi üçün qeydiyyatdan keçirdiyi zaman dövlətə vergi ödəməlidir:

Ola bilər ki, dükan sahibi bu vergidən yayınmaq üçün mobil cihazların IMEI kodlarının qeydiyyatını aparmasın. Satdığı telefonun qeydiyyatını alıcının üzərinə qoysun. Ona görə də vətəndaş mağazalardan mobil telefon alarkən onun qeydiyyatdan keçib-keçməməsi ilə maraqlanmalıdır.

Qeyd edək ki, ölkəyə vətəndaşlar tərəfindən gətirilən bir-iki telefonun qeydiyyatdan keçirilməsi üçün heç bir vergi tələb olunmur. Bunlar tamamilə pulsuz şəkildə həyata keçirilir:

Rüsum tətbiqi yalnız və yalnız ölkəyə mobil telefonların topdan idxalı zamanı olur. Bundan başqa, qanunvericiliyə görə, istənilən adam şəxsi istifadə məqsədi ilə (yəni kommersiya məqsədi daşımadan) özü üçün hər hansı bir malı gömrükdən keçirirsə və onun da dəyəri 1000 dollardan artıqdırsa, mütləq gömrükdə bəyan olunmalıdır. Yəni bu hallarda vergi ödənilir. Ona görə də bildirirəm ki, vətəndaşların gətirdikləri mobil telefonların IMEI kodlarının qeydiyyatı tamamilə pulsuz həyata keçirilir. Digər məsələlər isə mövcud qanunvericiliyə əsasən tənzimlənir.

Mobil cihazların qeydiyyatı bölgələrdə də mümkündür

Azərbaycanın rayonlarında yaşayan sakinlərin mobil telefonlarının IMEI kodlarını qeydiyyatdan keçirmək üçün paytaxta gəlməsinə ehtiyac yoxdur. Z.Qasımov bildirir ki, bölgə sakinləri istifadə etdikləri mobil operatorların müştəri xidmətlərinə müraciət etməklə bu əməliyyatları tam ödənişsiz şəkildə həyata keçirə bilərlər: Bu zaman vətəndaş sadəcə olaraq həmin mobil cihazı və şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir.

Qeydiyyatdan yalnız yeni cihazlar keçirilir

Müsahibimiz vurğulayır ki, vətəndaşlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qaynar xətti vasitəsilə tez-tez hansı mobil telefonların qeydiyyatdan keçirilməsinin vacibliyini soruşurlar. Məlumat üçün bildirək ki, mobil cihazların IMEI kodlarının qeydiyyatının aparılması yalnız yeni mobil telefonlara aiddir: Bildirirəm ki, yalnız cari ilin may ayından bu yana ölkəyə gətirilən mobil telefonların qeydiyyatı aparılmalıdır. Çünki birmənalı olaraq göstərilir ki, sistem fəaliyyətə başladığı günədək fəaliyyətdə olan mobil telefonların hamısı qeydiyyata alınmış hesab olunur. Amma bir sıra çətinliklər də yaranır. Məsələn, vətəndaş telefonu alıb və uzun müddət evində saxlayıb, heç bir zaman da işlətməyib.

Bundan sonra həmin mobil telefonunu istifadə etdiyi zaman onun IMEI kodunun qeydiyyatı mütləq vacibdir. Çünki bu günə qədər şəbəkədə həmin cihaz görsənməyib. Yeri gəlmişkən qeyd edim ki, RİTN bu istiqamətdə maarifləndirməyə böyük önəm verir. Çünki bəzi məsələlərdə buna ehtiyac duyulur. Hazırda yay ayları olduğu üçün bir çox vətəndaşımız xarici ölkələrə istirahətə yollanıb. Qayıdarkən özləri ilə mobil cihazlar da gətirə bilərlər. Bildiririk ki, cihazları alarkən mütləq onların zəmanətli və sertifikatlı olmasına xüsusi diqqət yetirsinlər. Əks halda standartlara uyğun olmayan, IMEI nömrələri beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmayan cihazların şəbəkədə istifadəsinə məhdudiyyət tətbiq olunacaq. Tövsiyə olunur ki, zəmanəti olmayan cihazları almaqdan çəkinsinlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4212   Tarix: 05 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

TOP MP3