Bu xanımları 10 il həbs gözləyir

Bu xanımları 10 il həbs gözləyirÖtən həftə yaddaşlarda bir atanın "oğlumu qız qaçırıb" fəryadı ilə yadda qaldı. Qızqaçırma adəti xalqımızın qədim ənənələrindən biridir. Görəsən, qızqaçırma adəti kimi oğlan qaçırma adəti dəbə düşsə nə olar? Çünki cəmiyyətdə istənilən qədər imkanlı qızlarımız var.

Psixoloq Nail Cəlil deyir ki, ümumiyyətlə, istər qızı, istərsə oğlanı zorakılıqla, məcburiyyətlə ailə qurmağa vadar etmək heç də xoşagələn hal deyil. İstənilən halda burada vadar, məcbur edənin həm hüquqi, həm də mənəvi məsuliyyəti yaranır. Xüsusən, ortada qarşı tərəfin razılığı olmadan məcburi qaçırılma faktı varsa, bu artıq cinayət məsuliyyəti yaradır və adam oğurluğu kimi dəyərləndirilir. Biz hər hansı oğlanın bu və ya digər qızı onun iradəsinə, arzusuna zidd olaraq, qaçırıb evlənməyə məcbur, təhrik etməsinin əleyhinə olduğumuz kimi, qızların da belə fikirlərinə, cəhdlərinə qarşıyıq. Digər tərəfdən, oğlanlar belə hallarda qızları birtəhər razı salıb saxlaya, nikaha girməyə vadar edə bilirlər. Xanımlar isə onları sevməyən, qəbul etməyən hər hansı oğlanı qaçırsalar belə, saxlaya, evlənməyə məcbur edə bilməyəcəklər. Ən yaxşı halda həmin oğlan ilk fürsətdəcə imkan tapıb aradan çıxacaq, pis vəziyyətdə qalan da həmin qız, "oğlan qaçıran" xanım olacaq.

Digər tərəfdən, normal, ciddi azərbaycanlı oğlan həmişə ciddi, saf, bakirə bir qızla ailə qurmağa üstünlük verir. Bu, həmişə belə olub, indi də belədir və belə olaraq qalacaq. Biz də birmənalı şəkildə bunun tərəfdarıyıq və mənəvi-əxlaqi saflığın bir dəyər kimi, mühafizəsini, qorunmasını, ədəb-ərkan qaydalarına mütləq bir şəkildə riayət edilməsini Azərbaycan cəmiyyətinin möhkəmlənməsini, inkişafını şərtləndirən ən vacib amil hesab edirik. Çünki istənilən halda mənəvi-əxlaqi aşınma, ailə həyatında, insanların şəxsi həyatında, əxlaqında meydana çıxan naqisliklər son nəticədə cəmiyyətin əsaslarını, əksər hallar böyük bir xalqı, etnosu fəlakətə, məhvə sürükləyir. Müşahidə etdiyimiz bütün müsbət və mənfi təmayüllərə baxmayaraq, bəzi media işçilərinin, redaktorların indi bar qızları ilə belə evliliyin adi hal olmasını söyləməsi böyük təəccüb doğurur. Görünür, onlar ya milli dəyərlərimizi layiqincə qiymətləndirə, əxz edə bilməyiblər, ya da belə hallar artıq onlar üçün adiləşib, normaya çevrilib. Bu mənada, hər kəs öz düşüncəsinə, səviyyəsinə uyğun danışır, fikir, mülahizə yürüdür.

"Əgər mediada son günlər müzakirə obyektinə çevrilən bəlli bir faktdan söhbət gedirsə, burada mübaliğənin, şişirtmənin, təhriflərin olduğu bəllidir. Bir oğlanla bir qız nikah yaşına çatdıqdan sonra evlilik haqqında qərar vermək məsələsində sərbəstdirlər, öz iradələrini azad bir şəkildə ifadə edərək, nikaha daxil ola bilərlər. Belə halda onların birgə həyata başlaması, valideynlərdən ayrı yaşamağa qərar veriblərsə, hər hansı qaçırılmadan – oğlanın və ya qızın tərəf müqabilini qaçırmasından söhbət belə gedə bilməz".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, illərlə adət-ənənələr buyurub ki, yalnız oğlanlar qız qaçıra bilər. Və bu da cəmiyyət tərəfindən normal hal kimi qiymətləndirilib. Qızlar qaçırılarkən onların razı olub-olmamağı, sevib-sevməməyi önəmli olmayıb. "Hər zaman oğlanların fikri önəmli olub. Oğlan bəyənib, sevib qaçırıb. Bu eybəcər adət ənənə bir çox qızların həyatını , qadın və qız olaraq bütün arzularını puç edib. Lakin bütün cəmiyyət bunu alqışlayıb. Filankəs ərə getdi, ailə qurdu, əri var. Kimdir o ər? Layiqdirmi ailə qurmağa, xoşbəxt edə biləcəkmi, ya sadəcə öz ehtiraslarını söndürmək üçün bir qızın həyatını puç etməklə qəhrəmandırmı?".

Mütəxəssis bildirir ki, bu gün müasir dünyada qız qaçırmaq ağır cinayət hesab edilir. Bu xurafatçılıq cəza tətbiqi ilə aradan qaldırılır. M. Zeynalova hesab edir ki, xurafatçılığın digər bir forması da valideynlərin övladlarını evləndirərkən onların yerinə qərar verməsidir. Təəssüf olsun ki, bu ənənə heç bir cəza tətbiqi ilə tənzimlənmir. Ailələrdə övladlar məhz valideynlərinin qərarı ilə istəmədən evlənir, ailə qurur və yaşamağa təhkim edilir. "Son günlərdə baş verən hadisə bütün cəmiyyəti çaşdırdı. Xurafatçı atanın bəyanatı və onun "oğlumu qaçırıblar" deyərək, onun kişilik və mərdliyini şübhə altına qoyması, dəyərlərə hörmət edib bir qıza verdiyi sözə əməl etməsini zəiflik kimi qələmə verməsi xurafatçılıqdır. Və atanın öz oğluna qarşı zorakılığının bariz nümunəsidir".

Mehriban Zeynalova bildirir ki, bu günə kimi oğlan qaçırma halı ilə qarşılaşmayıb və qarşılaşacağını da düşünmür.

Cinayət Məcəlləsində istər qızqaçırma, istər oğlan qaçırma adam oğurluğu sayılır ki, bunun da cəzası yüngül deyil. Yəni "sevgi sevən mərd olar" deyib qız və ya oğlan qaçırmısınızsa, çəkəcəyiniz cəzanı da gözönünə almalısınız.
Hüquqşünas Elçin Ağayev deyir ki, adam oğurluğu CM-in 144-cü maddəsi ilə tənzimlənir və beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Eyni əməllər, iki və ya daha çox şəxs barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

E. Ağayev bildirir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.

Belə. Əgər könlünüzdən qız və ya oğlan qaçırmaq keçirsə, sizi sevənləri qaçırın ki, cəzanız yüngül olsun. Əks təqdirdə sizə bu sevda 5-10 il azadlıqdan məhrum edilməyə başa gələ bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6299   Tarix: 19 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882