Özünə inamı artırmağın 10 yolu

Özünə inamı artırmağın 10 yoluPsixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.

1. Tənqiddən əl çəkməli
Tənqid – qiymətləndirmənin bir növüdür. Daha doğrusu, tənqid edərək biz insanları, özümüzü, vəziyyəti qiymətləndiririk. "Bu belə olmalıdır, başqa variantı ola bilməz" demək və ya kiminsə belə deməyinə göz yummaq nə dərəcədə doğrudur? Həyat çoxlarına "etmərəm, olmaz" dedikləri şeyləri etməyə o qədər məcbur edib ki! Ona görə, çalışın özünüzü də, başqalarını da tənqid etməyəsiniz.

2. Pis fikirlərdən uzaq durmalı
Bəzən hamını, hər şeyi günahlandırırıq, unuduruq ki, əslində pisliyin kökü elə öz içimizdədir. Biz pis düşündükcə, həyat da qarşımıza pis situasiyalar çıxarır. Xəstələnəcəyini gözləsən, xəstələnəcəksən. Sevgi gözləsən, sevgi gələcək. Hər şey bu qədər sadədir.

3. İstiqanlı, xeyirxah olmalı
Uğur yolunda ən birinci addım – səbirdir. İşdə uğur üçün təcrübə toplamalısınız, sevgidə uğur üçün gərək çox sevəsiniz və vaxtı gələndə hər ikisində də yaxşı nəticələrlə qarşılaşacaqsınız. Həyatı tələsik yaşamaqdan əl çəkin, hər şeyin öz vaxtı var.

4. Başqalarına da, özünüzə də yazığınız gəlməməli
Kiməsə yazığı gəlmək əslində onu alçaltmaqdır. Bu, heç şübhəsiz belədir. Halına acımaq – yəni başına gələnlə, problemi həll etmək gücünə malik olmamaqla razılaşmaqdır. İnsan istəsə, dağı dağ üstünə qoyar. Heyf ki, əksəriyyət öz potensialından istifadə etmir, yaxud qıymır...

5. Razılıqdan qaçmalı
Kömək istəməkdən, bilmədiyiniz şeyləri soruşmaqdan utanmayın. Bu, heç də zəiflik əlaməti deyil. Zəiflik utancaqlıqdır. Bizim həyatın hər sürprizi ilə tək başına mübarizə aparmaq kimi bir öhdəliyimiz yoxdur. Əksinə, hər şeyi ətrafımızdakılarla birgə daha rahat həll edə bilərik. Uğurun sirlərindən biri məhz birlikdədir!

6. Çatışmazlıqları sevməli
Yox, mazoxizm lazım deyil. Sadəcə çətinliyin bizi məhv edəcəyinə yox, onun bizi daha güclü edəcəyini bilin. Problem qaçmaqla onu həll etmək olmur. Nə qədər çətin və ağır olsa da, onun üzərinə gedin, həll yolların axtarın. Zəif nöqtələrinizi, çatışmazlığınızı deyib özünüzü günahlandırmaqdansa, onları sevin.

7. Sağlamlığınızın qeydinə qalmalı
Doğulduğumuzdan bəri bizə cəmi bircə can verilir, əvəzi də yoxdur, qeydinə qalmalıyıq. Yeri gələndə işi-gücü atıb ağrıyan yerimizin dərdinə yanmalıyıq. Onu məgər hansı pula geri qaytarmaq olur?

8. İşi sonacan görməli
Sonacan görülməyən iş insanın özünə inamını azaldır, yadda həmişə zəiflik əlaməti kimi ilişib qalır. Heç nəyi yarıda qoymayın – bunu başqasına görə yox, sırf özünüzə görə edin!

9. Sahib olmağa çalışmamalı
Biz nələrə sahibik? Sahib olduğumuz istənilən şey etibarsızdır. Çox sevdiyimiz əşya bir gün qırıla, güvəndiyimiz dostumuz bir gün bizi aldada bilər. Bu halda itki bizi daha çox ağrıdır. Çünki sahiblik – asılılıqdır. Sahiblik hissindən daha çox özünüzə yaxınlıq hissini təlqin edin. Kiməsə sahib olmaqdansa, daima yanında olmaq daha rahatdır.

10. Həyatın sürprizlərinə hazır olmalı
Sürprizlər həmişə xoş hislər vermir, bəzən ağrılı anlar da yaşadır. Necə ki xoş hadisələrə qollarınızı açırsınız, pis şeylərlə qarşılaşanda da eyni reaksiyanı verməyə çalışın. Axı həyat bəzən alça kimidir, turş olsa da, heç cür yeməkdən doymaq, imtina etmək olmur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5089   Tarix: 20 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489