Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)

"Fərqlənmək istəyirəm. Boyum balacadır, çəkim artıqdır..."

Kimisinə görə yaxşı aktyor, kiminə görə aparıcı və ya psixoloq, ya da biznesmendir. Mənim üçün isə çox maraqlı insandır. "Məşhur Sima"da görüşümüz bir az çətinliklə alındı. Həmişə harasa tələsən, telefonuna gələn zənglərin ardı-arası kəsilməyən Murad Dadaşovu ancaq o vaxt anlaya bildim.

Pozitiv, güclü və həyatdan nə istədiyini bilən adamdır. Onunla dostluq etməyə dəyər, bir əmması var ki, dostu Murad özü seçir...

Beləliklə kiçik bir xatırlatma.

Vaxtilə ölkə sərhədərindən uzaqda Azərbaycanı təmsil edən "Bakılı oğlanlar"ın üzvü, "Yeriniz məlum", "Mərc-şou", "Bir cənub şəhərində", "Maşın" şoularının aparıcısı və ideya müəllifi, psixoloq, biznesmen, şoumen - Murad Dadaşov.

Bu qədərini bilən çoxdur. Geri qalanını Murad Dadaşov "Məşhur Sima"da özü danışacaq.

- Bu qədər gərgin, günlük stress içində yaşamağınız ictimaiyyətlə sıx təmasda olmağınızla bağlıdır. Sıradan bir vətəndaş olsaydınız, təbii ki, belə olmayacaqdı...
- Bu yolu seçəndə bilirdim ki, çətin olacaq. Sadəcə bu qədərini açığı gözləmirdim. İşləməkdən yorulmuram, mübarizədən yoruluram. İnsan məsuliyyətsizliyi, insan biganəliyi adamı əsəbiləşdirir. Tənbəllik insanın ən böyük bəlasıdır. Gərək insan işləsin. Biz çox tənbəlik. Əksəriyyətimiz çox tənbəldir.

- Yaşınıza görə kifayət qədər uğur əldə etmisiniz. 3 oğul atası, iş həyatında nüfuz sahibisiniz. Azərbaycanda karyera pilləsində irəliləmənin xüsusi formulu, modulu yoxdur. Qərb ölkələrində hazır psixoloji plan var. Bu xətt üzrə hərəkət edəndə uğur sənindir...
- Qərb ölkələrində yaşam tərzinin müsbət tərəflərindən biri də odur ki, insanlar planlaşdırılmış bir yolu gedirlər. Bu yolda qarşıya çıxan problemlər həll olunan məsələlərdir. Lakin eyni zamanda mənfi tərəflərindən biri də budur. Problem yolun özündədir. Sən 35 və ya 40 yaşında kim, nəçi olacağını bilirsən. Bu əslində yaxşı deyil. Bizim nəslin nümayəndələri çox mürəkkəb bir vaxta gəlib düşdü. Bizim üçün əsas fürsət sürətdir. Mobil telefonlar, texnologiya işlərin qısa zamanda həlli- filan... Biz Qərbə getsək, boğularıq. Hansı ki, bəzən insan o qədər pis havada yaşamağa öyrəşir ki, təmiz havaya gedəndə boğulur. Biz belə bir dövrə düşdük. Bu nə pisdir, nə yaxşı. Qismətimizi yaşadıq. İndiki dövrdə Azərbaycanda məşhurlaşmaq daha asandır.
Ailədə qurulan təməllər çox vacibdir. Biz iki qardaşıq, Fəridlə mən. Atamla anam qarşımda öhdəçilik qoymayıb. Həmişə orta səviyyədə yaşamışıq. Son illərdə ortadan da bir aşağı səviyyəyə gedirdik. Atam ailəsinə işindən çox bağlı idi. Mənə deyirdi, oğlum, bunu bacarıram, bundan yuxarını bacarmıram. Mənimsə şəxsi ambisiyalarım var idi.

Evdə deyəndə ki, ikinci oldum, atam deyirdi birinci də ola bilərdin. O keçdi, sən keçmədin. O da sənin kimi bir ailənin övladıdır. Özün bil, seçim sənindir. Bütün bu ambisiyalarla bərabər istiqaməti düzgün tutmaq insana kömək edir. Bilmirəm, bunu bacararam ya yox, mən də bu şəkildə övlad yetişdirmək əzmindəyəm.
Biz bilmirik ki, o, bu, necə olacaq. Uşaq sual verir, cavablandırmırıq. Onsuz da o suala cavab tapacaq. Vay o günə elə bir yerdən cavab tapa ki, qalasan qışqıra-qışqıra...

Məqsədlərimizdən biri mürəkkəb həyatda bir-birimizi dinləmək bacarığının olmasıdır. Dinləməliyik, qarşımızdakının vaxtına, şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır. Deyirlər konfliktlər var. Konflikt boş yerə olmur. Vallah kiminsə xoşuna gəlmək üçün bunu demirəm. Hər hansı bir konfliktdə ilk növbədə problemi özümdə axtarıram. Hazırda biz iki nəfərik, görüşdük. Səbəbsiz bir-birimizə necə pis ola bilərik?..

Anam son zamanlar çox xəstələnib. İndi bəzən elə şeylərlə qarşılaşırıq, oturub düşünürəm ki, hər gün, hər saniyə şükür etmək lazımdır. Qəlbən şükür etməyi az adam bacarırır. Anam bəzən deyir ki, adi saydığımız şeylərə dəyərlə yanaşmayanda onda vaxtını, həyatını boşa sərf etmiş olur. Vaxtımızı boş yerə itirməyək.

Çox gərgin iş qrafikim, məşğul olmağım çox əhəmiyyətli, qlobal işlərlə məşğul olmağımdan irəli gəlmir. İşlərimi düzgün planlaşdırmağımdan irəli gəlir. Vəssalam.

- Mən sizdə uğur düsturunu axtarıram, sizsə getdikcə özünüzü pisləyirsiniz. Tam əksinə intizamlı və planlı bir adam kimi tanıyıram sizi. Lakin sizin kimi, üstün keyfiyyətlərə malik başqa insanlar da var ki, onlar bu qədər uğurlu deyillər. Düşünürəm ki, sizi fərqləndirən və irəliyə aparan yaxşı psixoloq və incə yumor hissinə malik olmağınızdır.
- Yaxşı psixoloq olmaq sonradan gələn bir şeydir. Əslinə qalsa, akademik yanaşanda özümü yaxşı psixoloq saymıram.

- Azərbaycan mentalitetində uğurlu adamı əlindən-ayağından tutub geri çəkmək var.
- Çoxları düşünür ki, irəli gedənləri sevmirlər. İrəli gedənləri daxilən sevirlər. Bunu bayraq götürmək olmaz. Paxıllıq insan psixologiyasıdır. Milli ənənə deyil... Yenə də söhbətin əvvəlinə qayıdıram. Bizim insanlarda komforta meyillilik var. Ondan sonra tənbəllik. Misal üçün, yedim-içdim yıxılıb yatım. Durub gəzmək kimi seçimim yoxdur. Bunu bilə-bilə, görə-görə insan necə fərqlənmək istəyər? Mən fərqlənmək istəyirəm. Boyum balacadır, çəkim artıqdır, mükəmməl savad sahibi olmağa böyük ambisiyalarım var. Başqaları futbol oynayanda, qızlarla kef edəndə mən kitab oxuyurdum. İndi mən gördüyüm işə görə fərqli qonorar alanda əziyyətlərimin qarşılığını alıram.

Yumor hissi sonradan da gələ bilər. Oğullarıma da yumor hissinin formulunu açıram. Ortancıl oğlum təbiətən yumoristdir. Böyük oğluma da yavaş-yavaş başa salıram. Böyük görürəm cəhd edir, əziyyət çəkir. Sizin o sadaladıqlarınızdan çox şəxsi ambisiyalarım məni digərlərindən fərqləndirir. Əgər bir şeyi istəyirsənsə, onu mütləq əldə edə bilərsən. Bilirsiniz də, 7 əl sıxma teoriyası var. Siz Barak Obama ilə şəxsən tanışsınız? Deyəcəksiniz ki, əlbəttə yox! Sizi inandırım ki, ətrafınıza düzgün diqqət yetirsəniz, onunla əlaqə qura bilərsiniz. Siz mənə, mən səfirlikdəki dostlarıma, dostlarım Dövlət Departamentinə, Dövlət Deportamenti Ağ Evə, Ağ Ev Barak Obamaya sizin sözünüzü çatdıra bilər...
Cem Yılmaza deyirlər, niyə iki saat səhnədə olursunuz, amma bizdən çox qonorar alrsınız. O da cavabında deyir ki, iki saatın hər saniyəsinə var olduğum üçün.
Demək şansınız var? Hər insan istədiyinə çata bilər. Daxilən mübarizə üçün yaranmışıq. Bunu tez dərk etməliyik.

- Bizdə niyə Cem Yılmazlar, Bəyazlar, Okan Bayülgənlər yoxdur? Onların bu qədər geniş auditoriyası var. Bizdə niyə tanınmışları sevib izləyənlər yoxdur? Azərbaycanda Rafael və Coşqunun konsertləri anşlaqla bir neçə gün davam edir. Lakin efir məkanında maraqlı bir talk-show aparsalar, çətin ki, tamaşaçıları studiyaya gələ, tamaşaçı kürsisini doldura və yer tapmayanda əyilib oturalar.
- Mənə elə gəlir ki, televiziya adamları auditoriyanı tanımır. Mənim verilişlərim ona görə reytinqlə izlənmir ki, efirə Murad Dadaşov çıxıb. Məndən qat-qat yaraşıqlı və savadlı aparıcılar var. Sadəcə auditoriyanı tanıyıram. Və hörmət edirəm.

- Siz maraqlı layihə ilə tamaşaçı toplayırsınız. Mən isə sevimli fərd, sevimli simadan danışıram. Bəlkə bizim o adamlar tamaşaçılarla dialoq qura bilmir? Səmimi ünsiyyət yoxdur, tamaşaçını inandıra bilməyiblər?
- Siz mənlə niyə söhbət edirsiniz? Düşünürsünüz ki, nəsə bir ağıllı söz deyəcəyəm. Siz nəsə almaq üçün gəlmisiniz. Tamaşaçı da nəsə almaq üçün gəlir. Bax o sualını verdiyiniz televiziya layihəsini hazırlayıram. Həftəlik şou etmək istəyirəm, planlaşdırmışam. Söhbət edəcəyim adamlar A4 formatlı kağıza güclə sığırlar. Nəzərə alanda ki, bir il o verilişi aparmağı düşünürəm, yenə estrada müğənniləri səviyyəsinə düşəcəyəm. Bu sözlə sənətçiləri alçaltmaq istəmirəm. Lakin onlar da xırdalanıblar. Elə xırdalanıblar ki, qəpik-quruş şəklindədir. Ölkənin ən maraqlı insanları yoxdur. Və ya var, sadəcə onlar efir məkanında görünmək istəmir, çünki efir məkanı onların tələblərinə cavab vermir. İndi yeni bir şou yaradırıq. Və yenidən səviyyəni qaytarmalıyıq. Biz əvvəl auditoriyanı qaytarmalıyıq, sonradan reytinq yığmalıyıq. İnsanları dəyişə bilmərəm. Bütün günü oturub məlumat yığırıq. Biz indi Bakının mərkəzi küçələrində oturmuşuq, elə bilirik ki, bura Azərbaycandır. Azərbaycan bura deyil. 20 Yanvar metrosu ərazisidir, Azərbaycan bölgələr, müxtəlif rayonlardır...

- Siz layihəni fərqli hazırlamağa qərar vermisiniz. Bu günədək hazırladığınız layihələrdə incəsənət adamları, şou öndəydi. Növbəti layihənin uğur qazanacağına inanırsınız əvvəlki kimi?
- Bu günədək layihələrin hamısında ulduzlar filan olmayıb. "Maşın" şounun birinci buraxılışında ulduzlar yox idi. Onda gərək davam etməyəydi. İndi də ona görə efirdə yoxam ki, bir qədər imic qurbanıyam. Sıradan bir iş ilə görünmək istəmirəm...
.
- Niyə siz məhz özünüz fərdi şəkildə Okan Bayülgən kimi qırıb-dağıdan, fərdi şəkildə böyük kütləyə xitab edən bir talk-show aparmaq istəmirsiniz?
- Elə o layihənin üzərində işləyirəm. Qırıb- dağıdan yox, toplanan insanları bir meydana yığıb veriliş eləmək fikrindəyəm.

- Arabir qırıb-dağıtmaq da lazımdı.
- Hə...qırıb-dağıtmaq lazımdır, yerində bir şey qurmaq şərtilə. Mövqe bildirmək lazımdır. Bilmək lazımdır, nə istəyir insanlar?

- Məsələn mən tamaşaçı kimi istəyərdim, problemlər açılsın, araşdırılsın.
- Bu sizə nə verəcək?

- Fikir aydınlığı. Ümid, gələcəyə inam.
- Ölkədəki problemlər savadsızlıqla bağlıdır. Məktəb küsdürüb, insanlar şikayətçidir. Özümüz imkan yaratmışıq. Şikayət etmək, haqqını tələb etmək lazım gələndə hərə bir tərəfə qaçır. Təhsil naziri rəsmi şəkildə elan edir ki, məktəblərdə pul toplamaq kimi bir qanun yoxdur. Bu insan başlayıb da prosesi... Mübarizə aparmaq lazımdır. Hamı birdən-birə hazıra nazir olmaq istəyir. Mən AzTv-də kaset daşımışam. Çağırıblar al, bu kaseti apar. Baş üstə. Aparmışam, utanmamışam da. Başqaları utanırdı, mən yox. Kimdən utanmalıyam ki? Deyəndə ki, Murad müəllim çəkilişə filan qədər pul lazımdır. Deyirəm nə üçün? Səbəb gətirəndə isə deyirəm, saxla. Mən o yolu keçmişəm. Oranın maksimum xərci 3 mindir. Bütün problemlərimiz tənbəllik və savadsızlıqdadır. Heç kim özünə heç nəyi yaraşdırmır. Bakıda dayə tapmaq çox çətindir. Gələn adam da utana-utana gəlir. Mən ali savadlıyam. Üç universitet bitirmişəm, filan... Otur, üç sual ver, heç nə bilmir. Cığallıq eləməyin də... Mən özümə hazırda işçi tapa bilmirəm. Halallıqla, əməklə işləyə bilən adamlar tapmaqda çətinlik çəkirəm. Hamı imic qurbanıdır.

- İmic qurbanı demişkən, gördüyünüz bütün işlərin sırasında şəxsən məni yeganə qane etməyən sizin toy məclislərində aparıcılığınızdır.
- Birincisi, toy aparmağımı harada görmüsünüz?

- Təsadüfən bir el şənliyi diskində.
- Ödənişlə toylarda iştirak etmirəm. Bunu çoxları bilmir. Bizim şirkətimiz var. O şirkət təşkilatçılıqla məşğuldur. Müəyyən konsert və təşkilati işlərdə, yaxınların ailə tədbirlərində çıxıb ürək sözü demişəm. Açığı, bunu əla şəkildə də bacarmıram. Təbrik edib gedirəm və komanda öz işini görür.

- Hər bir halda nə qədər insanlar toyda iştiraka bəraət qazandırsalar da, toy məişət-mətbəx işidir.
- Mən nə müdafiə edirəm, nə də qarşı çıxıram. Azərbaycanda toy anlayışı bizim üçün nümayişdir. Müəyyən dərəcədə bəhsə-bəhsdir. Həmişə belə olmayacaq. Kübar insanlar toyları böləcək. Adam var ki, deyir bu nədi? Dədə-baba qaydası ilə toy etmək lazımdır. Məqam gələndə elə o şəkildə də toy edir. Bu yaxınlarda Mingəçevirdə toy şənliyində oldum. Meşədə toy təşkil olunmuşdu. İnsanlar meşədə gəzirdilər, rəqs eləmirdilər, sakit gəzib söhbətləşirdilər. O gecədə dostlarla həzz yaşadıq. Uşaqlarımın zövqünü oxşasaydı, mən elə bir toy arzu edərdim. Bu yaxınlarda rusiyalı müğənni Alsunun doğum günü mərasimində oldum. Orda da bu təmtarağı görmədim. Bizim toylarda bir gərginlik var. Anam xəstələnəndən sonra indi hər şeyi daha yaxşı başa düşürəm.

- Bax elə anda öz ambisiyalarınızı xatırlayıb onların da boş olduğunu fikirləşirsinizmi?
- Düşünürəm ki, dünyanın pulunu qazana bilmərəm. Vaxt ötdükcə "ulduz" xəstəliyi filan, bunlara məruz qalmadım. Atam-anam, həyat yoldaşım həmişə məni sakitləşdirib. Həyat yoldaşım bir az kölgəmdə qalan insandır. Bir də özüm bir az çox gəzən insanam. Gedib gəzib gələndən sonra başa düşürəm ki, Çexovun dili ilə desək, "əyalət ulduzu"ndan pis heç nə yoxdur. Öz-özünə deyirsən, bu nə biabırçılıqdır... Gəlin, səmimi, özümüz olaq...

mənbə: publika.az

Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)Murad Dadaşov: Həyat yoldaşım bir az kölgəmdə qalan insandır (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11625   Tarix: 17 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Başqalarının həyatını sosial şəbəkədə gördüyünüz kimi rəngli və asan zənn etməyin"- Demet Özdemir

"Başqalarının həyatını sosial şəbəkədə gördüyünüz kimi rəngli və asan zənn etməyin". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Demet Özdemir deyib. "Xəyal qurun. Sevdiyiniz iş üçün əlinizdən gələn hər şeyi edin,çox çalışın" ,- deyə o əlavə edib

08.05.2024 229
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

06.05.2024 470
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6642
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

06.05.2024 1725
.

Ölümündən bir neçə gün əvvəl verdiyi müsahibə yayımlandı

"O üz" proqramında Əməkdar artist Cavanşir Məmmədovun sonuncu müsahibəsi yayımlanıb. Axşam.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Aftandil İsrafilova həsr edilən verilişə açıqlama verib. Bildirilib ki, C.Məmmədov açıqlamanı ölümündən bir neçə gün əvvəl verib və izləyə bilməyib. C.Məmmədo

07.05.2024 1464
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

05.05.2024 670
.

2 il sonra boşanır

Türkiyəli müğənni Nihat Doğan boşanır. Axşam.az xəbər verir ki, ifaçı 2 il əvvəl nikah masasına əyləşdiyi iranlı pərəstişkarı Arzu adlı xanımla ayrılıb. İkilinin ayrı evlərdə yaşadığı bildirilib. Evliliyin qısqanclıq səbəbindən bitdiyi iddia olunub. Qeyd edək ki, Nihat və Arzunun Badıkan adlı bir oğl

08.05.2024 525
.

"Eşq çox gözəl hiss, böyük həyəcandır" - Hadise

"Eşq çox gözəl hiss, böyük həyəcandır. Amma yaxşı olacaqsa,olsun". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Bədbəxt edəcək heç kimə icazə verməyin, həyatınıza daxil etməyin" ,- deyə o əlavə edib

07.05.2024 411
.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

06.05.2024 654