Obama Buşu mükafatlandırdı

Obama Buşu mükafatlandırdı

Corc H.Buş, prezident Obama və həyat yoldaşı Mişel Obamaya qonaqsevərliklərinə görə təşəkkür edib. ABŞ prezidenti Barak Obama, sabiq prezident ata Corc Buşa “İşıq məntəqələri Vəqfi”nin xeyriyyəçi insanlara verdiyi mükafatı təqdim edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, mərasimə oğul Corc Buşun qatılmaması diqqət çəkib.

Obama, mərasimdə etdiyi çıxışında Buşun xeyriyyəçilik fəaliyyətlərindən bəhs edib. O, ABŞ-ın xidmət edən insanlar sayəsində daha yaxşı və güclü bir mövqeyə yüksəldiyini bildirib.

Həyatda olan ən qoca sabiq ABŞ prezidenti olan 89 yaşlı Buş qurucusu və hələ də fəxri rəhbəri olduğu vəqfin özünə layiq gördüyü mükafata görə məmnuniyyətini dilə gətirib. Buş, prezident Obama və həyat yoldaşı Mişel Obamaya qonaqsevərliklərinə görə təşəkkür edib.

mənbə: anspress.com

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1382 Tarix: 20.07.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
buga
buga 20.07.2013
qocalib


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər