Azərbaycan müğənniləri ilk öpüşlərindən danışdı

Azərbaycan müğənniləri ilk öpüşlərindən danışdı"Məni elə gözəl öpdü ki, hələ də yadımdan çıxmır"

"Ofisiantı öpmək istəyəndə utanıb qaçdı"

Şou-biznesin məşhurları Axşam.az saytına ilk öpüşlərindən danışıb.

Aparıcı Zemfira Adıgözəlova – İlk dəfə öpüşlə 3 yaşımda tanış oldum. Əslində onu öpüş yox, dişləmək adlandırardım. Bağçaya gedəndə toppuş uşaq idim, hamı məni çox istəyirdi. Bir dəfə oğlan tutub öpmək əvəzinə dişlədi. Onun dişlərinin izi qolumda qalmışdı.

Rəqqasə Oksana – Öpüşməklə heç aram yoxdur. Şou nümayəndələri öpüşməyi xoşlayırlar, bir-birini görən kimi öpməyə başlayırlar.

Rejissor Aqil M. Quliyev ilk öpüşündən danışmasa da, maraqlı və fərqli öpüşün formulunu açıqlayıb. Onun fikrincə, öpüşü qeyri-adi edən ehtiras, texnika və ilhamdır.

Aktyor Elməddin Cəfərov - İlk dəfə 5 yaşımda öpüşmüşəm. Həyətimizdə 18 yaşında qəşəng bir qız var idi. Məni çox istəyirdi, hər dəfə oynadırdı. Mən də uşaq ağlımla guya ki, vurulmuşdum. Bir dəfə onu öpdüm. İlk öpüşüm həmin vaxt baş tutdu.

Model Züleyxa Akçurina - İlk öpüş yadımda qalmayıb. Amma bir neçə gün öncə öpüşlə bağlı maraqlı hadisə baş verib. Restoranda telefonumun enerjisi bitdi, mən də ofisianta dedim ki, əgər mənə adapter tapsan, səni öpəcəm. O da tapıb gətirdi. Gedib öpmək istəyəndə isə utanıb qaçdı.

Afaq Gəncəli – Mənim üçün ən yaddaqalan öpüş bu yaxınlarda baş verib. Müğənni Zarinanın bacısı oğlu məni elə gözəl öpdü ki, hələ də yadımdan çıxmır.

Model Natella Kərimova – Ən yaddaqalan övladımın öpüşü olub. Bu öpüş hər şeyi üstələyir.

Müğənni Emma Ələkbərzadə - Uşaq vaxtı Basqalda yaşayırdıq. Atamın Arif adında qohumu var idi. Bizi çox istəyirdi. Gecə yatmışdım, boynum bərk ağrıdığından tərpənə bilmirdim. Səhər Arif əmi gəldi ki, Çingizin qızını öpüm. Boynumdan tutub elə öpdü ki, ağrıdan qışqırdım. Buna görə də öpüş xatirəmdə pis qalıb.

Müğənni Roza Zərgərli – İlk dəfə məni 17 yaşımda ailə qurarkən həyat yoldaşım öpüb.

Müğənni Kərim – Mənim ən həyəcanlı və ehtiraslı öpüşüm həyat yoldaşımla olub. Bir dəfə onu məhlənin həyətində yola salırdım. Maşının qapısını açmamış məni elə öpdü ki, özümü itirdim və utandım. Bu öpüş heç vaxt yadımdan çıxmaz.

Model Səbinə Allahverdiyeva – İlk dəfə üçüncü sinifdə oxuyanda bir uşaq məni öpüb. Onun məndən xoşu gəldiyindən bizim sinfə keçmişdi. Qəfildən məni öpdü. Hay-küy qopartdım, müəllimlərə şikayət etdim.

Aktyor Fərda Xudaverdiyev – İlk öpüşüm altıncı sinifdə olub. Sinif yoldaşım qızdan xoşum gəlirdi, onu öpdüm. O da başladı məni söyməyə, dedi ki, atama deyəcəm. Mən də bir gün yata bilmədim, fikirləşdim ki, hamıya deyəcək və onu almaq məcburiyyətində qalacam. Şükür ki, bu kəbin alınmadı. (gülür)

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9213   Tarix: 18 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1468
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1139
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 825
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1017
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 3918
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 318
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 880
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

10:54 382
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1389