Hadisənin konserti ucuz başa gəlmədi - Gövhər Həsənzadə

Hadisənin konserti ucuz başa gəlmədi - Gövhər HəsənzadəÖtən həftə Türkiyənin məşhur ifaçısı Hadisə şəhərimizin qonağı oldu. Konsertdən bir neçə gün keçməsinə baxmayaraq, tamaşaçılar hələ də gördükləri şounu heç vaxt yerli ifaçıların repertuarında görmədiklərini söyləyirlər. Belə ki, Hadisə tək ifası ilə deyil, rəqsləri ilə də tamaşaçıların könlünü oxşayıb.

Qeyd edək ki, konsertin təşkilatçısı bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi "Govkhar group"dur. İndiyə qədər bir çox uğurlu layihələrə imza atan, yaradıcılığına Türkiyədə davam edən bəstəkar konsert barədə fikirlərini və şirkətin gələcəyə dair planlarını bizimlə bölüşdü.

Hadisə Bakıya pulsuz gəlib?

- Hadisə ilə işbirliyiniz necə yarandı?

- Bilirsiniz,"Govkhar group"un təşkil etdiyi konsertlər sadəcə iş üzərində qurulmayıb. Bu ifaçı filankəsdir deyə yox, hansı məşhur ifaçının gözəl şousu, performansı varsa, onun Azərbaycanda konsertini təşkil edirik. Məqsədimiz mahnıları ilə seçilən və proqramları ilə dünya turnesinə çıxan ifaçıları Bakıya gətirməkdir. Onunla aramızda səmimi münasibətimiz var. Hadisə Bakıdakı konsertindən sonra dedi ki, mən heç yerdə belə proqramla çıxış etməmişəm. Biz yenə belə konsertləri təqdim edəcəyik. Tamaşaçılar əmin ola bilər ki, başqa ölkələrdə izlədikləri konsertləri "Govkhar group"un loqosu ilə artıq canlı-canlı buradan izləyəcəklər.

- Gövhər xanım, daha hansı məşhurun vətənimizə gəlişi gözlənilir?

- Bundan sonra Türkiyənin məşhur ifaçısı Demet Akalının şou proqramı ilə Bakıda konserti gözlənilir. Belə ki, 34-35 nəfərlik komandası ilə buraya gələcək ifaçını onun balet qrupu və böyük ansamblı müşayiət edəcək. Demet Akalının sonuncu şousunu gördüm və çox bəyəndim. İstədim ki, onun bu performansını Azərbaycan tamaşaçılarına da təqdim edək.

- Demet Akalının çıxışı Hadisənin konserti baş tutan məkanda olacaq?

- Xeyr. Demet Akalının konserti qapalı salonda olacaq. Çünki onun şou proqramı elədir ki, o səhnə üçün qurulub. Ona görə düşünürük ki, qapalı məkan Demet Akalına daha uyğun olar. Hər proqramın özünün tələb etdiyi məkan var. Hadisə üçün tapdığımız məkan ona uyğun idi.

- Hadisənin Bakıda konsert proqramı ilə çıxış etməsi neçəyə başa gəldi?

- Maliyyə məsələlərini açıqlaya bilmərəm. Çünki bu, layihənin mühasibat işləri ilə məşğul olanların sahəsidir. Konkret rəqəm deməyə bizim ixtiyarımız yoxdur. Yəni bu məsələ şirkətin maliyyə durumu ilə bağlıdır. Bu sual sanki mənə əyninizdəki paltarı neçəyə almısınız kimi ünvanlanır. Sualı cavablamaq üçün mən gərək ansambl üzvlərinin hamısının tək-tək qiymətini, buraya gəlməsi üçün bizim çıxan xərclərimizi və sairi hesablayım. Həm də konsertin maliyyə məsələləri ilə birbaşa mən məşğul olmuram. Yəni şirkətin təsisçisi tək mən deyiləm. Bəlkə Hadisə Bakıya pulsuz gəlib? Bəlkə aramızda şəxsi münasibətlər var deyə hansısa endirimlər edib və ya əksinə bizə daha baha qiymətə başa gəlib? Deməyim odur ki, bu, aramızda olan münasibətlərə bağlıdır. Onu açıqlamağımız düzgün olmazdı. Bir sözlə deyə bilərəm ki, Hadisənin Bakıdakı konserti bizə o qədər də ucuz başa gəlmədi. Hadisəni ansamblı, köməkçiləri daxil olmaqla 31 nəfərlik komanda ilə qəbul etmişiksə, görün bura nə qədər maliyyə sərf olunub. Onun rəqqaslarının 5-i də Avropanın ayrı-ayrı ölkələrindən gəlib. Onların vizaları, bilet xərcləri hamısı bizim şirkətlə bağlı idi. Konsert, gözəl şou proqramını səhnədə tamaşaçılara təqdim etmək üçün az maliyyə sərf etməmişik...

Zövq məsələsi

- Hadisə ilə sizin yaradıcılıq baxımdan işbirliyiniz davam edəcəkmi?

- Bəli. Artıq qarşı tərəfdən təklif də gəlib. Hadisə özü hələ Türkiyədə olduğum zaman mənə mahnılarımın birini ifa etmək üçün müraciət etmişdi. O, söylədi ki, bizim bundan əlavə işbirliyimiz də olsun. Hadisənin mənim mahnılarımdan xəbəri var. Hər şey qismətə bağlıdır. İnşallah, bu planımız həyata keçərsə, gözəl olar. Bu, zövq məsələsidir. "Artıq mahnını seçmişik, hazırdır" kimi fikirlər söyləyə bilmərəm. Amma planlarımızda Hadisə ilə başqa bir işbirliyi də var. Bizim də planlarımız çoxdur, eyni zamanda indi yay fəsli olduğundan, Hadisənin də konsertləri üst-üstə düşdüyü üçün yəqin ki, yeni mahnı sentyabr, oktyabr aylarında hazır olacaq.

- Yerli müğənnilərlə necə, əməkdaşlığınız davam edirmi?

- Bəli. Yerli müğənnilərlə gözəl və möhtəşəm bir layihəmiz var. Biz Azərbaycanımızı dünya miqyasında yüksək səviyyədə tanıtmaq və layiqincə təmsil etmək istəyirik. Artıq o layihəyə də başlamışıq. Bu yaxınlarda mətbuata açıqlama da verəcəyik. Bundan başqa, Azərbaycanımızın klassik əsərlərindən birinin Avropanın möhtəşəm şəhərində səhnəyə qoyulması üçün danışıqlarımız da gedir. "Govkhar group"un işi təkcə xaricdən vətənimizə əcnəbi müğənniləri gətirib, konsertlərini təşkil etmək deyil. Bu yaxınlarda bizim Türkiyədə də nümayəndəliyimiz fəaliyyətə başlayıb. Hadisəni də biz o məqsədlə, yəni PR məqsədi ilə buraya gətirmişdik. Bu, qarşı tərəflə işbirliyimizin bir hissəsidir. Yəni Türkiyədən buraya müğənnilər gəldiyi kimi, bizim də müğənnilərimiz oraya gedəcək. Bunlar hamısı öz sənətkarlarımızı, sənətimizi dünyaya təqdim etmək üzərində qurulub.

- Konsertin sponsorları yox idi. Sponsorsuz konsert təşkil etmək çətin deyilmi?

- Konsertin nə xırda, nə də baş sponsoru var idi. Konsertdə heç kəsin tərifi və təqdimatı olmadı. Biletlərin qiyməti olduğu kimi qaldı, düşmədi. Ümumiyyətlə, "Govkhar group"un layihələrində işin kommersiya tərəfi güdülmür. Yəni ki, ortalığa bu məhsulu qoyub böyük məbləğ götürməyi düşünmürük. Bizim üçün səhnənin effekti və işin keyfiyyəti daha çox önəmlidir. İnşallah, bu yolla da davam edəcəyik. Bakıda konsert fəaliyyəti bir az zəifləyib. Biz o keyfiyyəti əldə etdikdən sonra bəlkə başqa konsert təşkil edənlər də özlərini çəkib o səviyyəyə uyğunlaşarlar. Çünki Azərbaycanda restoran fəaliyyətindən başqa konsert fəaliyyəti yoxdur. İstəyirik konsertlərin təşkili məsələsinə bir az keyfiyyət qataq. Özünüz də görəcəksiniz ki, bizim layihələrimiz sənətçilərimizə nə dərəcədə dəstək olacaq.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3259   Tarix: 03 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 717
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 3277
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 283
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1015
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4415
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1568
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 788
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 429
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 558