O qədər incikliklər olur ki...

O qədər incikliklər olur ki...Bu aktrisanı istər filmlərdə, istərsə də tamaşa və teletamaşalarda oynadığı maraqlı obrazlarla xatırlamamaq mümkün deyil. Teatr tənqidçilərinin də dediyi kimi o tək-tük milli koloriti olan aktrisalarımızdandır. Təkcə "Təhminə" filmində oynadığı ana obrazını göstərmək yetərlidir deyilənləri əsaslandırmaq üçün. Amma xeyli vaxtdır nə tamaşalarda, nə də filmlərdə gözə dəymir. Bəlkə də çoxlarınız söhbətin kimdən getdiyini anladınız.

Beləliklə, "Biri var idi" rubrikasının yeddinci qonağı tanınmış aktrisa, xalq artistidır.

– Artıq bir ilə yaxındır ki, teatrdan çıxmışam.

– Heç bir tamaşada oynamırsınız?

– Xeyr, təqaüddəyəm.

– Filmlərə çəkilirsiniz?

– Təkliflər olur, səhhətimlə bağlı imtina edirəm. Film çox ağır sahədir. Əgər teatrda teatrda məşqlər gündüz olursa, kinoda gecə çəkilişləri, şəhərdən kənar çəkilişlər olur. Bunun üçün müəyyən məsafə qət etmək lazımdır. Bilmirsən necə və hansı şəraitdə çəkiləcək. Bu proses mənə çox tanışdır. Film enerji aparan sahədir.

– Aktyor işləməsə, qazanmaz. Artıq işləmirsiniz. Necə dolanırsınız?

– Təbii ki elədir. Əgər sənət fədaisidirsə, sənətin qurbanıdırsa, o, qazana bilməz. Belə insanların qazancı tamaşaçının alqışı və dövlətin verdiyi maaşdır. Mən o kateqoriyadan olduğumu deyə bilmərəm. Sadəcə aktrisayam.

– Amma mən deyirəm ki, siz sənətkarsınız.

– Təşəkkür edirəm. Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.

– Prezident təqaüdü alırsınız?

– Bəli, təqaüd də alıram, prezident tərəfindən ev də verilib. Dövlətimdən çox razıyam.

– Yeni çəkilən seriallara dəvət alırsınız?

– Dəvət olunuram, imtina edirəm. Artıq mənim fiziki qüvvəm o ağırlıqda işlərə davam gətirməz. Şəkərim olduğu üçün günaşırı dərmanlar qəbul edirəm, qidama ciddi fikir verirəm. Çəkilişin öz yazılmayan qanunları var. Əsəb keçirirsən, kaprizlər olur. İş prosesində bütün bunlar özünü göstərər və rejissor məndən inciyə bilər. Özüm də yolda, çəkilişdə əziyyət çəkə bilərəm.

– Belə başa düşdüm ki, sənət fəaliyyətinizi tamamilə dondurmusunuz.

– Elədir. İnsanları incitməkdən qorxuram. Bir daha qeyd edirəm ki, çəkilişdə mələk kimi insan olsan da, aləm dəyir bir-birinə. O qədər incikliklər, küsməklər olur ki. Özüm də çəkilmək istəyirəm amma.

– Neçə ildir səhhətinizdə problem var?

– Artıq on ildir şəkər xəstəsiyəm. Hətta komaya da düşmüşəm. Sağalmaz xəstəliyə düçar olmuşam. Yaş artdıqca özünü daha çox büruzə verir xəstəliyim.

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2167   Tarix: 08 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 911
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1234
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 722
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1526
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1156
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 940
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1302
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 799
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1444