İt yiyəsinə oxşayar (Fotolar)
Bizdə "mal yiyəsinə oxşar deyirlər". Amma nə fərqi var. İt də sahibinin mülkiyyətidir. Bu günlərdə isveçrəli fotoqraf bu nəzəriyyəni təcrübədə sübut etməyə çalışıb. 27 yaşlı fotoqraf Sebastian Maqnani itləri sahibləri ilə yanaşı göstərən fotoportretlər üzərində işləyib.
Bern şəhərində yaşayan Sebastian deyir ki, əvvəlcə sadəcə olaraq itləri sahibləri ilə birlikdə çəkməkdən başlayıb. "Lakin birdən fikir verdim ki, çox vaxt itlər sahiblərinə bənzəyirlər", - deyir fotoqraf. Beləcə qoşa portretlər ideyası ortaya çıxıb.
Doğrudur, fotorəssam itlərin şəkilləri üzərində bir qədər fotoshop əməliyyatları da aparıb. İtlər insanın ən sədaqətli dostlarıdır. İnsanlar it seçəndə, görünür, bir qədər özlərinə oxşayanlarını seçirlər.
Elə itlər də sonrakı həyatlarında sahiblərinin rəğbətini qazanmağa çalışırlar, hətta xasiyyətlərini də götürürlər. Acıqlı adamların zəhmli, mehriban insanların nəvazişli itləri olur. Sahibi kimi sevmirsə ona hürür, sahibi kimi bəyənirsə, ona quyruq bulayır.
Biri elə mənim qonşum, türkcə bilməyən gənc türk Erolun iti. Özü kimi qaraqabaq və zəhmlidir. Quşlara, təyyarələrə, fişənglərə, bir sözlə göydə uçan hər şeyə hürür. Nazik divardan Erolun da daim donquldanmasının şahidi oluram. Amma itini çox sevir.
Onun üçün baxcada it damı da düzəldib. Maraqlıdır ki, damın qapısına itin adını - "Roki" yazıb. Hərçənd Rokini bir dəfə də olsun, bu dama girən görməmişəm.
Düşünmürəm ki, bu, Rokinin savadsızlığından və öz adını oxuya bilməməsindən irəli gəlir. Sadəcə olaraq, kim evdə, televizorun qarşısında və sobanın yanındakı rahat divanı buraxıb, yağışlı bağçadakı taxta dama girər?
Lap it olsa belə…
mənbə: publika.az









BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6001 Tarix: 05 iyul 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817