Gənc ailənin ayaqyolundan düzəldilən evi (Video)

Gənc ailənin ayaqyolundan düzəldilən evi (Video)İndi Bakıda və onun ətrafında pərakəndə, kobud desək, harda gəldi ev tikib yaşayırlar. Sonra da kommunal təchizat tələb edilir. Halbuki kor-təbii şəkildə salınan yaşayış sahələri yaşayış üçün nəzərdə tutulmayıb. O cümlədən uyğunlaşdırılmış binalarda, yəni yaşayış üçün yararsız sayılan tikililərdə yaşayanlar var. Belə sakinlərin çoxu məcburi köçkünlərdir. Görünür hamam və ya ayaqyolunu da mənzilə çevirmək mümkündür. Belə ailədərdən biri təxminən 3 kv.m -lik sahəni - ayaqyolunu özünə yaşayış yeri seçib.

Fəridə Məmmədova həyat yoldaşı, iki qız övladı ilə bərabər eni 1, uzunu 2,5 metr olan, daxmadan heç seçilməyən kiçik bir otaqda yaşayır. Hansı ki, bu otaq əvvəllər yaşadığı ərazidəki sakinlərin istifadə etdikləri ümumi ayaqyolu olub. Ailə qurduqdan sonra bir müddət yoldaşının birotaqlı evində qayınanasigildə yaşadığını deyən xanım sonradan sakinlərin köməyi ilə bu otağa sığınıb. Yaşadığı şərait isə heç də ürəkaçan deyil. Olduqca darısqal, heç bir pəncərəsi olmayan və bir qapıdan ibarət olan otaq ailənin sağlamlığına da təsirsiz ötüşməyib.

Üstəlik yaşadıqları otaqla ümumi istifadədə olan hamam- tualetin arasını divar ayırdığından məcbur olub havasızlıqdan günün əksər saatını qonşularla bərabər həyətyanı ərazidə keçirirlər. İl yarımdır ki, Fəridə xanımın mətbəxi də, qonaq zalı da, yataq otağı da darısqal məkanda cəmləşib.

İndi gənc ananı 3 yaşlı Əminə, 6 aylıq Səmanın gələcək həyatı düşündürür. Darısqal, havasız otaqda uşaqların daha betər xəstəliklər tapa biləcəyindən narahat olan valideyn xoş güzəran, əlverişli şərait arzusundadır.

Bizsə Məmmədovlar ailəsinin çətin şəraitdə yaşadığını nəzərə alıb, bu ailəyə ünvanlı sosial yardımın düşüb düşmədiyi ilə maraqlandıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin mətbuat xidmətindən bildirdilər ki, vətəndaş ilk növbədə ailəyə daxil olan aylıq ümumi gəlir, daha sonra ailə tərkibini, uşaqların doğum şəhadətnaməsini təsdiq edən bu və ya digər sənədlər toplusu ilə qeydiyyatda olduğu rayonun Sosial Müdafiə Mərkəzinə müraciət etməlidir. Yalnız bundan sonra vətəndaşa lazımı yardım göstərilə bilər. Burdansa belə bir nəticəyə gəlmək olar ki, hələ dünyada, ətrafında baş verənlərdən xəbərsiz olan, çətin şəraiti dərk etməyən bu balacaların taleyi həm də valideynlərindən asılıdır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2749   Tarix: 03 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390