İlhamə Quliyeva Aygün Kazımovanı məhkəməyə verdi

İlhamə Quliyeva Aygün Kazımovanı məhkəməyə verdiAzərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.

O, Aygünü məhkəməyə verdiyini bildirib:

"Bu addımı Aygündən gözləmək olardı. Çünki, birinci dəfə deyil ki, bu sənətçi düşünmədən ağlına gələni danışır. Hər kəs öz səviyyəsini göstərir. Hər kəs bilir ki, Aygün Kazımova sənətindən çox qalmaqalları ilə gündəmdə qalıb. Özündən böyükdür, kiçikdir deməyib, xalqın sevgisini qazanan həmkarlarına söz atıb. Onu bu addımları atmağa həm içində öldürə bilmədiyi paxıllıq hissi, həm də gündəmdə qalmaq istəyi vadar edib. Azərbaycan sənətçisi adına ləkə gətirdiyimi deyən Aygün, ola bilər ki, sənin yaddaşında problemlər var, amma mən və hər kəs çox yaxşı xatırlayırıq ki, sən necə sənətə gəlmisən. Nə tez unutdun açıq-saçıq çəkdirdiyin şəkilləri, nə tez unutdun əsgərlərin qarşısında qısa paltarda rəqs elədiyini...

Bu siyahını davam etdirmək nə sənin xeyrinə olar, nə də mənim statusuma və tərbiyəmə yaraşar. Unutma ki, dəfələrlə həddini aşdığın məqamlarla bağlı çox insanlara yalvarmısan. Onların vasitəsi ilə ayağıma gəlib, məndən üzr istəmisən. Bilirəm ki, həmişəki kimi depressiyadasan. Sənin şəxsi həyatında və sənətində itərəcəyin heç bir şey qalmayıb. Özünə gələndən sonra başa düşərsən ki, nə boyda müşkülə düşmüsən. Səni dəfələrlə bağlamışam. Bu dəfəki hərəkətin isə bağışlanmazdır. Gördüyün kimi, mən sənə elə xanım kimi cavab verdim. Sən isə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən. Sən mənə yox, mənim Şöhrət ordenimə, Dünya Sülh Səfiri tituluma sataşmısan. Bunların da cəzası sənin üçün ağır olacaq. ALLAH köməyin olsun!".

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2831   Tarix: 03 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352