"Özümdən sonra davamçım yalnız özüməm" -Səyavuş Aslanın son müsahibəsi

"Özümdən sonra davamçım yalnız özüməm" -Səyavuş Aslanın son müsahibəsi– Səyavuş müəllim, necəsiniz?

– Yaxşıyam. Özümü çox yaxşı hiss edirəm. Sözün düzü, indi çox həyəcanlıyam. Nəyə görə? Çünki çox ağır bir dönəm yaşamışam, bu dərəcədə çətin günlər keçirdiyimi bilmirdim, indi bu barədə mənə deyəndə çox həyəcanlanıram. O günlərin necə keçdiyini xatırlamıram. Sevinirəm ki, indi sizin vasitənizlə yenidən tamaşaçılarımla görüşəcəyəm.

– Çətin günlərin öhdəsindən necə gəldiniz?

– Artıq heç bir çətin günü xatırlamaq istəmirəm, hər şey geridə qaldı. Məni necə görmüsünüzsə yenə də eləyəm. Çalışacam ki, hər zamankı kimi olum.

– Gününüzü necə keçirirsiniz?

– Mənim o qədər qohum-əqrəbam var ki, nə televiziyaya baxmağa, nə də gəzməyə vaxtım olur (gülür). Onlar həmişə çalışırlar ki, yanıma gəlib-getsinlər, məni darıxmağa, tək qalmağa qoymurlar. Dost-tanış, qonum-qonşu tez-tez gəlib-gedirlər.

– Sizi həmişə şəhəri, xüsusən bulvarı piyada gəzən görmüşük. Bu ənənəni davam etdirirsinizmi?

– Gəzməyi sevirdim. Amma indi evdəkilər çox gəzməyə qoymurlar, ehtiyat edirlər. Qoysalar yenə də gedib gəzərəm (gülür). Buna baxmayaraq yenə şəhərə çıxıram.

– Sənət yoldaşlarınızdan yanınıza gələn, zəng vuran varmı?

– Var. Ümumiyyətlə, çox adam yanıma gəlir.

Bu məqamda S.Aslanın baxıcısı olan gənc qadın söhbətə müdaxilə edib, 7 aydır sənətkara qulluq etdiyini, lakin bu müddət ərzində aktyorlardan heç kimin onun yanına gəlmədiyini dedi.

Sənətkar isə ona acıqlanaraq "gəlirlər, sadəcə olaraq sən aktyorları tanımırsan", – deyə etirazını bildirdi...

– Teatra qayıtsaydınız yenidən hansı tamaşada oynamaq istərdiniz?

– Hamısında. Bütün tamaşalarım üçün darıxmışam. Gərək tamaşalar arasında ayrı-seçkilik salmayasan.

– Ən sevimli tamaşanız və rolunuz hansı olub?

– Camaat sevən tamaşaları mən də sevmişəm. Onlar sevib gəliblər, mən də sevə-sevə oynamışam. Amma təəssüf ki, indi yaşa dolmuşam, artıq o cür ifa edə bilmərəm. Səhnədə bütün istəklərimə nail olmuşam. Necə nail olmuşam onu artıq tamaşaçılar deyə bilər.

– Səhnədə ən sevimli tərəf-müqabiliniz kim olub?

– Demək olar ki, aktyorların çoxu ilə tərəf-müqabili olmuşam, onların arasında istədiyim insanlar da olub, istəmədiyim də, amma səhnədə hər şeyi unutmuşam, heç birinə fərq qoymamışam.

– Özünüzdən sonra kimi davamçınız olaraq görürsünüz?

– Özümdən sonra davamçım yalnız özüməm. Özümü yalnız özümə bənzədirəm.

– Sənətə gələndə bu qədər seviləcəyinizə və tanınacağınıza inanırdınız?

– Bəli. Çünki bu peşəni sevib gəlmişəm, gərək sənəti sevəsən. İstəyinə nail olmaq üçün çalışmaq lazımdır.

– Sənətə gələndə ən böyük arzunuz nə idi?

– Sənətə gələndə ən böyük arzum alqış qazanmaq və sevilmək idi. İndi deyə bilmərəm arzuma nə dərəcədə çatdım.

– Teatrdan ayrılandan sonra tamaşalara gedib baxırdınız?

– Öz tamaşam olmasa da, həmişə teatra gedib tamaşalara baxmışam. İndi də teatra getmək, tamaşalara baxmaq istəyirəm, amma elə halım yoxdur ki, özüm tək gedim.

– Azərbaycan teatrına neçə qiymət verərsiniz?

– Teatra qiymət verməzlər, teatr gərək özü o qiyməti alsın. Hər bir aktyorun öz məqamı, öz dövrü olub. Biz də vaxtımızda çox sevilmişik. Vaxtında çox insanlar mənimlə oturub-durub, danışmaq istəyib. İndi kənardan teatra baxanda qiymət verə bilmirəm. Çox çətindir.

– O vaxtkı aktyor yoldaşlarınızdan kimləri xatırlayırsınız?

– Hamısını, daha çox da Nəsibə Zeynalova yadıma düşür.

– Musiqili Komediya və Akademik Milli Dram Teatrında çalışmısınız. Ən doğma kollektiv hansı olub?

– Hər ikisi mənim üçün doğmadır, onları heç vaxt bir-birindən ayırmamışam, onlar məni sevib, mən də onları.

– Ən böyük arzunuz nədir?

– İstədiyim vaxt harasa gedib gəzmək. Səhhətimin yaxşı olması.

– Kiməsə demək istədiyiniz, ürəyinizdə qalan sözünüz varmı?

– Yox, hər kəsə vaxtında hər şeyi demişəm. İstədiyim odur ki, hər kəs öz istəyinin arxasınca getsin. Ürəyimdən keçən odur ki, kimin ürəyindən nə keçirsə, Allah onu yerinə yetirsin.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3314   Tarix: 28 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601