Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıbTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 23-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan nəticələri komissiyanın internet saytından yerləşdirilib. Bakalavrlar mobil telefonlar vasitəsilə müvafiq kodu göndərərək nəticələrini əldə edə bilərlər.

Qəbul imtahanının ikinci mərhələsindən də uğurla keçən bakalavrlar bu gündən ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Qeyd edək ki, magistraturalara qəbul imtahanının ikinci mərhələsində 11488 nəfər bakalavr iştirak edib. Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. 2012-ci ildə 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılıb.

Bakalavrların nəzərinə!
6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilmiş, ümumi balına qoyulan tələblər dəyişməmişdir.
Ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə 2013-cü il iyunun 27-dən 30-dək aparılacaqdır. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılmışdır. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17, TQDK.

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələri (II mərhələ) və cavab kartlarının qrafik təsvirləri


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2181   Tarix: 26 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865