Saniyədə 148 dollar qazanan adam

Saniyədə 148 dollar qazanan adamEldrik (Tiger) Vuds 1996-ci ilin yazında professional qolfa keçdiyindən bu günə qədər barmaq dişlədən karyera qazanıb. Vuds 45i keçən PGA Tur olmaqla 65-den çox turnirin qalibidir. Vuds 1997, 2001, 2002 və 2005-ci Masters, 1999 və 2000-PGA Çempionatı, 2000 və 2002 ABŞ Açıq, 2000 və 2005-ci Britaniya Açıq turnirində kubokunu əldə edib.

Publika.Az "II Taym" layihəsində bu dəfə dünyanın ən zəngin idmançısı olan Amerikalı Eldrik Vuds haqqında məlumat verəcək. O bütün zamanların ən çox uğur qazanmış qolfçusudur.
Eldrik 1975-ci il dekabrın 30-da Kaliforniyada anadan olub. O ilk şöhrətini "1997 Masters(ustalar)" Çempionatından qırdığı rekodla qazanmışdı. O ustalıq dərəcəsi qazanan ilk qara dərili olu. Bununla da o qazandığı mükafatlarla insanları təəccübləndirməyi bacarıb.

Vuds ailəsi

Rekordçu qolfçunun əsil adı Eldirik Tont Vudsdur. "Tiger"(pələng) isə ona verilmiş ləqəbdir. İdmançının atası ABŞ ordusunda xidmət etmiş təqaüdçü leytenant Earl Vudsdur. Anası isə Tailand mənşəli Kultidadır. Vudsun öz adı ata və anasının adına uyğun olaraq qoyulub. Belə ki, ilk hərfinin "E" (Eldrik) ilə başlaması atasının adına (Earl), "k" ilə bitməsi isə anasının adına (Kultida) uyğun olaraq seçilib.
Vudsun "Tiger" ləqəbi almasının səbəbi isə atasının vyetnamlı bir əsgər olan yoldaşı Vuonq Danq Fonq adlı biri olub.

Uşaq yaşlarında qazanılan uğurlar

6 aylıqdan atasının qolf ağacı ilə etdiyi vuruşları saatlarla izləyən Vuds hələ 2 yaşındaykən "Mayk Duqlas Şou"ya qatılır və Bob Houp ilə birlikdə ilk vuruşunu gerçəkləşdirir. 3 yaşında olarkən hər kəsi təəccübləndirən vuruşlar etməyə başlayan Tiqer, 5 yaşında "Golf Digest" jurnalında yer aldı. Tiger "Optimist Beynəlxalq Gənclər" turnirini tam 6 dəfə :8, 9, 12, 13, 14 və 15 yaşlarında qazanıb.
1992-ci ildə 16 yaşındaykən ilk dəfə bir professional turnir olan Nissan Los Angeles Açıq Turnirində oynayan Vuds 1993-cü ildə isə 3 PGA Çempionatında iştirak etdi.

"Dünyada İlin Qolf Adamı"

1994-cü ildə Amerikanın məşhur və ən uğurlu universitetlərindən Stanforda qəbul olan Tiger universitet həyatı boyunca tam 10 turnirdə qələbə çalır. Həmin ildə "Qərb vəvəskarı" yarışmasını qazanan Vuds Amerika Komandasını "Dünya Həvəskarlar Çempionatı"nda təmsil etdi və 1995də isə "Walker" Kubokunda oynadı.
1995də ilk böyük kuboklarını oynayan Vuds Masters və Britanya Açıq turnirində iştirak edib, lakin zədələndiyindən ABŞ Açıq turnirində iştirakdan imtina edir. 1996-cı ildə də 2 böyük turnirdə oynayan Vuds nə qədər əhəmiyyətli bir qolfçu olmağa başladığını hər turnirdə sərgilədiyi performansıyla göstərirdi.
1991,1992d və1993-cü illərdə "ilin oyunçusu" mükafatına layiq görülüb. 1992də "İlin Həvəskar Oyunçusu" mükafatını alan Vuds 1994-cü ildə isə "Dünyada İlin Qolf Adamı" seçilib. Vuds 1996-cı ildə isə "Fred Haskins və Cek Niklaus İlin Universitet Oyunçusu" mükafatlarını qazandı.

"İlk professional oyunu"

ABŞ həvəskar mükafatını arxa- arxaya 3-cü dəfə alan Vuds qısa müddət sonra ilk professional oyununu "Greater Milvaukee" açıq turnirində keçirdi. Mövsümdə yalnız 7 turnir geriyə qaldığında pul mükafatı siyahısında ilk 125ə girib PGA oyunu kartı almalı olan Vuds istəyinə nail oldu.
2 turnir qazanan və ilk 30-luğa girən Vuds Çempionlar Yarışına qatılmağa laiq olur. Ümumilikdə 790 min 594 dollar qazanaraq 25-ci sırada qərarlaşır. Həmin ili dünya səviyyəsində isə 940 min 420 dollara sahib olur.

25 turnirdən 2 milyon dollar çox gəlir əldə edir

1997-ci ildə mövsüm açılışının edildiyi Mersedes Çempionatını qazanan Vuds Masters ilə birlikdə 4 PGA kuboku qaldırdı və o zaman bir rekord olan 2 milyon 66 min 833 dollar ilə "Arnold Palmer" Mükafatına sahib olub. O illərdə dünya səviyyəsində isə cəmi 25 turnirdə ümumilikdə 2 milyon 440 min 831 dollar gəlir əldə edib.

Ən gənc idman ustası

ABŞ Gənclər Çempionatını hələ 1991ci ildə- 15 yaşındaykən qazanaraq bu uğuru ən gənc yaşda əldə edən Vuds 1994-cü ildə də ABŞ Həvəskarı 18 yaşında qazanaraq yenə bu nailiyəti götürən tarixdəki ən gənc qolfçu olub.
Eldrik Vuds Britanya açıq turnirini qazanaraq "Grand Slam"ları yığan ən gənc ad olarkən ümumilikdə də Hoqan, Yenə Sarazen, Gary Player və Cek Niklausdan sonra ən çox imza atan 5-ci qolfçu oldu. E.Vuds eyni zamanda Masters(ustalar) turnirinin indiyədək ən gənc çempionu olub.Belə ki, 21 yaşında ikən Masters kubokunu havaya qaldırıb. İndiyədək ən sürətli şəkildə dünyanın 1 nömrəli qolfçusu olmağı bacaran Vuds professional titulu aldıqdan cəmi 24 həftə sonra - 1997-ci il İyunun 15 -də dünya zirvəsində yerini alır. Vuds beləcə 21 yaşında ən gənc 1 nömrə olub. Vudsdan əvvəl bu uğuru qazaan ən gənc ad 1986-cı ildə 29 yaşlı Bernhard Langer olmuşdu.

Qazandıqlarına görə pul rekordu qırdı

Eldrik professional qolf oyunçusudur. O, 2001-c ildə qazandığı 2-ci Masters(ustalıq dərəcəsi) ilə birlikdə 4 böyük professional kuboku eyni anda əlində tutan ilk idmançı olub. PGA Çempionatında hər kəsdən daha çox zəfəri olan Tiger Vuds pul sarıdan da bütün zamanların ən çox qazanan qolfçusudur. 2000-ci ildə 9-u PGA Turniri olmaqla 11 turnir qazanan "Tiger" eyni zamanda David Duval ilə birlikdə Amerika Komandasında dünya kubokunu qazanıb. Vuds həmin ili 1999-cu ildə 6milyon dollardan çox(6.616.585 dollar) qazanmaqla qırdığı pul mükafatı rekordunu da 9 milyon dollardan çox (9.188.321dollar) gəlir əldə edərək yeniləyir.

"Tiger" ümumilikdə qazandığı pul mükafatını 2005-ci il ilə birlikdə PGA-da 55 milyon dollardan artıq (55.770.760) qazanmaqla Dünya səviyyəsində qazandığı pulu 68.151.294 dollara çıxartdı. 2000də qazandığı 9 PGA Turnir zəfəri 1950-ci ildə Sam Sneadın qazandığı 11 zəfərdən sonra əldə edilən ən böyük uğur idi.
Uğurlu qolfçu ən vacib uğurlarından birini 2000-ci ildə əldə edib. Həmçinin, Vuds 3 böyük turniri qazanaraq əfsanə qolfçulardan Ben Hoganın 1953də əldə etdiyi rekordu yeniləyir. Tiger eyni zamanda PGA Çempionatını arxa-arxaya qazanaraq Denni Şutenin 1936-37də qırdığı rekordu da yeniləyir.

138 illik rekordu bir necə ilə qırdı

O, ABŞ Açıq və Masters turnirlərini rekord hesablarla qazanıb. 15 və 12 atış fərqlə kuboklar qazanan Vuds 138 il ərzində qolfda qazanılmış rekordları da tarixə basdırdı. Tigerdən əvvəl PGA-da ən yaxşı başlanğıc edən ad Horton Smis olmuşdu. Smit 1929-cu ildə 21 yaşında 8 PGA zəfəri qazanmış və 1931-ci ildə isə 23 yaşındaykən 15 karyera zəfərini əldə etmişdi. Vuds 1999-cu ildə 8-i PGA olmaqla cəmi 11 zəfər əldə edərək 23 yaşındaykən bir əfsanə olmaq yolunda irəlilədiyini göstərdi. Niklaus ilə davamlı müqayisə edilən Vuds bunun da öhdəsindən gəlməyi bacardı. Nicklaus 1964-cü ildə 24 yaşındaykən 12 PGA və cəmdə 17 kubok qazanmışdı və 3 il idi ki, professional şəkildə qolf oynayırdı. Vudsun 6 professional böyük kubok zəfəri və 3 ABŞ Həvəskar kuboku onu 25 yaşında toplamda 9 böyük kubok sahibi etdi. Bu da eyni yaşlardaykən tarixi idmançı Niklausdan 3 böyük kubok daha çox qazanması demək idi. Niklausun 4 professional böyük kuboku və 2 ABŞ həvəskar kuboku var idi.
Vuds qolf tarixinin ən təəccübləndirici həvəskar statistikalarını da sahibdir. Belə ki, 6 USGA milli kuboku qazanan Vuds NCAA ünvanı sahibi də oldu. Və bunları edərkən hələ professional sayılmırdı. 1996-cı il avqust 27 -də pro kateqoriyası alan Vuds bu zamana qədər 3 dəfə arxa-arxaya ABŞ Həvəskar kuboku qazandı və rekord olan 18 matçı arxa-arxaya lider kimi tamamlayıb.

Bütün pul mükafatının 52 %-ini alırdı

1998-ci ildə də parlaq bir ili geridə qoyan Vuds1999-cu ildə möhtəşəm bir ifası ilə ortalığı qarışdırır. PGA Çempionatı daxil bir çox kubok qaldıran Vuds tam 6 milyon 616 min 585 dollar qazanıb ən yaxın rəqibi və yaxın dostu David Duvaldan 2 milyon 974 min 679 dollarla fərqləndi. Bu uğurun qısa şərhi belə demək olar: Vudsun paylanılan bütün pul mükafatının %52ini qazanırdı.

Ən çox qazanan ad

1999, 2000 və 2002-ci illərdə kubokları muzeyinə daşımağa davam edən Vuds 2002-ci ildə isə PGA-da 6milyon 912min 625 dollar və dünya səviyyəsində 8 milyon 417min 188 dollar qazanaraq arxa- arxaya 4cü ildə də ən çox qazanan ad oldu.

Ən çox mükafat qazanan idmançı

CNN-in dünyada məşhur idman jurnalı "Sports illustrated" Vudsu 1996 və 2000-ci illərdə "İlin idman adamı" seçib, fransız "L'Equipe" jurnalı isə 2000-ci ildə Vudsu "Çempionların Çempionu" mükafatına layiq görüb. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən "Assoşeyted Press" isə Vudsu 1997, 1999 və 2000-ci illərdə "İlin kişi idmançısı" olaraq şərəfləndirdi. Tiger Vuds və basketbolun əfsanəsi Maykl Cordan mükafatı 3 dəfə qazanan ilk idmançılar olub.
2000-ci ildə dünyanın digər nüfuzlu xəbər agentliyi "Röyters" tərəfindən də "İlin idman adamı" seçilən Vuds 1997-ci ildə isə Amerikanın qabaqda gələn idman kanalı ESPN tərəfindən "İlin kişi idmançısı" mükafatını almışdı.

Qolfun yaşayan əfsanəsi

"Laureus" idman mükafatlarından da birini də qazanan Vuds bu nüfuzlu mükafatı 1999 və 2000-ci illərdə alaraq "İlin idman adamı" seçilib. PGA-dan da 1997, 1999, 2000, 2001, 2002, və 2003cü illərdə "İlin idmançısı" mükafatlarını alan Vuds 30 yaşına gələnə qədər qolfun yaşayan "əfsanəsi" olmağı bacarıb.

"Forbes" jurnalında "ən varlı idmançı"sı
Vuds qazandığı nailiyyətlərlə bu günə qədər dünyanın ən çox uğur əldə etmiş qolfçusu adını alıb. Onun, qələbələri ilə yanaşı qazandığı məbləğə görə, "Forbes" jurnalında "ən varlı idmançı" kimi adı 1-ci sırada çəkilir.
Dünya birincisi olaraq, 2008-ci ildə 110 milyon dollar qazanmışdı. Hazırda həmin uğurlarını davam etdirən idmançı saniyədə 148 dollar qazanır.
"CNN Sport"un apardığı araşdırmalar nəticəsində dünyanın ən varlı idmançılarının siyahısı hazırlamışdı. Həmin siyahıda qolfdan boksa, futboldan basketbola qədər bir çox məşhur idmançılar yer alıb. "Dünyanın ən varlı idmançıları" siyahısında birinci yerin sahibi qolf üzrə dəfələrlə beynəlxalq turnirlərin qalibi Tiqer Vuds olmuşdu. Onun qazancı 111,9 milyon dollar göstərilib.
Haqqında kitab yazıldı
Vudsun bütün bu sadalanan uğurları və daha çoxu bir kitabda cəmləçib. Belə ki, yazar Bob Smiley idmançının bütün həyatını qələmə alıb. ("The follow Roar")

Obama ilə qolf oynadı

2013-cü ilin fevral ayında Ağ Evdən mətbuata verilən açıqlamaya görə, prezident Obama, Floridada yoldaşı Mişel və qızları Maliya və Saşa ilə birlikdə tətilini keçirib. Prezident Obama, tətilinin bazar günü hissəsindədünya şöhrətli qolfçu Tiger Vudsun da aralarında olduğu qrupla qolf oynayıb. Obama və Vudsun ilk dəfə birlikdə golf oynadığı qeyd edilmişdi.

Qadınlarına sədaqətli olmayan biridir

Onun çox sədaqətsizliyi bir çox dünya səviyyəsində media qaynaqları vasitəsilə, bir neçə fərqli qadınlar tərəfindən ortaya çıxarıllıb.
Bir çox sevgilisi olan qolf ustası sadəcə bir dəfə evlənib. O 2004-2010-cu illərdə İsveç model Elin Nordegren ilə evli olub. Bu evlilikdən Sam Aleksis Vuds, Çarlie Aksel Vudds adlı iki övladı dünyaya gəlib. Hazırda Alp prinsipi xizək yarışlarının qalibi, dünyanın ən tanınmış adlarından Lindsey Vonn ilə sevgilidir. Uzun müddətdir bu münasibət davam edir.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2688   Tarix: 20 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018