Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon idarə və qurumların rəhbərliyi, rayon ictimaiyyəti və bir sıra fəal gənclər Milli Qurtuluş Günü münasibətilə Daxili Qoşunların Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində olmuş və şəxsi heyətlə görüşüblər. Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının himni oxunub.

İlk öncə çıxış edən Hərbi hissə komandiri polkovnik Zəfər Əliyev azadlığın müqəddəs nemət olduğunu vurğulayaraq, bu amal uğrunda şəhid olanların heç vaxt unudulmayacağını qeyd edib. "Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox əziz bir tarixdir. Bu tarixi yaradan məhz daim xalqa arxalanan Ulu öndər Heydər Əliyev olmuşdur. Yaranmış çətin siyasi mühitdə xalq çıxış yolunu yalnız Ümummilli Liderdə görürdü və O, daim xalqın ümidini doğruldurdu". H. Əliyevin silahlı qüvvələrə daim xüsusi diqqət və qayğı göstərməsi polkovnik Z.Əliyev tərəfindən xüsusilə vurğulanıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu: "Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Çünki məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti yaradılıb". O, Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açıb və Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Abdin Fərzəliyev onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirib.
Daha sonra isə polkovnik-leytenant Nəsib İbadov şəxsi heyətə Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı general-leytenant Zakir Həsənovun təbrikini çatdırıb.

Sonra hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər və xüsusi təyinatlı dəstənin əsgərləri hərbi çıxışlar nümayiş ediblər.
Tədbir hərbi hissənin klubunda Azərbaycanın tanınmış musiqi ifaçılarının iştirakı ilə keçirilmiş möhtəşəm konsert proqramı ilə yekunlaşıb. Eyni zamanda, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlər Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

mənbə: qafqazinfo.az

Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)Nərimanovda Milli Qurtuluş Günü (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9040   Tarix: 14 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571