Anaların ən yaxşı bildiyi 20 şey

Anaların ən yaxşı bildiyi 20 şeyDostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız "usta aşpaz"dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: "Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?" deməsi əsl fəlakətdir.

Analar "axtarış" sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. "Necə tapdın?" sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub "5 dəqiqə də yatım, duracam", — deyib yenidən yatacaqsınız. Bircə ananıza "Məni 7-də oyada bilərsən?" desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala bilirlər.

"O lazım idi axı mənə…"
O dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.

Meyvə doğramaq
Məsələn, şaftalını soymaq istəsəniz meyvənin yarısı qabığında gedəcək. Ancaq analar bunu elə səliqəli şəkildə edirlər ki, insan oturub tamaşa etmək istəyir.

Dinləməkdən yorulmazlar
Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız dərdinizi dinləməkdən heç vaxt bezməz. Düzdü, məsləhətləri bizə uyğun olmur, amma hərdən yerinə düşənləri də eşidirik.

Təmizkarlıq xəstəliyi
Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da, analarımızın gözündə həmişə "səliqəsiz" oluruq. Evə, otağa girən kimi təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq bilməzlər.

Ana, qutardı!
İndi boynunuza almasanız da, uşaq vaxtı hamı kimi siz də tualetdən "ana, qutardı!",- deyə səslənmisiniz. Deyin, anadan başqa kim edər bunu?

Ad günü dəftəri
Analar hamının ad günlərini əzbər bilərlər. "Bibinə zəng vur, bu gün ad günüdür", — deməsə, heç kimi yadına düşməz. Analar olmasa, qohum-əqrəba ilə bütün əlaqələrimiz kəsilər…

Analar ən etibarlı bankdır!
Ayın axırı çatıb, maaşınız bitib. Belə vəziyyətdə yenə analar yada düşür. Onların hamıdan gizlin kassaları var.

Kürəyə əski qoymaq
Az qala dördüncü sinfə qədər davam edən haldır. Xüsusən oyun vaxtı qaçıb tərləyəndən sonra analar hardansa bir əski çıxarıb dərhal belimizə qoyardı. Hələ qonaq gedəndə, beş-altı köynək daşımağın nə qədər praktik bir şey olduğunu, ancaq böyüyəndə anlaya bilərik.

Sirrini anaya ver!
Ailədə həmişə belə vəziyyət olur: ana atadan nəsə gizlədir. Evə gec gələndə atanıza bir yalan uydurar, evə içkili gələndə başqa bir şey düşünüb sizi vəziyyətdən çıxarar.

Heyvanların da dostu
Yalvar-yaxar alınan bütün heyvanlar axırda ananın ümidinə qalır. Əvvəl saxlamaq istəməsə də, sanki övladının "günahını yumaq" üçün heyvanlarla dostlaşar, vaxtında yeməklərini verər, suyunu dəyişər. Yenə də ana…

Danlamağa bir candır!
"Filan şeyi niyə etməmisən?", "Sizə bir şey tapşırmalı deyil" kimi cümlələri eşitmək artıq adi haldır. Analar sizi bütün hallarda danlaya bilər, lap Amerikanın prezidenti olsanız da.

Texnik analar
Evdə ütü, "razetka", adapter xarab oldumu, analar bütün texniki alətləri tökər və düzəldər. Lampa dəyişmək isə uşaq oyuncağıdır onların əlində.

"Qalın geyin"
Qış vaxtı lap kürk geyinin, yenə analarımız "Qalın geyin", yazda "Qalın bir şey götür", "Xəstələnərsən a, nazik geyinib çıxma" kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.

Uşağı etibar etmək
"Nəvə övladdan şirindir", — atalar sözünü əsas gətirib, bütün evli cütlüklər bir tədbir, iş çıxan kimi uşaqlarını dərhal analarının yanına qoyub çıxırlar. Bundan sonra heç zəng vurmasanız da olar. Çünki analar hamıdan yaxşı baxar onlara.

"Yemək" poçtu
Rayonlardan paytaxta oxumağa, işləməyə gələnlərin ən sevdiyi vaxt – analarından "yemək" poçtunun gəldiyi vaxtdır. Analar nəyinki rayondan Bakıya, lazım olsa, Amerikaya, Afrikaya da yemək sovqatınızı göndərər, təki siz istəyin…

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3279   Tarix: 18 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068