Monserrat Kabalye Qarabağa qanunsuz səfər edib

Monserrat Kabalye Qarabağa qanunsuz səfər edibİspaniyanın məşhur opera ifaçısı Monserrat Kabalye Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

APA-nın "Armenian Today"ə istinadən xəbərinə görə, iyunun 4-də M.Kabalye Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. M.Kabalyeni salamlayan B.Saakyan bildirib ki, Dağlıq Qarabağda onun çoxlu pərəstişkarları var və tanınmış incəsənət xadimləri ilə əməkdaşlıq burada mədəniyyətin inkişafına təkan verir.
Görüşdə Erməni Apostol kilsəsinin "Artsax" yeparxiyasının rəhbəri, arxiyepiskop Parqev Martirosyan da iştirak edib.

Qeyd edək ki, M.Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəyi barədə məlumatlar mayın 22-də yayılıb. Xəbərdə onun iyunun 4-də Xankəndidə, 9-da isə İrəvanda çıxış edəcəyi bildirilib. Elə həmin gün M.Kabalyenin İrəvan konsertinin təşkilatçısı Vaaqn Gevorkyan dünya şöhrətli opera müğənnisinin iyunun 4-də Xankəndidə çıxış edəcəyi barədə məlumatları təkzib edib: "Bir təşkilatçı kimi deyirəm ki, Kabalyenin Dağlıq Qarabağda konsert verəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil".

Azərbaycanın Xarici İşlər Nazirliyi məşhur opera müğənnisi, ispan Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib. Nazirliyin mətbuat katibi Elman Abdullayev "Media forum" saytına deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan edilən səfərlər qanunsuzdur:
"Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu normaların kobud şəkildə pozulmasıdır. İşğal olunmuş ərazilərə belə səfərlərin edilməsi münaqişənin həlli prosesinə yalnız və yalnız mənfi təsir göstərir. Biz işğal olunmuş ərazilərimizə qanunsuz səfərləri qəti şəkildə pisləyirik və bununla bağlı mövqeyimiz dəyişməzdir".

İndiyə kimi Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa və işğal olunmuş digər yerlərə səfər edənləri Xarici İşlər Nazirliyi persona non-qrata elan edir. Onların Azərbaycana daxil olmasına qadağa qoyulur. Monserrat Kabalyenin həmin siyahıya daxil edilib-edilməyəcəyinə gəlincə, Elman Abdullayev deyib: "Tələsməyin. Bir qədər gözləmək lazımdır".

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1337   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704