Dünyada ilk dəfə: kosmosda ov başlanacaq

Dünyada ilk dəfə: kosmosda ov başlanacaqSpace-ə istinadən bildirir ki, layihənin ən maraqlı və önəmli olaq məqamı bəşər tarixində ilk dəfə səma cisminin "kəməndə salınması"dır.

NASA və Kaliforniya Texnoloji İnstitutunun (California Institute of Technology, Caltech) birgə hazırladıqları layihə Ayın yaxınlığında stabil geostasionar orbitdə fırlanan, ölçüləri iki avtobus boyda olan kiçik asteroidin süni peyk vasitəsilə "lasso" tipli kəməndə salınmasını, dartılaraq Aya yaxınlaşdırılmasını və hərəkətinin stabilləşdirilməsini nəzərdə tutur.

Bundan sonra həmin kiçik, amma çəkisi 500 ton olan "87 Silviya" adlı səma cismi amerikalı astronavtlar üçün daimi bazaya çevrilə bilər.

NASA layihənin təfərrüatlarını açıqlamaqdan imtina edib və yalnız onu bildirib ki, asteroidin kəməndə salınması ilə bağlı proqramın ilkin dəyəri 2 milyard dollardır.
Layihə Ağ Evə təqdim olunub.

"87 Silviya" asteroidi kosmosa "Atlas V" raketi ilə çıxarılacaq xüsusi kapsuldan fəzaya buraxılacaq peykdən açılacaq kanatlar vasitəsilə tutulacaq.

Kanatlardan hər birinin uzunluğu 23 metrdir.

Peyk 300 kq yanacağı işlədərək kanatları asteroidə dolayacaq, sonra isə onu çəkərək Aya yaxınlaşdıracaq.
Beləliklə də NASA Marsa uçuş layihəsi çərçivəsində stansionar bazaya malik olacaq.

Eyni zamanda, "Lasso" layihəsi asteroid və kometlərdəki təbii-mineral ehtiyatlardan istifadənin ilkin mərhələsi olacaq.

"87 Silviya" asteroidi kəməndə salınandan bir qədər sonra isə onun ətrafındakı kiçik "Ay"lar olan "Romul" və "Rem" asteroidləri də eyni minvalla Aya yaxınlaşdırılacaq.

Həmin asteroidlərin səthi və səthaltı layları tədqiq ediləcək, həmin səma cisimlərində faydalı qazıntı və təbii ehtiyatların olub-olmadığı araşdırılacaq.

ABŞ prezidentliyinə sabiq namizəd Ross Pero ilə "Google" korporasiyasının direktorları Erik Şmidt və Larri Peycin yaratdıqları "Planetary Resources" korporasiyası da səma cisimlərində faydalı qazıntıların çıxarılaraq Yerə gətirilməsi ilə məşğul olacaq.

Korporasiya ilk layihəsini yaxın 10 il ərzində həyata keçirəcək. Daha doğrusu, "Osiris-Rex" layihəsi çərçivəsində 2016-cı ildə kosmosa buraxılacaq kosmik gəmi "1999 RQ36" asteroidinə yollanaraq oradan süxur nümunələrini götürərək yerə qayıdacaq.

mənbə: xeber.disput.biz


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2005   Tarix: 05 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245