Qalatasaray – Fənərbağça oyunu ilə bağlı tələm-tələsik iş görə bilmərik

Qalatasaray – Fənərbağça oyunu ilə bağlı tələm-tələsik iş görə bilmərikAFFA rəsmisi Superkubok oyunu ilə bağlı qərarın dəyişdirilməsindən danışdı.AFFA "Qalatasaray" və "Fənərbağça" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkili ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) müraciətini cavablandırıb. Oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb. Bu qərar nəinki qardaş ölkədə, hətta hər iki klubun xeyli azarkeşinin olduğu Azərbaycanda birmənalı qarşılanmayıb. Çünki AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun adından bir neçə gün öncə "Oyun böyük ehtimalla Bakıda keçiriləcək" açıqlaması yayılmışdı.

Qərar açıqlandıqdan sonra Nərimanoğlu "lent.az"-a müsahibəsində həm əvvəlki açıqlamasına, həm də TFF-in müraciətinə mənfi cavab vermələrinə aydınlıq gətirib:

- "Qalatasaray" – "Fənərbağça" matçının Bakıda təşkilinə ilkin razılıq verdiyiniz halda, fikrinizi dəyişməyinizə səbəb nə oldu?

- Mən heç vaxt "Oyun böyük ehtimalla Bakıda keçiriləcək" deməmişəm. Adımdan gedən açıqlamalarla tanış deyiləm. Yalnız onu bildirmişəm ki, belə bir təklif aldığımız üçün şadıq və böyük qürur hissi keçiririk, amma müraciətə baxılacaq və iyunun 3-dək müvafiq qərar veriləcək.

- Nəyə görə məhz iyunun 3-dək?

- Çünki TFF müraciətində xahiş etmişdi ki, cavabımızı iyunun 3-dək verək.

- TFF-in təklif etdiyi avqustun 11-dək 2 aydan çox vaxt var. Məgər bu qədər müddət hazırlıq üçün yetərli deyil?

- İyunun 30-dan iyulun 16-dək Bakıda hərbçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. İyulun əvvəllərindən klublarımız Avropa kuboklarında mübarizəyə başlayacaqlar. Azərbaycan millisi isə avqustun 15-də Bakıda Malta ilə yoldaşlıq görüşü keçirəcək. Belə oyunlara hazırlıq üçün xeyli vaxt lazımdır. Üstəlik, bu oyunlarla paralel olaraq, "Qalatasaray" – "Fənərbağça" matçının təşkilati işlərini çatdırmalı idik.

- Amma nəzərə alın ki, sadaladıqlarınızın əksəriyyəti Superkubok matçının keçirilməsi ehtimal olunan Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilməyəcək. Üstəlik, bu yarışların səviyyəsi İstanbul derbisi ilə müqayisə oluna bilməz...

- İstənilən yarışa hazırlıq üçün xeyli vaxt lazım gəlir. Məsələn, hazırda 17 yaşadək yığmalar arasında keçirdiyimiz "Caspian Cup"un hazırlıqlarına ötən ilin noyabrından başlamışıq. 2012-ci il 17 yaşadək qızlar arasında dünya çempionatına 2 ilədək hazırlaşdıq. 2016-cı ildə yeniyetmələr arasında keçirəcəyimiz Avropa çempionatının hazırlıqlarına ötən ildən start vermişik. 2020-ci il Avropa çempionatına hazırlıqla bağlı sərəncam bugünlərdə verildi. "Qalatasaray" – "Fənərbağça" matçının təşkilati işlərinə də 2 ay yox, daha çox vaxt lazımdır. Biz tələm-tələsik iş görə bilmərik.

- Demək, TFF AFFA-ya müraciət edərkən, vaxtın məhdud olduğunu düşünməyib?

- Bu, artıq onlara aid olan məsələdir. Biz onlara qarşı heç bir iradla çıxış edə bilmərik.

- "Neftçi" və "Xəzər Lənkəran" arasında Azərbaycan Kubokunun final matçından sonra baş verənlər, hazırda Türkiyədəki siyasi vəziyyət və ümumiyyətlə, "Qalatasaray" – "Fənərbağça" matçlarının əksərən qalmaqallarla müşayiət olunması qərarınızda nə dərəcədə rol oynadı?

- Əvvəla, AFFA siyasi təşkilat deyil. Digər tərəfdən, biz ümumilikdə təşkilati məsələlər üçün vaxt azlığını nəzərə alaraq, belə bir qərar vermişik.

- Bəs təhlükəsizlik məsələləri?

- Təşkilati işlərə təhlükəsizlik məsələləri də, bilet satışı da, teleyayım da daxildir.

- Növbəti il də belə bir müraciət olsa, razılıq verilə bilər?

- Bu, artıq 2014-cü ilə aid olan məsələdir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2526   Tarix: 04 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660