Qənirə Paşayevaya mükafat verildi (Foto)

Millət vəkili Türkiyənin ən böyük media Radio Evi Dərnəyinin mükafatına layiq görülüb

Türkiyənin ən böyük media dərnəklərindən biri olan Radio Evi Dərnəyinin (RADEV) təşkil etdiyi ənənəvi V RADEV Artı Ödüllərinin sahibləri məlum olub. Millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatına layiq görülüb. Millət vəkili Qənirə Paşayeva bu mükafatı bütün müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyət - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü günlərində və Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında ilk və çox böyük tarixi anlaşmanın da 95-ci ildönümündə qardaş Türkiyədə almasından çox məmnun olduğunu deyib.

Bütün müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqının məhz Azərbaycanda, həm də bir sıra Qərb ölkələrindən də əvvəl verildiyini deyən millət vəkili Qənirə Paşayeva bununla hər zaman qürur duyduğunu deyib və Cümhuriyyət qurucularına Allahdan rəhmət diləyib, onları dünyanın harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının şükranla yad etməli olduğunu bildirib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatını aldıqdan sonra çıxışında bu ödülün "Gözəl ölkəm Azərbaycan, gözəl xalqım və şəhidlərimiz adına alıram" deyib. O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. O, çıxışının sonunda "Ermənistanın işğalı altında olan böyük mədəniyyət mərkəzlərindən biri- qədim Qarabağımızda çoxlu vandalizm aktları törədilib: "Mən arzu edirəm ki, gələn dəfə bu ödül törənini birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz o gözəl torpaqlarımızda, Dağlıq Qarabağda, Xankəndində, Xocalıda, Şuşada və bütün digər o gözəl bölgələrimizdə qeyd edək. Bu işğallar davam etdikcə nə bölgədə, nə dünyada barış ola bilməz. Ona görə də dünyada hər bir kəs bu barışın yaranması üçün səylərini artırmalıdır".

Azərbaycan və Türkiyənin ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi "bir millət iki dövlət" olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyənin daha da güclənməsi Azərbaycanın güclənməsi deməkdir, Azərbaycanın daha da güclənməsi Türkiyənin daha da güclənməsi deməkdir, dövlətlərimizin birliyinin, həmrəyliyinin artması istiqamətində hər birimiz daha da çox çalışmalıyıq.

Millət vəkili Qənirə Paşayevaya mükafatı Türkiyə Böyük Millət Məclisinin Sağlıq Komissiyasının rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünivar təqdim edib. Bütün Azərbaycanı və Türk dünyasını Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə təbrik edən Necdet Ünivar Azərbaycanın milli lideri Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını xatırladaraq Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacağını deyib.

"Bu mükafatı millət vəkili Qənirə Paşayevaya təqdim etməkdən çox məmnunam. Çünki o, Azərbaycan qədər Türkiyənin də millət vəkilidir və hər zaman Azərbaycanın, Türkiyənin və ümumilikdə Türk dünyasının maraqlarının müdafiə olunması, münasibətlərimizin daha da genişlənməsi istiqamətində yorulmadan çalışır. Dəyərli bacımızı təbrik edirik",- deyə Necdət Ünivar bildirib.

Mükafatı alan millət vəkili Qənirə Paşayeva RADEV təşkilatının rəhbərliyinə Azərbaycan həqiqət, mədəniyyətinə dair kitablar, həmmüəllifi olduğu "Azərbaycan həqiqətləri" adlı filmlər toplusunu, "Qaradağlı Soyqırımı şahidlərin dili ilə", "Hocalı Soykırımı" kitablarını və "Ruhum Qarabağlıdır" filmini təqdim edib.

mənbə: anspress.com

Qənirə Paşayevaya mükafat verildi (Foto)Qənirə Paşayevaya mükafat verildi (Foto)Qənirə Paşayevaya mükafat verildi (Foto)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1888   Tarix: 30 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

TOP MP3