Bu gün Çingiz Mustafayevin ölüm günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, məşhur telejurnalist Çingiz Mustafayevin şəhid olmasından 18 il ötür.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
Allah rəhmət eləsin!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 12146 Tarix: 15 iyun 2010
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: Ukrayna alternativ sülh planını təqdim etdi
Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu
15:20 119 WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki
16:40 110 XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
19:10 0 KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır
İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1
13:10 124 Qreta Tunberqə qarşı cinayət işi açılıb
Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını
12:10 130 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 109 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 123 Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy
17:10 96 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14:40 126