Qadın təbli kişilər: hər şey bir xırdalıqdan başlayır

Qadın təbli kişilər: hər şey bir xırdalıqdan başlayırSentimental kişilər stress vəziyyətinə düşdükdə bir qayda olaraq ağlayırlar.Adətən deyingənlik, ağlağanlıq, davakarlıq qadınlara xas olsa da, kişilər arasında da belələri olur. Hesab olunur ki, adətən şəxsi həyatını qura bilməyən qadınlar daha çox deyinir və yerli-yersiz mübahisələr edirlər. Kişilər isə deyinməyi və bu cür hərəkət edən qadınlara qulaq asmağı sevmirlər. Psixoloqlar bildirir ki, onlar özlərinin davakar olduğunu belə etiraf etmək istəmirlər.

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, qadınlar kişilərə nisbətən daha çox emosional olduqları üçün öz əsəblərini cilovlaya bilmir, əsassız yerə əsəbləşir, uzun-uzadı deyinir və dava salırlar. Onlar deyinməyin nə qədər bezdirici olduğunu anlasalar belə, bu vərdişlərindən əl çəkə bilmirlər.

"Deyingənlik, xüsusilə də yaşlandıqca daha çox özünü göstərməyə başlayır. Qadınlar səhər açılandan həyat yoldaşlarının və ya uşaqların hansısa xoşlarına gəlmədiyi, o qədər də önəmli olmayan bir hərəkətinə görə deyinir və bu, onun üçün artıq adi hal alır. Çox vaxt ətrafdakılar onun bu xasiyyətinə zaman keçdikcə öyrəşir və qadın deyinərkən ya ona qulaq asmır, ya da onun yenidən deyinməsinə səbəb olan hərəkət etməkdən ehtiyat edirlər", - deyən həmsöhbətimizə görə, bəzən deyingənlik kişilərdə də özünü göstərir.

Onun fikrincə, bu, uşaqlıqda vaxtının çox hissəsini qadınlarla söhbət edərək keçirən kişilərdə müşahidə olunur. Çox vaxt da qızı olmayan qadınlar oğlanları ilə bölüşür, qohumları haqqında qeybət edir, ona ev işləri buyurur və s. Bunun da nəticəsində oğlan uşaqlarında da qadınların söhbətlərinə, qeybətlərinə, deyinməklərinə həvəs yaranır.

"Elə kişilər də olur ki, həyat yoldaşları ilə söhbət zamanı özündən çıxır, nədənsə küsdüyü üçün ağlamağa, gileylənməyə başlayır. Qadınlar özlərinin bu hərəkətlərini bağışlasalar da, kişilərin bu cür davranmaları onlara dözülməz gəlir. Kişi isə sakitləşəndən sonra bu hərəkətinə görə peşmançılıq çəksə də, növbəti dəfə bunun təkrarlanacağından sığortalana bilmir. Bu səbəbdən də konfliktdən sonra özünü heç nə baş verməmiş kimi aparır. Əgər kişinin bu hərəkətinə həyat yoldaşı susursa, o, özünün düzgün olduğunu zənn edir və bir müddətdən sonra bu davranışını yenidən bir-iki dəfə də təkrarlayır".

Psixoloq bu səbəbdən konfliktdən sonra belə adama sakit tərzdə onun düzgün hərəkət etmədiyini başa salınmasını məsləhət görür. Dediyinə görə, əgər bu da kömək etmirsə və kişinin özündən çıxması, emosialarını cilovlaya bilməyib ağlaması, qışqırması hər dəfə konflikli situasiyada baş verirsə, onun nələrdən qıcıqlandığını öyrənmək və buna yol verməmək lazımdır.

E.Bağırova qeyd edib ki, çox vaxt kişi həyat yoldaşına qarşı bu cür davranır. "Belə ki, müdiriyyətin, iş yoldaşlarının və ya başqa insanların qarşısında cəsarəti olmadığından, eləcə də utandığından bu cür hərəkətlərə yol vermir. Öz emosiyalarını sıxır. Nəticədə bütün neqativ hisslər və enerji yığılaraq çıxış yolu axtarır. Bu səbəbdən də o, hər bir xırda, əhəmiyyətsiz şeyə görə həyat yoldaşı ilə mübahisə edir və özünü isteriya vəziyyətinə salır. O bilir ki, necə də əsəbləşsə, həyat yoldaşı onu bağışlayacaq, müdir isə onu bu hərəkətinə görə işdən çıxaracaq, iş yoldaşları üz döndərəcək və s." - deyən Bağırova hesab edir ki, kişinin bu vəziyyətə düşməsi həyat yoldaşının fikirləri ilə razılaşmaması da ola bilər.

Çox vaxt bir-birini başa düşməyən, düşdüyü şəraitlə barışa bilməyən, problemlər üzündən pis əhvalda olan cütlüklərdə də yaranmış vəziyyətə görə kişilər daha çox stress keçirər və özlərindən asılı olmadan bu cür hərəkət edərlər. Bu zaman onları sakitləşdirmək çox çətin olur. Özündən çıxan, qışğırmağa, hətta ağlamağa başlayan kişilərin bu zaman üzü qızarır, boyundakı damarlar qabarıq görünür, nəfəsi kəsilir. Bu hal nəinki insanın özünə, ətrafdakılara da çox pis təsir edir. Bu vaxt isteriya keçirən şəxsdə epilepsiya tutması, infarkt da baş verə bilər.

Sentimental kişilər bu cür vəziyyətə düşdükdə bir qayda olaraq sonda ağlayırlar. Belə kişilərdə bəzi hallarda qadınlara xas olan hərəkət tərzləri də müşahidə olunur. Lakin bu o demək deyil ki, hər ağlayan kişi zəif və qadın kimi olur. Əgər bu, nadir hallarda baş verirsə, kişinin həqiqətən də pis vəziyyətə düşdüyünü göstərir. Yox, əgər tez-tez baş verirsə, buna hədsiz emosionallıq səbəb ola bilər.

"Anası tərəfindən nazı çox çəkilən oğlan uşaqlarında da bu böyüdükdə özünü göstərə bilər. Bununla yanaşı, kişilərin davakarlığına uşaqlıqda valideynlərinin mübahisələrinin şahidi olması da gətirib çıxarır. Əgər o, atasından da bu cür davranışı görürsə, bu onun üçün adi haldır".

Psixoloq qeyd edib ki, hökmlü kişilərdə də əsassız mübahisələrə, deyingənliyə meyl müşahidə olunur. Çox vaxt belə adamlar özlərindən çıxanda hətta həyat yoldaşına əl qaldırırlar. Bu zaman əgər qadın cavab verməyə, özünü müdafiə etməyə çalışmasa, etirazını bildirməsə, dəfələrlə ailə zorakalığına məruz qalacaq.

"Bunun qarşısını almaq üçün mütləq kişini cəzalandırmaq, ayrılacağı ilə hədələmək və ya bir müddət dindirməmək məsləhətdir. Əks halda qadına əl qaldırmaq vərdiş halını alacaq".

Müsahibimin dediyinə görə, klassik davakarlar isə səbəbsiz qısqanclığa meyli olanlardır. Şübhə ilə yanaşmaq, inamsızlıq kimi hisslər davaların yaranmasına səbəb olur. Çox vaxt belə kişilər həyat yoldaşlarını çox qısqanır. Onları izləyir, telefon danışıqlarına qulaq asır və heç cür onlara etibar edə bilmirlər.

mənbə: veteninfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2088   Tarix: 31 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942