"Bir azan verəcəm ki..." - Alim Qasımov

"Bir azan verəcəm ki..." - Alim QasımovElə sənətkarlar var ki, onlarla ünsiyyətdə olmaq belə, özünü tarixin yaddaşına yazdırmaq kimi bir şeydir.

Söhbət o sənətkarlardan gedir ki, özləri tarix yazırlar ifaları, sənətləri ilə. Yəqin ki, bu fikirləri Alim Qasımova da şamil etsək, heç bir mübaliğəyə yer vermiş olmarıq. Beləliklə Modern.az-ın suallarını ustad sənətkar, xalq artisti Alim Qasımov cavablandırır.

- Ansamblımızı bir az böyütmüşük. İnşallah proqram qura bilsək, yaxşı bir konsert verəcəyik. Konsertin Heydər Əliyev Sarayında olacağı məlumdur. Amma vaxt təyin olunmayıb.

- Təxmini vaxt müəyyən olunub?

- Konsertin hazırlıqları doxsan faiz olandan sonra müəyyənləşdirəcəyik. Ola bilər ki, payızdan da tez olsun. Ondan sonra Polşaya səfərimiz olacaq. Oranın bir qrupu var. Adı çətin olduğuna görə yadımda deyil. Həmin qrupla çıxışımız olacaq. Polşaya dörd nəfər yola düşəcəyik-mən , Fərqanə və tar, kamança ifaçıları.

- Xarici ölkələrdə tez-tez konsertləriniz olur. Amma yerli publika üçün az-az səhnəyə çıxırsınız. Niyə?

- Bu publikanın qarşısına çıxmaq üçün bir az yaxşı proqramlar lazımdır. Xaricdə istənilən proqramla rahat çıxış etmək olur. Burda isə vəziyyət bir qədər fərqlidir. Daimi dinləyicilərimiz olduğuna görə onların qarşısına daha maraqlı çıxmaq istəyirik.

- Bir müddət öncə dini layihəniz var idi-azan oxumuşdunuz. Bu formada başqa layihəniz var?

- Proqramımızın içində bir dənəsi olmalıdır. Baş tutsa, onu oxuyacağıq. Allah qoysa studiyada bir azan verəcəm ki, daha peşəkar olsun. Hələ peşəkar azan verməmişəm.

- Öncə oxuduğunuz peşəkar deyildi?

- O az idi, tam şəkildə oxumamışdım. Studiyada tam şəkildə azan verməmişəm.

- "Eurovision"a baxdınız?

- Bəli.

- Necə təəssürat bağışladı?

- Çox yaxşı, çox gözəl. Bəyəniləsi şeydir. Allaha şükür ki, yer də tutduq. Mənim üçün Fərid birinci yeri tutdu.

- Yəni Fərid Məmmədov birinci yeri tutan iştirakçıdan güclü idi?

- Güclülüyünə görə demirəm. Bizim sayımıza görə Fəridi birinci sayıram.

- Tələbələrinizlə bağlı vəziyyət necədir?

- Milli Konservatoriyada, Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm. Mən özüm də öyrənirəm, tələbələrim də. Orda öyrənməkdən əlavə müsbət mənəvi hal yaranıb. Ordakı mənəvi mühitdən qidalanıram. Uşaqlar da gəlib "zaryadka" götürüb gedirlər.

- Bəzən sənətkarlar həyəcan təbili çalırlar ki, davamçılar yetişmir.

- Davamçılar yüz olmur, iyirmi olmur, on olmur. Davamçı bir-iki nəfər olanda olur, olmayanda da neçə illərdən sonra gəlir. Bu elə bir sənətdir ki, kütləvilik azdır.

- Sizcə düşündüyünüz səviyyədə davamçılar var?

- Hələ işıqlı bir davamçı görmürəm. Amma elə bil ki ümumi bir bazar görürəm. Bazar da az iş deyil. İndi siz deyən dəstgah oxuyanlar yetişmir.

- Fikrinizcə muğamda səs imkanları daha vacibdir, yoxsa texnika?

- Burda səs də lazımdır, duyum da, qulaq da. Muğam ifaçısı üçün həm bəm, həm zil, həm də orta səs mütləqdir. Biri olub, biri olmayanda iş yarımçıq olur. Dediyim kimi səs yüz ildən bir gəlir.

- Tarixə nəzər salanda zil səsi olmayan sənətkarları görürük ...

- Onlara pəstxan deyirlər. Belə sənətkarlar çalışmaqla, mütaliə ilə nəsə edir, zillərə getmək çox vacib olmur. Bunun üçün böyük ustalıq lazımdır.

- Məsələn, Hacıbaba Hüseynov.

- Hacıbaba Hüseynov, Zülfü Adıgözəlov kimi sənətkarlar lazımdır ki, zil pərdəyə gələnə qədər çox işlər görsün, ehtiyac olmasın. Yəni dinləyicinin tələbatını ödəyə bilsin.

- Estrada ifaçılarını dinləyirsinizmi?

- Onlara sən deyən qulaq asmıram. Maşında, yolda təsadüfən qulaq asıram. Estradanın həvəskarı deyiləm.

- Xoş təsir bağışlayır sizə?

- Belə də... O qədər də zövq aldığımı deyə bilmərəm. Folklor musiqimizə, əhval- ruhiyyəli musiqilərə qulaq asıram.

- Bu yaya xeyli planlarınız var. Yəqin ki istirahət planlarınız təxirə düşəcək.

- Dostlardan kimsə sanatoriyaya dincəlməyə aparsa, məmnuniyyətlə gedəcəyəm. Təkan olmasa, yəqin ki, buralarda fırlanacam özüm üçün.

- Söhbət maddi təkandan gedir?

- Yooox. Allaha şükür, narazı deyiləm. Sadəcə məni istirahətə aparmaq üçün bir səbəbkar lazımdır.

- Yəni bəhanə.

- Hə, bir nəfər lazımdır desin ki, "gedək". Mən də deyim ki, "getdik e".
- Deyəsən istirahətə o qədər də çox vaxt ayırmırsınız.

- İşimiz fəhləlik deyil, mənəvi zövqdür. Ona görə iş olanda da dincəlirik. İşləməyimi dincəlmək kimi sayıram.

- Şamaxıya gedirsiniz?

- Tez-tez.

- Sonuncu dəfə nə vaxt olmusunuz?

- Bu yaxınlarda. İndi oranın yaxşı vaxtıdır. Heydər Əliyevin 90 illiyi ilə əlaqədar İsmayıllıda möhtəşəm konsert verdik. Həmin vaxt da getmişdim. İndi konsertin diski hazırlanır. O diski çoxaldıb həm dükanlara paylamaq, həm də hədiyyə vermək istəyirəm.

- Toylara gedirsiniz?

- Dostlar, tanışlar, ürəyi istəyən olanda gedirik 15-20 dəqiqə, yarım saat iştirak edirik. Bu ağır sənət olduğuna görə, müştərisi də ayda-ildə bir dəfə çıxır.

- Yəni bahalı?

- Həm bahalı, həm də çətin janrdı. Ancaq sevən adam deyir ki, "Alim Qasımov olsun mənim toyumda". Görürəm ki, ürəklə istəyir, gedib təbrik edib qayıdırıq.

- Qonorarı özünüz danışırsınız?

- O baxır istəyənə. Konkret qiymət demirik. Min bərəkət qardaş.

- Nə vaxtsa tələbəblərinizlə konsert verməyi düşünürsünüz?

- İnşallah belə bir fikrim var. Plan doldurmaq üçün hər gün konsert verə bilərəm. Amma yaradıcılıq baxımından yeni fikir, yeni ideya olmasını istəyirəm. Fərqanə ilə çox əziyyət çəkirik. Dəstgahı iki nəfər oxuyuruq. Bunun özü zülmlü bir şeydir. Dəstgahı bir şöbə o, bir şöbə mən oxumuruq. Bir şöbədə ikimiz də oxuyuruq. Bunun özü böyük əziyyət tələb edir.

- Nə mütaliə edirsiniz ?

- Xoşuma gələn qəzəlləri mütaliə edirəm, kitab oxuyan deyiləm.

- İndi kimin qəzəllərini oxuyursunuz?

- Bu yaxınlarda Hacı Ələmdar Mahirin bir qəzəlini öyrənmişəm - Bəxtim belə qarə, nə günah eylədim oldu? (ikinci beyti unudur-İ.V) Belə bir qəzəldir, öyrənmişəm.

- Deyəsən yaddaşınız zəifdir.

- Mənim yaddaşım anadangəlmə zəifdir. Qəzəlləri çətin öyrənirəm. Axır vaxtlar Füzulinin də bir qəzəlini öyrənmişəm.

- Səhnədə olurmu ki, qəzəl yadınızdan çıxsın?

- O qədər olur ki, elə çıxır da.

- Vəziyyətdən necə çıxırsınız?

- Orda bir eşq var. Bağlanıram Allahın pənahına. Bu beyt də olmasa, o biri beyt gəlib düşür yadıma.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1746   Tarix: 30 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882