Xalq artisti Şahnaz Haşımova: Bəzi tələbələrimiz müəllimlərin əməyini unudurlar

Xalq artisti Şahnaz Haşımova: Bəzi tələbələrimiz müəllimlərin əməyini unudurlarRubrikamızın ilk qonağı tanınmış müğənni, xalq artisti, prezidetn təqaüdçüsü Şahnaz Haşımovadır.

- Şahnaz xanım necəsiniz, nə işlə məşğulsunuz?

- Yaxşıyam, təşəkkür edirəm. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dahi Nizaminin yubileyi ilə alaqədar tapşırıqlar verilmişdi. Həmin tapşırıqların icrası ilə məşğul idik. Həmin tədbir çox yüksək səviyyədə keçdi. Həmçinin ulu öndər Heydər Əliyevin yubiley tədbirlərini yüksək səviyyədə keçirdik.

- Öz yaradıcılığınızda nə yeniliklər var?

- Bəs bu da mənim yaradıcılığımdır da. Yeni mahnılar yazdırmışam. Həmin tədbirlərdə rəhbərlik elədiyim musiqi kolektivləri də yeni ifalar nümayiş etdirdilər. Həmçinin Gəncə Dövlət Fiilarmoniyasının kollektivləri, gənc ifaçılar - Tural Abdullayev, Kəmalə Tağızadə, Sevinc İbrahimova, Alim Rzayev, İlham Qasımov Lənkəran, Göygöl, Yevlax, Samux rayonlarında çıxışlar elədilər.

- Yenə də Gəncədə Filarmoniyanın direktorusunuz?

- Bəli.

- Son dəfə Bakıya nə vaxt gəlmisiniz?

- İnanın ki, bir an belə vaxtımız yoxdur. Mayın 28-dən 30-na qədər Məhsəti Gəncəvinin doğum günü ilə əlaqədar tədbirlər keçiriləcək. İnşallah bu tədbirlər də bitəndən sonra gəlirəm Bakıya.

- Çəkilişlərdə iştirak edəcəksiniz?

- Bakıya yaradıcılıq hesabatı verməyə, çəkilişlərdə iştirak eləməyə gəlirəm.

- Yəni Mədəniyyət və Turizm Nazirliyinə?

- Nazirliyə onsuz da hər ay, hər rüb hesabat veririk. Amma bu dəfə tamaşaçılarıma yaradıcılıq hesabatı verəcəm. Respublikanın əməkdar artisti, oğlum Tural Abdullayevlə bir neçə telekanalda çıxışlarımız olacaq.

- Bu qədər işlər görümüsünz. Amma hələ ki ifanızda yeni mahnı eşitməmişik.

- Hamısını yazmışam. İnşallah bu dəfə Bakıya gələndə yeni nəğmələrimi təqdim edəcəm. Hətta bu müddət ərzində diskim də işıq üzü görüb.

- Tələbələriniz var?

- Bəli, yetirmələrim var. Elə bu yaxınlarda onlardan biri Xəyal Qasımov "Şərq ulduzları" yarışmasında uğurla çıxış etdi. Xəyal "Tanıdım səni" yarışmasında da finala qədər yüksəlmişdi.

- Bacınız Aybəniz Haşımovanın tələbəsi Fərid Məmmədov Azərbaycana "Eurovision" mahnı yarışmasında ikincilik qazandırdı. Çıxışından razı qaldınız?

- Əlbəttə çox razı qaldım, gözəl ifa edir. Fərid balaca uşaq idi. Onu anası Aybəniz xanımın yanına gətirmişdi. Bacım da qızdırmalı idi. Amma Fəridi geri qaytarmadı, qoydu qarşısına dərs keçdi. Nəinki Fəridin, "Bülbüllər"in üzərində Aybənizin böyük zəhhməti var. Həmin uşaqlara ana kimi yanaşırdı. Hətta uşaqları və analarını öz hesabına Nabrana istirahətə aparırdı. Bəlkə də valideynlərindən də artıq qayğı göstərib o uşaqlara. Həmin uşaqlara coraba qədər alıb. Dünyaya çıxarıb, xarici ölkələrə aparıb. Xüsusən də Fəridi. Fəridi dəfələrlə Gəncəyə bizim evə gətirib. Onların başlarına dolanmışıq, xidmət eləmişik. İstəyirəm ki müəlliminə layiq olsun, onun əməyini itirməsin. Bəzən tələbələr böyüyündə, tanınanda, onlara zəhmət çəkən valideynlərin, müəllimlərin əməyini unudurlar. Arzu edirəm ki, etibarlı övlad olsun. Allah Fəridə kömək olsun. Şəxsən mən elə bildim ki, öz tələbəm uğur qazanıb. Çünki bacımın tələbələrini çox istəyirəm, həmin əziyyətləri görmüşəm. Aybəniz həyatının o uşaqların, xüsusən də Fəridin inkişafına həsr edib.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Muğam" layihəsinin bütün iştirakçılarını bəyəndim.

- Bəs estradada?

- Onların adı yadımda qalmır. Amma yaxşısı olanda bəyənirəm. Klassik sənətkarlardan isə Rəşid Behbudov, Mirzə Babayev, Akif İslamzadə, Hüseynağa Hadıyevi dinləyirəm.

- Məsələn, Röyanı dinləyirsiniz?

- Röyanı çox bəyənirəm. O mənim ata evimdə qonşumuz Tovuz xalanın nəvəsidir. Çox gözəl, məxməri səsi var.

- Röyanın ifasını daha çox bəyənirsiniz, yoxsa Aygün Kazımovanın?

- Hələ ki Ali Məhkəmədə işləmirəm. Mən sənətkaram (gülür).

- Mən də sənətkar kimi fikrinizi soruşuram.

- Heç kimi mühakimə eləmək istəmirəm.

- Belə başa düşdüm ki, Röyanı dinləyirsiniz.

- İkisini də çox istəyirəm və estradamızda öz yerləri var.

- Sənət adamları şəxsi həyatlarını niyə mətbuata gətirirlər?

- Baxmıram axı, xəbərim yoxdur. Ancaq özümə lazım olan verilişlərə baxıram..

- Bu yay istirahət edəcəksiniz?

- Onsuz da istirahət edəndə də işləyirəm. Ya musiqi üzərində işləyirəm, ya bir şeir yazıram..

- Bədii yaradıcılıqla da məşğulsunuz?

- Bəli.

- Hazırda Gəncədə üç xalq artisti var - Siz, Ələddin Abbasov və Pərvanə Qurbanova. Onlardan biri Ələddin Abbasovun səhhəti yaxşı deyil. Son dəfə nə vaxt baş çəkmisiniz ona?

- O bizim qohumumuzdur-gəlinimin babasıdır. Təxminən iki ay əvvəl ona baş çəkmişəm.Yaşı ilə əlaqədar səhhəti yaxşı deyil. Tez-tez də gedib narahat eləmək istəmirəm.

- Sənətin, sənətkarlığın əvvəlki ləzzəti qalıb?

- Əksinə incəsənətimizdə də, ölkəmizdə də çox böyük inkişaf var. Muğamımız ölüb getmişdi. İndi görün muğamımız dünyaya meydan oxuyur. Nəinki muğamımmız, dövlətimiz etibarlı əllərdədir. Çünki cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrə diqqət və qayğı var. İndi Gəncədə olsanız deyərsiniz ki, görən dünyanın hansı böyük şəhəridir. Bütün xalqımı, məni sevənləri, sevməyənləri çox sevirəm. Ölkəmizin inkiişafında əllərindən gələni əsirgəməsinlər. Dövlətimizin dövlətçiliyimizin yanında olsunlar.

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6500   Tarix: 25 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1065
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1244
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

16:49 320
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 747
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1046
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 857
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2161
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1714
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 412