"Mənə görə atamın başını ağrıtdılar" (Video)

"Mənə görə atamın başını ağrıtdılar" (Video)Lalə Məmmədovanın uşaqlıq dünyasına baş vuranda rəngarəng bir dünyanın sehrinə düşəcəyimi düşünürdüm. Nədənsə mənə elə gəlirdi ki, Lalənin uşaqlıq illəri olduqca maraqlı, sevincli və xoşbəxt keçib. Amma düşündüyümün tam əksi oldu. Sən demə, Lalə Məmmədovanın məktəb illəri o qədər də ürək açan olmayıb. Məlum hadisələr, Qarabağın işğalı, şəhid olan məktəb məzunları-bütün bunlar Lalənin uşaqlıq dünyasını alt-üst edibmiş. Hətta o dövrdə oxuduğu və hitə çevrilən məktəb illəri mahnısı da elə bu yanğıdan yaranıbmış.

Məhəllə uşaqları qarşısında verilən ilk konsert

"1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Xalamın istəyi ilə adımı Lalə qoyublar. Ailədə məni digər 4 uşaqdan fərqləndirən cəhət erkən yaşlarımdan oxumağa meyl göstərməyim olub. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında vermişəm. Buna qarşıda məni gözləyən böyük yolun başlanğıcı da demək olar".

Musiqili məktəb illəri

"1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoymuşam. 8 yaşım olanda Bülbül adına musiqi məktəbi daxil oldum. Xalq artisti Şövkət Ələkbərova mənim yumşaq səsə malik olduğumu dedi və məni öz sinfində görmək istədi. Beləcə muğam sinfinə daxil odum. Müəllimin xəstəliyi üzündən daha sonra təhsilimi Xalq artisti İslam Rzayevin sinfində davam etdirdim. Təəssüf ki, musiqili məktəb illəri çox tez bitdi".

Uşaqlıq xobbisi

"Orta məktəbdə oxuyanda ağıllı və fəal şagird olmağımla başqalarından seçilmişəm. Lap erkən siniflərdə oxuyanda müxtəlif sahələrə-astronomiya və arxeologiyaya maraq göstərmişəm. Tarix fənnini həddən artıq sevdiyim üçün tarixi araşdırmalar mənə çox maraqlı gəlirdi. Uşaqlıqda kitab oxumağı xüsusilə çox sevirdim. Ən çox sevdiyim kitablar bunlar idi; "Bilməzin macəraları","Uzuncorab Peppi". Dunya xalqlarının nağıllarını dəfələrlə oxumağıma baxmayaraq yenə də oxuyurdum. İndi də o kitabları öz qızıma oxuyuram".

"Valideynlərimin arzusu arzularımı üstələdi"

"Hər ikisinə Allah can sağlığı versin versin, valideynlərim müəllim idilər. O zamanlar bizim təhsilimiz və tərbiyəmiz valideynlərimiz üçün çox böyük əhəmiyyət daşıyırdı. Elə ali məktəbə də onların seçimi ilə daxil oldum. Valideynlərimin təkidi ilə sənədlərimi Xarici Dillər Universitetinə verdim və qəbul olundum. Amma heç də peşman deyiləm".

Acı xatirələr

"Uşaqlığımın yalnız bir hissəsi -1988-ci ilədək- yaddaşımda xoş xatirələr buraxıb. Təəssüf ki, sonradan elan olunmamış müharibə başladı, bununla da rahatlığımıza son qoyuldu. Oxuduğum Nizami rayonu 272 nömrəli məktəbin məzunlarından bir neçəsi Qarabağda gedən döyüşlərdə şəhid oldu. Sonradan o şəhid oğullardan biri olan Etibar Cəlilovun adı məktəbimizə qoyuldu. Daha sonra martın 19-u metroda terror aktları zamanı məktəbimizin bir şagirdi həlak oldu".

Pioner qalstukunu tonqalda yandıran qızcığaz

"Orta məktəbi cəbhədən gələn xəbərləri izləməklə, şəhidlər Xiyabanını hər həftə ziyarət etməklə və Vətən uğrunda canından keçənlərin qanını yerdə qoymayacağımıza and içməklə bitirdik. İçimizdə təəssüf hissi vardı. Vaxtından tez ayıldıq bəlkə də. Əlimizdən tutub indiki uşaqlar kimi bizi bulvara, digər əyləncə məkanlarına aparan olmadı. Daha doğrusu buna şərait olmadı. Çünki insanların üzü gülmürdü. Sinfimizdə ilk pioner qalstukunu boynundan çıxarıb tonqalda yandıranlardan biri mən olmuşam. Buna görə başımı çox ağrıtdılar o zaman".

İçimi göynədən yanğı

"Yadımdadır ki, valideynlərimizi məktəbə çağırıb danlayırdılar, amma atam çox qürurlu adam idi. Nə yaxşı ki, sözünü onlara şax deyib mənim tərəfimdə oldu.

Bəlkə də "Məktəb illəri" mahnısını oxuyan o qızcığazın səsində olan o yanğıdan çoxlarının xəbəri olmadı. Əslində məktəb illərində itirdiyimiz o şəhidlərlə birgə həm də uşaqlıq illərimizi itirmişdik. İçimi göynədən, səsimi nisgilli edən də bu idi. Amma bu yanğını məndən başqa heç kim bilmədi".

"Bacım mənə görə əlcəklərini satdı"

"Sənət dünyasına baş vurarkən çətinliklərlə də çox qarşılaşdım. Hər kəs bilir ki, müəllim ailəsində anadan olmuşam və müəllimlərin məvacibləri də bəllidir. Musiqilər yazdırmaq, aranjeman etdirmək çoxlu pul tələb edirdi. Buna da mənim imkanım yox idi. Sağ olsun bacımı. Həmin vaxtlarda mənə böyük bir yaxşılıq etdi. Bir mahnımın aranjemanı üçün mənə pul lazım idi, amma o pul bizdə yox idi. Bacımın onda gözəl, bahalı əlcəkləri vardı. O məndən xəbərsiz həmin əlcəkləri aparıb satdı və pulu gətirib mənə verdi ki, mahnını aranjeman etdir. O anda gözlərim yaşardı, bacıma olan sonsuz minnətdarlığımı həyatım boyu unuda bilmərəm. Həmin vaxt bu addım mənim üçün çox önəmli idi və bunu da bacım atdı".

"Mənim üstümdən xətt çəkdilər"

"İlk vaxtlar sənət yollarında qarşımı kəsmək, yolumu bağlamaq istəyənlər də oldu. Yadımdadır ki, o illərdə Tofiq Quliyevin yaradıcılıq gecəsi keçirilirdi və mən də o tədbirdə iştirak etməli idim. Çox böyük həvəslə mərasimə hazırlaşırdım, hətta xüsusi geyim də tikdirmişdim. Lakin yaradıcılıq gecəsi başlandı və məni səhnəyə dəvət etmədilər.Çox pərt bir vəziyyətdə evə qayıtdım. Sonradan mənə dedilər ki, konsertin təşkilatçısı mənim adımın üstündən xətt çəkib. Səbəb də bu olub ki, Lalə Məmmədova tanınmayan müğənnidir, onun məşhur sənətçilərlə bir səhnəni paylaşması düzgün deyil. O adamı mən indi də tanıyıram, amma adını çəkmək istəmirəm".

"İlk sevgim"

"İlk sevgim nəğmələrim oldu. Nə yaxşı ki, bunu bacara bildim. Çünki sevməyi hər kəs bacarmır. Sevmək bütövlükdə özünü təslim etmək deməkdir. Qarşılığını gözləmədən sevmək ən fədakar sevgidir. Amma düzünü deyim ki, mən bu sevginin qarşılığını gözləyirdim. Özümə söz verdim ki, əgər gördüyüm işlərin müqabilində tamaşaçıların sevgisini qazana bilməsəydim, çəkilib kənarda duracağam. Məncə qalanını söyləməyə heç ehtiyac da yoxdur, çünki hər şeydən hamınız xəbərdarsınız".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3483   Tarix: 21 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 929
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1457
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3294
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 402
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1274
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 452
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1426
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1033
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 699