Siz Hələ Həyatınızı Sığorta Etdirməmisiniz?

Siz Hələ Həyatınızı Sığorta Etdirməmisiniz?

Siz Hələ Həyatınızı Sığorta Etdirməmisiniz?

Başlıqdakı sualla xarici ölkələrdə sığorta şirkətləri əhaliyə tez-tez müraciət edir və sığorta olunmayanları dərhal öz həyatlarını sığorta etməyə çağırırlar.

"Həyatını sığorta et! Rahat yaşa!" şüarı artıq inkişaf etmiş ölkələrdə insanların şüuruna daxil olub. Əcnəbi vətəndaşlar sığortaya insan həyatının ayrılmaz hissəsi kimi baxır və sığortasız yaşayanlara təəccüb edirlər.

Bəs görəsən bizdə sığortaya münasibət necədir? Cəmiyyətimizdə sığorta mədəniyyəti necə formalaşıb? Azərbaycan müstəqillik əldə etdikdən sonra sığorta sahəsində əhəmiyyətli islahatlar aparılmış, müasir sığorta formasının təşkili və həyata keçirilməsi istiqamətində müəyyən nailiyyətlər əldə edilmişdir. Lakin, bütövlükdə demək olmaz ki, bu sahədə hər şey beynəlxalq standartlar səviyyəsindədir. İlk əvvəl qeyd edək ki, sığorta sistemi, sadə dildə desək əhalinin sosial müdafiəsi üçün nəzərdə tutulub və onun əsas məqsədi müəyyən səbəblərdən (qanunla nəzərdə tutulmuş hallarda) sığorta olunanlara dəymiş maddi ziyanın kompensasiya edilməsidir. Ölkəmizdə sığorta iki formada – icbari və könüllü əsasda həyata keçirilir. İcbari sığorta adından göründüyü kimi elə məcburi də aparılır və o, əsasən riskli işlərdə çalışanlara, dövlət orqanlarında işləyənlərə, müqavilə əsasında əmək fəaliyyəti ilə məşğul olan şəxslərə və s. şamil edilir. İcbari sığorta qaydaları Qanunla müəyyən edilir və onlara əməl olunmayanda müvafiq cəzalar və ya cərimələr tətbiq olunur. Burada bir incə məqam var ki, bəzi sığortaçılar icbarilikdən istifadə edərək məcburi sığortanın vacibliyi və əhəmiyyəti barədə ictimaiyyəti maarifləndirməyə və ya reklam işlərinə əlavə xərclər çəkməyə ehtiyac görmürlər. Yəni, vətəndaş onsuz da məcburən sığorta müqaviləsi bağlayacaq. Əslində isə icbari sığorta barədə cəmiyyətdə bilgilərin az olması, əksər adamları sığortaya pul yığmaq aksiyası kimi baxmağa vadar edir. Çox az adam tapılar ki, məcburi sığortanın mahiyyətini düzgün başa düşsün və lazım olanda bu xidmətdən istifadə edə bilsin. Dəfələrlə olub ki, icbari sığorta müqaviləsi bağlayan şəxsin başına müqavilədə nəzərdə tutulan hadisələrdən biri gəlir, həmin şəxs isə öz sığorta hüququnu yaxşı bilmədiyi üçün ondan istifadə etməyi ağlına gətirmir və ya bundan fayda görməyəcəyini düşünür. Vəziyyətin belə olması güman etməyə əsas verir ki, bəzi sığorta şirkətlərinin özləri də icbari sığortadan hansı hallarda və necə istifadə etməyi əhaliyə başa salmaqda maraqlı deyillər. Bundan əlavə sığorta barədə əhalinin az məlumatlı olması nəticəsində bəzən müxtəlif firmalarda, tikinti şirkətlərində işə düzələn vətəndaşlar sığorta müqaviləsi bağlamadan fəaliyyət göstərirlər. Bir ağsaqqalın sözü olmasın, bizdə camaatı ancaq iş maraqlandırır, hamı işin axırını fikirləşir, öz axırını fikirləşən yoxdur. Öz axırını düşünməyən adam isə əlbəttə ki, sığorta olunmağa həvəs göstərməyəcək.

Siz Hələ Həyatınızı Sığorta Etdirməmisiniz?

Sığorta könüllü olsa, nə baş verər?

Könüllü sığortaya gəldikdə isə, belə sığorta sivil qaydalara uyğun vətəndaşların öz xoşu ilə həyata keçirilməlidir. Bəzi ekspertlərin fikrincə, insanlar sığorta üçün o vaxt könüllü müraciət edər ki, onlar başlarına nə isə pis bir iş gələcəyinə yüz faiz əmin olsunlar. İnsanın özünün və ya mülkünün taleyini sabah nə gözləyəcəyini isə heç kim deyə bilməz. Gözlənilmədən bir anın içində elə hadisələr olur ki, necə deyərlər adam yatsa yuxusuna da girməz. Diqqətlə fikir versək görərik ki, hər gün KİV-də verilən xəbərlərin xeyli hissəsini bədbəxt hadisələr, yol qəzaları, yanğınlar, təbii fəlakətlər barədə məlumatlar təşkil edir. Görürsən ki, maşının üstünə ağac aşıb, filan yerdə qaz sızmasından ev yanıb, birinin maşını digərinin maşınını və ya piyadanı vurub əzib. Belə bəlaların olmayacağına kim təminat verə bilər? Əlbəttə ki, heç kim. Ancaq sığorta müəyyən mənada belə hadisələrin vurduğu maddi ziyanları kompensasiya edə bilər. Məlumdur ki, bəzən gözlənilməz fəlakətdən insan sağ çıxsa da, səhhətində ciddi problemlər yaranır, üstəlik mülkü, varı-dövləti məhv olur və ona küllü miqdarda maddi zərər dəyir. Bu zaman insan daha da sarsılır, onun sabaha ümidi və yaşamaq həvəsi demək olar ki, tamamilə məhv olur. Məhz bu məqamda zərərçəkənin dadına sığorta çata bilər. Yəni, vaxtında özünü və malını sığorta etmiş şəxs məruz qaldığı ziyana müvafiq kompensasiya alaraq yenidən əvvəlki vəziyyətini bərpa etməklə özündə toxtaqlıq tapa bilər. Bu gerçəkliyin ictimaiyyət tərəfindən düzgün dərk edilməsi üçün cəmiyyətdə əsl sığorta mədəniyyəti formalaşdırılmalıdır. Sığorta mədəniyyəti isə sığortaçıların fəaliyyətindən birbaşa asılıdır. Əhalinin onlara inamı sığorta mədəniyyətinin səviyyəsini göstərir. Ona görə də sığortaçılar cəmiyyətdə etibarlı ad və inam qazanmaq üçün effektiv maarifləndirmə işləri aparmalı, həm də öz fəaliyyətlərində şəffaflığı təmin etməklə, öhdəliklərinə düşən vəzifələri operativ və əngəl yaratmadan yerinə yetirməlidirlər. Lakin, müşahidələr göstərir ki, sığorta məbləğini, yəni kompensasiya almaq məsələsi gələndə bəzi sığorta şirkətləri ortaya müxtəlif bəhanələr qoyurlar. Ya kontraktda belə hal nəzərə alınmayıb, ya hadisə müqavilədə göstərilənlərə uyğun gəlmir və s. Sığorta ilə bağlı internet forumlarının birində vətəndaş yazır ki, onun avtomobilini 10000 manat qiymətində qeydə alıb maşının 85% dəyərində, yəni 8500 manat sığorta məbləği müəyyən ediblər. Bir müddətdən sonra həmin maşın yol qəzası nəticəsində tamamilə yarasız hala düşüb. Kompensasiya almağa gələndə isə ona deyiblər ki, sənin avtomobilinin ili köhnə olduğu üçün onun dəyəri aşağıdır və biz yalnız 2500 manat verə bilərik. İndi zərərçəkmiş şəxs bilmir ki, nə etsin? Ona internet forumda məsləhət görürlər ki, sığortaçını məhkəməyə versin. Bu növ hadisələr, demək olar ki, vətəndaşların ən çox rastlaşdığı sığorta problemləridir. Bunun da əsas səbəbi sığorta kontraktlarının düzgün hazırlanmaması, sığorta olunanlara şərtlərin ətraflı başa salınmaması, həm də vətəndaşların səhlənkarlıq edərək müqaviləni diqqətlə oxumaması ilə bağlı olur. Sığorta müqavilələrində bəzi məqamlar var ki, onlara xüsusi diqqət yetirilməlidir. Məsələn, sığortanın real dəyərindən çox aşağı qiymətlə aparılması, cüzi sığorta haqqı ilə böyük sığorta məbləğinin təyin edilməsi, sığortaçının hədsiz dərəcədə cəlbedici öhdəliklər götürməsi şübhə yarada bilər. Xaricdə böyük məbləğdə olan sığortaları çox zaman etibarlı olması üçün vəkillərin iştirakı ilə bağlayırlar.

Könüllü sığorta ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, bəzi mütəxəssislər deyir ki, cəmiyyətdə könüllü sığortalanmağa zərurət o vaxt yaranır ki, insan arzuolunan həyat səviyyəsinə nail olur, ondan sonra o, öz varidatının qorunması barədə düşünməyə başlayır. Rusiyada aparılan sosial tədqiqatlar göstərir ki, ailə üzvünün hər birinə aylıq 600-800 ABŞ dollar civarında gəlir düşəndə könüllü sığorta xidmətlərindən istifadədə kəskin artım müşahidə olunur. Əgər adambaşı gəliri 150-200 dollar olan ailələr arasında sığorta səviyyəsi 5%-ə qədərdirsə, gəliri 600-1000 dollar olanlar arasında bu rəqəm 20%-dən çoxdur. Deməli, könüllü sığorta sifarişinin aşağı olmasının əsas səbəblərindən biri də əhalinin gəlirlərinin aşağı olmasıdır. Gəliri az olan insan, çox çətin ki, könüllü surətdə sığorta müqaviləsi bağlayıb əlavə haqq ödəsin. Bununla belə sığorta mədəniyyəti inkişaf etmiş ölkələrdə əhalinin nisbətən kasıb təbəqəsini sığortaya cəlb etmək üçün sığorta şirkətləri sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar, onların nümayəndələri qapı-qapı gəzərək insanlara sığortanın əhəmiyyətini izah edir, vətəndaşların problemləri ilə maraqlanır, onların vəziyyətlərinə uyğun sığorta növləri təklif edirlər. Könüllü sığorta növlərinə məhdudiyyət isə demək olar ki, yoxdur. İstəyirsən həyatını, evini, qızılını, yaxud səsini, ayağını, əlini və ya da ki, itini, pişiyini sığortala. Professional sığortaçılar bütün imkanlardan məharətlə istifadə edərək elə yerindəcə vətəndaşlarla müqavilə bağlamağa nail olurlar. Bütün bunlar onu göstərir ki, əhalinin könüllü sığortaya cəlb edilməsində sığorta şirkəti əməkdaşlarının rolu olduqca böyükdür. Sığorta işçisinin yüksək davranış mədəniyyəti, ünsiyyət qurmaq və inandırmaq bacarığı, bir növ sığorta kompaniyasının simasını əks etdirir. Belə təcrübənin bizdə də olması çox arzuolunandır. Ölkəmizdə sığorta sahəsində çalışan əməkdaşlar üçün xüsusi təlim kurslarının keçirilməsi də məqsədəuyğun olar.

Sonda isə bildirək ki, Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə 2010-cu ilin yanvar-aprel ayları ərzində respublikamızda fəaliyyət göstərən 28 sığorta şirkətinin ümumi tədiyələri 53,73 milyon, ödənişləri isə 14,52 milyon manat təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi yığılmış sığorta haqqı ödənişdən 4 dəfəyə qədər artıq olmuşdur. Aydın olur ki, iqtisadi baxımdan sığorta işi getdikcə çox səmərə verir. Ona görə də bu sahə daha da inkişaf etdirilsə, sığorta prosedurları sadələşdirilsə, əhali üçün daha əlverişli müqavilələr hazırlansa, effektli maarifləndirmə işləri təşkil olunsa və nəhayət ölkə üzrə əmək haqları əhəmiyyətli dərəcədə artırılsa, tezliklə bizdə də sığortaçılar tam əsaslı şəkildə vətəndaşlara "Siz, hələ həyatınızı sığorta etdirməməsiniz?" sualını verə bilər.

Həyat isə insana bir dəfə verildiyi üçün onu sığortalamağa dəyər.

Siz Hələ Həyatınızı Sığorta Etdirməmisiniz?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4581   Tarix: 14 iyul 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164