Çempionlar Liqası finalının məşqi

Çempionlar Liqası finalının məşqi

"Bavariya" və "Borusiya" heç-heçə oynadılar.Almaniya Bundesliqasının 32-ci turunda Dortmund "Borusiya"sı ilə Münhen "Bavariya"sı qarşılaşıb. Dünya KİV-inin "Çempionlar Liqasının baş məşqi" adlandırdığı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Artıq çempionluğunu rəsmiləşdirən "Bavariya" meydana dörd lideri - Frank Riberi, Filipp Lam, Aryena Robben və Bastian Şvaynştaygersiz çıxıb.

Qarşılaşmada hesabı 11-ci dəqiqədə "qara-sarı"ların yarımmüdafiəçisi Kevin Qrosskroyts açıb. Lakin 23-cü dəqiqədə Mario Qomesin qolu ilə qonaqlar hesabı bərabərləşdiriblər. İkinci hissədə meydan sahibləri penalti imkanından yararlana bilməyiblər.

Qeyd edək ki, "Borussiya" və "Bavariya" mayın 25-də Çempionlar Liqasının finalında qarşılaşacaqlar.


mənbə: anspress.com

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1478 Tarix: 06.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər