Röyanın fanatı haqqında inanılmaz xəbər (Video)

Röyanın fanatı haqqında inanılmaz xəbər (Video)Röyanın fanatının meyitini dəfn olunduğu yerdən çıxarıb, qəbri başqasına satıblar .

Kimsəsiz olan və bir müddət öncə vərəm xəstəliyindən vəfat edən Nuriyev Xəyal Vahid oğlunun meyiti dəfn olduğu yerdən çıxarılıb.

Bu barədə Xəyalın yaxın dostu Şəbnəm Əhmədova məlumat verib. O bildirib ki, ötən gün Xəyalın ölümünün 2 ili tamam olub və buna görə də onun məzarını ziyarətə gediblər. Onlar gördükləri mənzərədən dəhşətə gəliblər: "Biz dostlarımızla birlikdə həmişə Xəyalın qəbrini ziyarətə gedirdik. Onun məzarının harda olduğunu yaxşı bilirik. Amma dünən getdik gördük ki, meyiti dəfn elədiyimiz yerdən çıxardıblar və həmin yerdə başqa bir şəxsi dəfn ediblər. Xəyalın məzarını isə lap aşağı - zibilxananın yanına aparıblar. Bu barədə heç kimə əvvəlcədən məlumat verilməyib. Biz orda çalışan insanlardan soruşduq ki, nəyə görə belə etmisiz? Amma bizim sualımızı cavablandıran biri tapılmadı". Bu hadisə Qurd Qapısı yaxınlığındakı məzarlıqda baş verib.

Qeyd edək ki, Xəyalın dəfni üçün həmin qəbiristanlıqdakı yer millət vəkili Qənirə Paşayevanın köməyi ilə alınmışdı.

Onu da xatırladaq ki, Xəyal müğənni Röyanın ən qatı fanatlarından biri olub. Xəyal xəstəxanada olarkən Röya bir dəfə onu ziyarət edib.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3422   Tarix: 03 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740