Nura Suri: Ailəli olsam da, uşaq olmuşam (Video)
Məşhurlar oğurluğa məruz qalmalarından danışıblar.Müğənnilər Nura Suri, Namiq Qaraçuxurlu, Ruhəngiz Musəvi, Elçin və aktrisa Nigar Bahadurqızı oğurluğa məruz qalmalarından danışıblar. Onlar ANS TV-nin "Şoumən" verilişində başına gələn oğurluqlardan söz açıblar.
Nura Suri nə az, nə çox, düz 10 il ərzində oğurluğa məruz qaldığını açıqlayıb: "Başıma gəlib. Amma bunun müğənniliklə heç bir aidiyyatı olmayıb. Mən o zaman ailəli idim və evimdə işləyən xidmətçi bunu etmişdi. Bu uzun illər davam etsə də mən anlamamışam. Ailəli olsam da, uşaq olmuşam, nə baş verdiyini anlamırdım. Baxmayaraq ki, ana, həyat yoldaşı idim, özüm əziyyət çəkmirdim, özüm qazanmırdım deyə evə gələn pulun qədərini bilmirdim. Maşallah olsun, o qədər qızıllarım, brilliantlarım var idi ki... Hamısı bir-bir gedirdi, heç xəbərim də olmurdu. Xəbər tutanda artıq gec idi. 10 ildən sonra, iri bir əşya oğurlandıqdan sonra anladıq. Sən demə elə bu 10 il ərzində xırda-xırda oğurluqlar olurmuş".
Aktrisa Nigar Bahadurqızı isə tez-tez nə isə itirdiyini deyib.
Meyxanaçı Namiq Qaraçuxurlu da oğurluğun qurbanı olduğunu etiraf edib: "5-6 il bundan əvvəl maşınımın şüşəsini sındırıb iki telefonumu oğurlayıblar. Bu hadisədən heç kim sıqortalanmayıb. İnsanlar müğənniləri milyoner bilirlər. Kimsə çıxıb desə ki, pulum yoxdur, inanmayacaqlar. Deyəcəklər ki, yalandan ağlayır".
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş