Xəzərdə gərginlik kimə sərfəlidir?

Xəzərdə gərginlik kimə sərfəlidir?ABŞ-ın Xəzər dənizində hərbi dəniz bazası yaratmaq istəyi Rusiyada ciddi narahatlıq yaradıb. Söhbət Qazaxıstanın Aktau limanında Əfqanıstandan daşınacaq NATO yüklərinin boşaltma məntəqəsindən gedir.

Xəbər verdiyimiz kimi, Qazaxıstan Əfqanıstandan yüklərin tranziti üçün Xəzərdəki "Aktau" limanını NATO-ya verməyə hazırdır. Bu barədə Qazaxıstanın Almatı şəhərində İstanbul prosesi çərçivəsində keçirilən konfransında ölkə prezidenti Nursultan Nazarbayev bildirib. Ekspertlər hesab edir ki, Nazarbayevin təklifi qəbul edilərsə, Aktau limanı avtomatik olaraq Pentaqonun və onun müttəfiqlərinin bazası olacaq. Mərkəzi Asiya və Qafqazın öyrənilməsi üzrə Mərkəzinin eksperti Stanizlav Pritçin isə hesab edir ki, Xəzərə dənizində ABŞ hərbi dəniz bazasının yaradılması regionun, xüsusilə İran və Rusiyanın sürətli silahlanmasına gətirib çıxaracaq.

Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev isə bildirib ki, bununla da faktiki olaraq Xəzər dənizindəki onsuz da kövrək olan təhlükəsizlik arxitekturası dağılacaq. "Rusiyanin səsi" radiosu da bu qənaətdədir ki, ABŞ-ın Aktau limanında hərbi dəniz bazası yaratması Xəzərin regionunda güc balansını pozulmasına yönəlik addımdır.

Radio bildirir ki, limandan Əfqanıstan çıxarılacaq hərbi yüklərin danışması üçün müvəqqəti istifadə ediləcəyi deyilsə də hərbi ekspertlər ABŞ-ın uzağagedən planlarının olduğunu düşünür. Qeyd olunur ki, ABŞ Qazaxıstanda hərbi dəniz bazası yaratması heç də sensasiya kimi qəbul olunmamalıdır. Çünki, Vaşinqton bu plan üzərində inadla son bir neçə il ərzində çalışır.

Aktau limanından hərbi baza kimi istifadəsi üçün Astana və Vaşinqtonun arasında danışıqlar ilk dəfə "Vikiliks" sənədlərində yer alıb. ABŞ-a həqiqətən də Xəzərdə əhəmiyyətli və strateji əlverişli dayaq məntəqəsi olaraq Aktau kimi bir liman lazımdır. Rusiya Strateji Mədəniyyət Fondunun direktor müavini Andrey Areşevanın məsələ ilə bağlı fikirlərinə diqqət yetirək:"Bu baza bir tərəfdən Qafqazla Mərkəzi Asiya arasında amerikalıların kommunikasiyalarını asanlaşdıra, digər tərəfdən isə müəyyən dərəcədə Xəzərdə Rusiya və İranın mövqelərinə təsir edə bilər. Belə ki bu ABŞ üçün olduqca aktual məsələdir. Düşünürəm ki, bu Xəzər regionunda, Mərkəzi Asiyada və Qafqazdakı vəziyyətə kifayət qədər mənfi təsir göstərəcək. Hər şeydən əvvəl ABŞ Rusiyanı və İranı Xəzərdə təhlükəsizlik məsələlərin koordinasiyası haqqında fikirləşməyə məcbur edəcək".

İranın son illər Xəzərdə hərbi gücünü artırdığını, həmçinin son illərə qədər hərbi donanması olmayan Türkmənistanın bu işə başlağınını deyən Strateji Mədəniyyət fondunun direktor müavini hesab edir ki, Aktauda ABŞ dəniz bazasının yaradılması perspektivdə region üçün qıcıqlandırıcı amil olacaq. Rusiya Strateji Kommunikasiyalar Mərkəzinin vitse-prezidenti Dmitri Abzalov da hesab edir ki, Xəzərdə istənilən əlavə hərbi bazaların yerləşdirilməsi Orta Asiyada vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara bilər. Ziddiyyət doğuran məsələlərdən biri də Qazaxıstanın Rusiyanın lideri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasdır. Andrey
Areşevanın fikrincə, Avrasiya təşkilatları çərçivəsində üzərinə öhdəliklər götürən Qazaxıstanın ABŞ-a Aktauda hərbi dəniz bazası yaratmağa icazə verməsi ortaya bir sıra ziddiyyətlər çıxardacaq:
"Aktauda NATO-un bazasının yaradılması Rusiya üçün pozitiv nəticələr verməyəcək. İran da öz sərhədlərinin yaxınlığında ABŞ, bütovlükdə NATO bazalarının olmasını istəmir. Bu məsələyə görə, İran və Qazaxıstan arasında münasibətlər pisləşəcəksə, Xəzərin statusu haqqında sazişin imzalanmasının tarixi tamamilə uzaq gələcəyə keçəcək".
Andrey Areşevannın fikrincə, Xəzərin statusunun müəyyən olunmaması isə Rusiyanın əlinə işləyəcək:"Xəzərin statusunun müəyyən olunmaması Orta Asiya nefti və təbii qazı Avropaya aparacaq boru kəmərlərinin inşası ehtimallarını xeyli dərəcədə azaldacaq. Bu isə Avropanın energetika sistemində Rusiyanının rolunu azaldılmasına hesablanan "Nabukko"nun bir layihə olaraq mənasını itirməsinə gətirib çıxaracaq".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3532   Tarix: 01 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 377
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

22:00 0
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 353
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

21:45 48
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1121