7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)

Boğazın kənarında balaca bir şəhər təsəvvür edin. 100 gözəl ev, ticarət mərkəzi, kitabxana, üzgüçülük hovuzu və ətrafda bircə adam belə yoxdur. Bu artıq 20 ildir ki, belə davam edir. Kanadanın Britaniya Kolumbiyası əyalətindəki xəyalət şəhər Kitsolta xoş gəlmisiniz. Kitsoltun çox qəribə taleyi var. O, uzaqda anadan olub, birdən birə bütün sakinlərini itirib, ölüb və yenidən dirilib. Artıq evlər təmir edilib, yollar təmizlənib, işıq və su xətləri işləyir, amma yenə də sakin yoxdur.
Kitsolt, demək olar ki, dünyanın axırında yerləşir. O, Alyaska ştatı və Amerika sərhədlərindən onlarla kilometr uzaqdadır. Vankuverdən bu şəhərə getmək üçün düz 20 saat, 1440 kilometr getmək lazımdır. Ən yaxın məskunlaşmış ərazi isə 200 kilometr yaxınlıqda yerləşir.

Kitsolt şəhəri öz yaranışını Phelps Dodge şirkətinə və molibdenli mədənə borcludur. Onu 1979-cu ildə mədən işçilərinin yaşaması üçün çox sürətlə tikiblər. Molibdenin qiyməti onda yüksək idi və şirkət 1200 adamlıq şəhər tikdi. 92 ayrıca ev və 210 mənzillik bir neçə bina, məktəb, ticarət mərkəzi, xəstəxana, kitabxana, hətta qapalı olimpiya üzgüçülük hovuzu da tikildi. Layihə 250 milyon dollara başa gəldi. Hər şey edilmişdi ki, işləmək və sivilizasiyadan kənarda yaşamaq üçün bütün şərait olsun. Yalnız bu lazımlı mütəxəssisləri bura cəlb edə bilərdi. Evlərdə telefon və kabel televiziyaları vardı. Ticarət mərkəzində bank, poçt, supermarket və restoran fəaliyyət göstərirdi. Axşamlar bara getmək olurdu. Şəhərin kənarında çoxlu yaxtalar və qayıqlar vardı.

Evlərdə müasir mebel quraşdırılmışdı, evlərin qarşısında səliqəli qazon, geniş asfalt yollar çəkilmişdi. Möhtəşəm şimal təbiətinin fonunda şəhər əsl nağıl idi. Lakin nağıl tez bitdi. 1982-ci ildə, şəhərin yaranmasından sadəcə 18 ay sonra molibdenin qiyməti qəfil aşağı düşdü, mədən bağlandı və işlər dayandı. Şəhər maliyyə cəhətdən yükə çevrildi. Bu vəziyyətdə yeganə çıxış yolu vardı: bütün işçiləri ailələri ilə birlikdə böyük şəhərlərə köçürmək və şəhəri unutmaq. Son sakinlər şəhəri 1983-cü ildə tərk etdilər. Onlardan sonra evlər mebelləri ilə birlikdə olduğu kimi qaldı. Uzun illər bu şəhərin yeganə sakini xanımı və iti ilə burada yaşayan qarovulçu oldu. Qışda yollar donurdu və nəqliyyat ümumiyyətlə ləğv olurdu. Əlaqəni isə yalnız radio stansiya ilə saxlamaq mümkün idi. Ən pis halda vertolyot çağırmaq olardı. Amma onda da gərək hava yaxşı olardı.

Şəhər haqqında bir də 1992-ci ildə danışdılar. Onu 23.5 milyon dollara satışa qoydular. Lakin bu təklif elə də maraqla qarşılanmadı. Dünyanın sonundakı bu şəhər heç kimə lazım deyildi. 13 il boş qaldıqdan sonra onu nəhayər kanadalı biznesmen, Hindistan əsilli Krişnan Sufntiran cəmi 7 milyon dollara aldı. Əslində bu pulun çox və ya az olduğunu da demək olmur.

Biznesmenin bu addımı hələ də naməlumdur. O, öz kapitalını tibbi ləvazimatlar və ştatlarda evlər hesabına toplayıb. Biznesmen əslində Kitsoltda elmi baza yaratmağı düşündüyünü deyirdi. Alimlər təcrübələr apara bilərlər və onlara heç kim mane olmaz. Lakin bu alimləri də cəlb etmir. Onlar onsuz da işlərini elə böyük şəhərlərdə də görə bilirlər. Bəlkə də səbəb elə şəhərin məhvinə səbəb olmuş molibdendir. İndi molibdenin qiymətləri yenə də qalxıb.

Şəhər isə çox gözəl qalıb. Qarovulçu çox məsuliyyətli adam olub və elə edib ki, 20 ildə şəhər dağılmayıb. Şəhərdə bircə kosmetik təmir lazım idi ki, o da edildi. Hazırda şəhər çox gözəldir. O, özəl mülkiyyət olduğu üçün şəhərə girmək üçün sahibindən icazə almaq lazımdır. Şəkillərdən görünür ki, şəhər uzun illər boş qalıb, lakin evlər o qədər səliqəlidir ki bu gün də kimsə orada yerləşə bilər.

mənbə: publika.az

7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)7 milyon dollara alınan xəyal şəhər (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2772   Tarix: 19 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505