Gözətraflı dəriyə qulluq

Gözətraflı dəriyə qulluq

Gözlərdən makiyajın təmizlənməsi

Gözlərin dartılmasının, vaxtından qabaq qırışmasının və göz qapaqlarının solğunlaşmasının qarşısını almaq üçün kosmetikanı düzgün silməyi bacarmaq lazımdır. Gözlərdən makiyajı təmizləmək üçün çox yumşaq, qoxusuz təmizləyici vasitələrdən istifadə etmək lazımdır. Bunun üçün kirpiklərə və göz qapaqlarına bir qədər yumşaldıcı krem (yaxşı olar ki, yarıduru olsun), ya da kirpiklər üçün olan xüsusi təmizləyici krem çəkilir. Sonra nəm pambıqla (pambığı sıxdıqda su axmamalıdır) kirpiklərdən tuş silinir. Pambığı aşağıdan yuxarıya doğru aparmaq lazımdır. Başqa pambıq yumrusu ilə kirpiklər arasında qalmış tuşu silir, pambığı gözün xarici kənarından içəriyə tərəf aparırlar. Alt göz qapaqlarından da tuş həmin istiqamətdə silinir. Alt göz qapaqlarına çəkilmiş karandaş və ton gözün xarici küncündən daxilə doğru, üst göz qapaqlarından isə əks-istiqamətdə silinir.

Üzü yuduqdan sonra alt və üst göz qapaqlarını çayın dəmi, ya da göyçiçək dəmləməsi ilə bir də yumaq olar. Bəzən dəmə bir az duz da qatırlar. Qurulayandan sonra isə göz qapaqlarına krem çəkirlər. Krem çox zərif olmalı və asan sorulmalıdır. Üst göz qapaqlarına krem barmaqların balışı ilə döyəcləməklə və gözün daxili küncündən xaricə tərəf aparmaqla, alt göz qapaqlarına isə əks-istiqamətdə sürtülur. Krem kirpiklərdən müəyyən məsafədə çəkilməlidir ki, gözə düşməsin.

Gözətrafı dəri üçün qidalandırıcı krem

Hətta əla keyfiyyətli qidalandırıcı üz kremi də gözətrafı dəri üçün yararsızdır. Demək olar ki, bütün üz kremlərinin tərkibində yağlar var. Belə yağlar gözə düşən zaman qıcıqlanmaya və qızartıya səbəb olur. Gözətrafı dəri üçün hazırlanan kosmetikanın tərkibinə isə xüsusi yağlar daxildir.

Ekspertlər 25 yaşdan başlayaraq, gözətrafı dəri üçün kremlərdən istifadə etməyi tövsiyə edirlər

Sübut olunmuşdur ki, belə kremlər qırışların yaranmasını əhəmiyyətli dərəcədə ləngidir. Bu vasitələr hər gün yatmazdan əvvəl təmiz yuyulmuş dəriyə çəkilməlidir. Krem alan zaman tərkibinə nəm saxlayan liposomlar, kollagenlər və elastin kimi maddələrin daxil olmasına diqqət yetirin. Allantoin və pantenol kimi bioloci aktiv maddələr sakitləşdirici təsirə malikdir.
Gənc yaşlarında kremi qaynadılaraq bir damcı bal ilə qarışdırılmış bitki yağı ilə də əvəz etmək olar.

Gözətrafında dəri dartılırsa...

Əgər gözətrafında dəri dartılırsa və ya quru dəridə olduğu kimi, xırda qırışlar yaranırsa, onu aradan qaldırmaq üçün makiyajın üstündən gözətrafı dəri üçün gel çəkmək lazımdır. Nəticədə dəri hamarlaşır, təravətlənir və qırışlar açılır. Eyni effekti "göz üçün qələmlər" də verir. Onlar rəngsiz dodaq boyasına oxşayır və tərkibi qidalandırıcı bioloci aktiv maddələrlə zəngindir.

Gözətrafı qırışları makiyajla gizlədin

Gözətrafı qırışları tamamilə hamarlaşdırmaq çətin məsələdir. Tərkibində kirşanın ultrakiçik hissəciklərini saxlayan və qırışlara qarşı aktiv mübarizə aparan yeni konsentratların köməyi ilə onları yalnız gizlətmək olar. Kirşanın bu hissəcikləri işığı özündə əks etdirir və göz ətrafında olan qırışlar daha az nəzərə çarpır. Qialuron turşusu və səməni yağı kimi superaktiv maddələr isə dəriyə elastiklik verir və onun müdafiə qabiliyyətini artırır. Bu konsentratlar makiyajdan əvvəl təmiz dəriyə çəkilir.

Gözaltı torbalar

Gözaltı torbalar daha çox irsi xüsusiyyət daşıyır. Onlar limfa durğunluğu nəticəsində yaranır və kosmetik yolla, demək olar ki, korrektə olunmur. Limfatik mayeni hərəkətə gətirən xüsusi masac bir qədər kömək edir. Yaxşı olar ki, "limfodrinac" kosmetik kabinetlərdə aparılsın.

Gözətrafı dəri üçün maskalar

Əgər siz səhər yuxudan durduqda gözətrafı dərinin sallandığını, üz dərisinin isə yorğun göründüyünü hiss edirsinizsə, onda sizin kartof və cəfəridən hazırlanmış maskalardan istifadə etməyiniz lazımdır.

- Cəfərini xırda-xırda doğrayıb dərinin sallanan və şişmiş hissəsinə düzün, üstündən isti suda isladılmiş pambıq və ya tənzif parçası qoyun. 15 dəqiqə saxlayın.

- Gözətrafı dəri üçün analoci maskanı kartofdan da hazırlamaq olar. Bunun üçün 2 çay qaşığı sürtgəcdən keçirilmiş kartofu 2 çay qaşığı un və 2 çay qaşığı qaynanmış südlə qarışdırın və gözətrafı dəridə 15 dəqiqə saxlayıb yuyun.

Gözətrafı dərinin sallanmasinin qarşısını almaq üçün aşağıdakı prosedurlardan istifadə etmək lazımdır:

Sizə 5-6 tənzif salfet lazim olacaq. Salfetləri bitki yağında isladıb, yüngülcə sıxın və dərinin üzərinə yerləşdirin. Üstündən quru pambıq qoyub, dəsmalla örtun. Bu kompresi 15 dəqiqə saxlayın və qaynanmış ilıq su ilə yuyun. Daha sonra buz parçalarını tənzif parçalarına büküb, gözətrafı dərinin üstündən (gözün çöl tərəfindən içəriyə doğru) çəkin. Sonda yağlı krem sürtün.
Gözlər və gözətrafı dəri şişdikdə təbii çobanyastığı gülündən hazırlanmış kompreslər çox effektli olur. Bunun üçün çobanyastığı gülü suda bir müddət dəm alır, buzxanada 15 dəqiqə saxlanır və sonra pambıq həmin məhlula batırılaraq, dərinin üstünə qoyulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11846   Tarix: 13 may 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329