Nyu-Yorkda "yastıq savaşı" (Video)
Aksiyada 3000-dən çox adam iştirak edib
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ənənəvi "yastıq döyüşü" keçirilib. Hər il Nyu-Yorkda minlərlə insanın iştirakı ilə baş tutan aksiyaya bu dəfə 3000-dən çox adam qoşulub.
Vaşinqton meydanına toplaşan sakinlər bir-birlərini yastıqla döyərək, əyləniblər. Yastıqların cırılması ilə lələklərin ətrafa dağılması Vaşinqton meydanını əsl döyüş meydanına çevirib.
İki saat davam edən "yastıq döyüşü" turistlərin marağına səbəb olub. Aksiyada toplanan maddi vəsait isə xeyriyyə təşkilatlarına bağışlanıb.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş