Ən sürətli və ucuz internet (Video)

Ən sürətli və ucuz internet (Video)Hazırda ən sürətli və ucüz internet xidməti tətbiq edən ölkə Yaponiyadır. Burada istifadəci bir ay ərzində saniyədə 6 meqabitə görə, bizim pulla cəmisi 20 qəpik ödəyir. Bizdə isə qiymət bu göstərici ilə müqayisədə 90 dəfə bahadır. Saniyədə orta hesabla 10 meqabitə görə, aylıq orta qiymət 6 manatdır.

Ölkəmiz bu məsələdə MDB dövlətlərindən Belarus, Orta Asiya ölkələri və Ermənistandan öndə olsa da, hələ ki, Rusiya, Ukrayna və Gürcüstandan geridədir.
Əhalinin 70 faizinin internetdən istifadə etdiyini vurğulayan ekspert Cahid İsmayıloğlu isə qeyd edib ki, respublikada bu sahədə 30-dan çox provayder fəaliyyət göstərsə də, onların təklif etdiyi xdmətlər keyfiyyətcə çox aşağıdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də səsləndirilən iradların bir çoxunu haqlə sayır. Nazir müavini İltimas Məmmədov deyib ki, internet qiymətlərinin baha və sürətinin isə zəif olması, əsasən, texniki problemlərlə əlaqəlidir. Bu problemləri aradan qaldırılmaq üçün - yeni fiber optik - geniş zolaqlı internet xətləri çəkiləcək.

Bu il 103 milyon manat ayrılan layihəyə Dövlət Neft Fondunun da maliyyə dəstəyi ilə 3 il ərzində 500 milyon manat xərclənəcək. Azərbaycanın süni peykinin orbitə buraxılması da qiymətlərdə ən azı 30-40 faiz ucuzlaşmaya gətirib çıxaracaq və internet qiymətləri əhali üçün əlçatan hesab olunanadək aşağı salınacaq. Nazirlik bu ay yeni təkliflər hazırlayacaq.

mənbə: anspress.com


BiG.Az
Telegramda izləyin
Video   Baxılıb: 2581   Tarix: 12 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

TOP MP3