Azərbaycanda sürücü xanımlar üçün 6 vacib məqam

Azərbaycanda sürücü xanımlar üçün 6 vacib məqamAvtomobil və qadın sözlərinin bir araya gəlməsi ilə çoxlarının xəyalında xoş mənzərələr canlanır: "Gözəl, zərif bir xanım özünə yaraşan avtomobili ehtiyatla idarə edir.Xanım olduğu üçün də yolda ona çox problem də yaranmır". Nağıllardakı kimi ideal. Lakin xanımlar sürücülük etməyə başlayıb yollara çıxanda bütün xəyallar dağılır.

Hər şey gözlənildiyi kimi asan başa gəlmir. Reallıqla üzləşdikdə bir çox xanımlar, hətta yolun yarısından qayıdıb avtomobil sürməkdən imtina edirlər. Bəzən onları çətin yollar, bəzən tıxaclar, bəzən həddindən çox olan qaydalar qorxudur. Buna görə də biz yeni başlayan xanımları cəsarətləndirmək və işlərini asanlaşdırmaq üçün onlara bəzi məsləhətlər hazırladıq.

Yol-hərəkəti qaydalarını öyrənin

Burada ən əsası sürücülük kurslarında yol-hərəkəti qaydalarını yaxşı öyrənməkdir. Siz bu qaydaları vurma cədvəli kimi əzbərləməlisiniz. Çünki yolda onları yada salmağa vaxt qalmaya bilər. Siz yolda gördüyünüz hər hansı bir işarənin mənasını yada salana kimi, qəza baş verə bilər.

Heç nədən qorxmayın

Bəzən avtomobil idarə etməyi öyrənərkən xanımlar çox həyəcanlanır, sakitləşdirici dərmanlar qəbul edirlər. Heç vaxt özünüzü bu dərəcədə qorxutmayın. Qorxu sizin diqqətinizin yayılmasına səbəb ola bilər. Özünüzü rahat hiss edin və avtomobil idarə etmənin üstünlüklərini hiss edib zövq almağa çalışın.

Müəllim seçimində yanılmayın

Sizə avtomobilin sirlərini öyrədəcək adamın öz təcrübəsi, xasiyyəti və avtomobil dünyasında nüfuzu da vacibdir. Heç vaxt onunla mübahisə etməyin. Yaddan çıxarmayın ki, o, hər şeyi sizdən yaxşı bilir. Müəlliminizlə mübahisə aranızda olan münasibətləri də korlaya bilər. Çünki sizin ilk addımlarınız, qorxularınız, bilmədiyiniz detallar barədə söylədiyiniz yersiz bir fikrə dözmək üçün qarşınızdakı insanda da dəmir iradə lazımdır. Buna görə də çalışın bu vəzifəni tanış adamınıza tapşırmayasınız.

Geyimə diqqət

Bu haqda biz geniş danışmışıq. Lakin xatırlatmaq lazımdır ki, geyiminiz nə çox dar, nə çox böyük olmamalıdır. Diqqətinizi yayındıran, sizi narahat edən detallardan qaçın. Avtomobil idarə edən qadın gündəlik geyimdə xüsusilə rahat olmalıdır. İlk vaxtlar çalışın avtomobil idarə edərkən idman ayaqqabıları geyinin. Sonradan avtomobilinizə öyrəşəndən sonra dikdaban ayaqqabılara da keçə bilərsiniz. Lakin avtomobil idarə edərkən ən arzuolunmaz qalın platformalı ayaqqabılardır. Çünki belə ayaqqabılarla pedalları hiss etmək çətin olur. Çalışın avtomobilinizdə ehtiyat üçün rahat paltar, gödəkcə, şalvar və s. olsun.

Sığorta yaddan çıxmasın

Bəli, siz avtomobil idarə etməyi öyrəndiniz, özünüzə lazım olan məqamları bilirsiniz və yola çıxmağa hazırsınız. Bu zaman avtomobilinizi sığortalamaq yaddan çıxmasın. Həm yeni başlayan xanım sürücü kimi sizin kiçik xətalar etmək ehtimalınız var, həm də avtomobilinizin oğurlanması, bilə-bilə ona zərər verilməsi hallarında hazırlıqlı olarsınız. Həm də bu sizin özünə güvənməniz və yolda rahat olmanız üçün yaxşıdır.

Mobil telefon - sizin şeytanınız və mələyiniz

Hətta avtomobili olmayanlar da bilir ki, yolda olarkən mobil telefonla danışmaq qəti qadağandır. Bu diqqəti çox yayındırır. Bu, məqam xanımlar üçün xüsusilə vacibdir. Çünki qadınların əksəriyyəti telefonla saatlarla danışa bilərlər. Avtomobil idarə etmələri belə onlara mane ola bilməz. Qəzaların çoxu da məhz belə diqqətsizliyin ucbatından baş verir. Ona görə çalışın avtomobildə olarkən mobil telefonu özünüzdən uzaq tutun.

Düşünməyin ki, texnologiyanın son nailiyyətləri (naqilli və Bluetooth qulaqcıq) sizin köməyinizə çata bilər. Çünki bunlar da sizin diqqətinizi yoldan ayıracaq. Odur ki, çox vacib zəng qəbul etməli və ya kiməsə zəng vurmalısınızsa avtomobili yolun kənarına çəkib telefondan istifadə edin. Ancaq gözlənilməz hallar üçün mobil telefon çox vacibdir. Birdən sizin avtomobiliniz yolda sözünüzə baxmadı, siz də xanım olduğunuz üçün onun dərdindən baş aça bilmədiniz.

Təbii ki, yol yoldaşlarınız sizə canla-başla yardım edəcəklər. Lakin belə məqamlarda tanışlara zəng etmək lazımdır. Bu zaman mobil telefonunuz sizi xilas edə bilər. Ən əsası da odur ki, belə hallar üçün də əvvəlcədən hazırlıqlı olmalısınız. Təhlükə anında kimə zəng edəcəyinizi təyin etməlisiniz ki, həmin adam sizə həqiqətən də kömək edə bilsin.

Bax beləcə, əziz xanımlar, siz ən xırda detallara belə fikir verməli, onlardan istifadə etməyi bacarmalısınız. Ən azından sürücülüyünüzün ilk bir ilində və qış aylarında diqqətli olmağa, bütün qaydalara riayət etməyə çalışın. Sükan arxasında gülərüz olun, rahat olun, tələsməyin və tez əsəbiləşməyin. Bəzən həddən artıq özündən arxayın olmaq da ziyan verə bilər.

mənbə: sukan.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2467   Tarix: 08 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 249
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 261
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1532
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 433
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 287
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 263
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 479
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 361
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 426