Yeni Citroen (Fotolar)

"Citroen" yeni "S4 Picasso"-nun virtual təqdimatını tələsik olaraq keçirməyə məcbur oldu – tələsikliyin səbəbi rəsmi şəkillərin sızması idi.Yeni kompaktven əvvəlki nəsildən daha yüngül və daha yığcam olsa da, rahatlıq və qeyri-adilikdə heç nə itirməyib.

Vəd edildiyi kimi, "Citroen"-də bu yaxınlarda buraxılmış konsept "Technospace"-i təkrarlamadılar: seriyalı "S4 Picasso" özünəməxsus qabaq hissə aldı. Xüsusi qeyri-adiliklə qabaq optika fərqlənir, 3-hissəli qabaq şüşəyə gəldikdə isə demək olar ki, oxşar qərarlar fransızlar tərəfindən "kiçik" S3 Picasso-da da alınmışdı.

Kompaktvenin uzunluğu 40 mm qısalaraq 4430 mm oldu. Buna baxmayaraq "S4 Picasso" 50 mm yastı oldu, lakin istehsalçı bildirir ki, mühəndislər təkər bazasını 2785 mm-ə qədər, təkər izlərini isə – qabaqda 82mm, arxada isə 31 mm enliləşdirə biliblər.

Bu fransızlara daha geniş salon və 40 litrə qədər böyüdülmüş baqajdan danışmağa əsas verir. Əgər arxa oturacaqları maksimal olaraq qabağa çəksək, yeniliyin yük yerinin həcmi 637 litr olacaq. Yeri gəlmişkən oturma yerinin ikinci sırası 3 müstəqil oturacaqlardan ibarətdir və onlar fərdi şəkildə tənzimlənə bilər.

Banın düzəldilməsində daha yüngül və dözümlü materiallardan istifadə edildiyinə görə (məsələn, kapot alüminiumdan hazırlanıb) kompaktven 70 kq arıqlayıb. "Citroen C4 Picasso" yeni "EMP2" modul platformasında buraxılan ilk "ikiqar şevron" nişanı olan model oldu.

Bundan əlavə "Citroen"-də yeniliyi 100 q/km-dən az ziyanlı tullantı buraxan ilk kompaktven adlandırırlar – adi, hibrid olmayan mühərrikdən istifadə edilərkən. Bu halda söhbət 92-güclü dizel modifikasiyasından gedir, o 100 km məsafəyə 3,8 litr yanacaq sərf edir.

Bu mühərriklə yanaşı kompaktven 114 a.g.-lü daha bir dizel mühərriki və 120-güclü VTi və 155-güclü THP benzin mühərrikləri də alacaq. Əldə edilə biləcək opsiyalar siyahısına dairəvi müşahidə sistemi, 3D-effektli diodlu arxa fənərlər, fəal təhlükəsizlik kəmərləri, uyğunlaşa bilən kruiz-nəzarət və park etmə köməkçisi daxildir.

mənbə: auto.az

Yeni Citroen (Fotolar)Yeni Citroen (Fotolar)Yeni Citroen (Fotolar)Yeni Citroen (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1329   Tarix: 07 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

12:12 5
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

07.05.2024 146
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

07.05.2024 323
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

07.05.2024 140
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

07.05.2024 1719
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 284
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 0
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 470
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

07.05.2024 555